/ / Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında 2013-cü ilin yekunlarına həsr olunmuş tədbir keçirilib
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında 2013-cü ilin yekunlarına həsr olunmuş tədbir keçirilib
30.12.2013 [09:13]
Dekabrın 29-da Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında başa çatmaqda olan 2013-cü ilin yekunları müzakirə edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.
AzərTAc xəbər verir ki, ərazi ilk təşkilatlarının sədrlərinin, partiya fəallarının iştirakı ilə keçirilən tədbirdə YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov hesabat məruzəsi ilə çıxış edib.
Məruzədə qeyd olunub ki, təşkilat 2013-cü ildə öz fəaliyyətini ilin əvvəlində rayon şurasında təsdiq olunmuş illik plan əsasında qurub. Bununla yanaşı, Yeni Azərbaycan Partiyasının nizamnaməsi, IV və V qurultayların qərarları, partiyanın Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişləri, YAP Mərkəzi Aparatında qaldırılmış məsələlər illik fəaliyyətdə əsas kimi nəzərə alınıb.
İl ərzində YAP Səbail rayon təşkilatının idarə heyətinin 10, rayon şurasının 5 yığıncağı keçirilib, 32 aktual məsələ müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.
Tədbirdə diqqətə çatdırılıb ki, gənclərlə işdə ciddi irəliləyişlərə nail olunub. Rayon tədbirlərinin əksəriyyəti gənclərin bilavasitə iştirakı, təşkilatçılığı ilə keçirilib. Gənclər oktyabrın 9-da keçirilmiş prezident seçkilərində xüsusilə böyük fəallıq göstəriblər. Bu fəallıq yalnız bir rayonun timsalında onu göstərib ki, bütövlükdə Azərbaycan gəncliyi yekdilliklə dövlətimizin başçısı İlham Əliyevi dəstəkləyib. Prezident seçkilərindəki nümunəvi iştirakına görə Səbail rayon ərazisində fəaliyyət göstərən 600 gəncə YAP-ın fəxri fərmanı verilib. YAP Səbail rayon təşkilatının qadınlar məclisi də təbliğat - təşviqat işlərinə cəlb olunub, yerlərdə çoxsaylı tədbirlər keçirib.
Bu gün təşkilatda qeydiyyatda olan partiya üzvlərinin sayı 23 min 644 nəfərdir. Onlardan 13 min 301 nəfərini qadınlar, 15 min 667 nəfərini isə 18-35 yaş arasında olan gənclərdir. 2013-cü il ərzində partiyanın rayon təşkilatına 451 nəfər qəbul olunub. Onların 207 nəfəri qadın, 228-i gənclərdir. İl ərzində 2 ilk ərazi təşkilatı ləğv edilib, 3 yeni təşkilat yaradılıb, ilk təşkilatların sayı 110 çatdırılıb.
Qazanılan uğurlarla yanaşı, nöqsanların da mövcudluğunu bildirən YAP Səbail rayon təşkilatının sədri, bəzi ilk təşkilatların zəif fəaliyyət göstərdiklərini, nəzərə çatdırıb, nəzarət-təftiş komissiyasının bu işlə ciddi məşğul olacağını deyib.
Perspektiv məsələlərdən danışan Z.Qaralov müasir dövrdə gənclərlə işin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, mütəşəkkil, nüfuzlu partiya təkcə təbliğat, təşviqat və təşkilatı işlərlə kifayətlənməməlidir. Eyni zamanda, çox ciddi və sistemli tərbiyə işi formalaşdırmalıdır. Xüsusilə gənclərin ideya-siyasi, milli-mənəvi və əxlaqi tərbiyəsi, dünyagörüşünün sağlamlaşdırılması, davranış mədəniyyətinin yüksəldilməsi istiqamətində güclü iş aparılmalıdır.
İclasda YAP Səbail rayon təşkilatının Gənclər Birliyinin, Qadınlar Məclisinin və nəzarət-təftiş komissiyasının hesabat məruzələri dinlənilib, təkliflər irəli sürülüb, müzakirələr aparılıb.
YAP Səbail rayon təşkilatının 2013-cü ildəki fəaliyyəti qənaətbəxş hesab edilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10

