/ / Şəmkirdə fiziki qüsurlu, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib
Şəmkirdə fiziki qüsurlu, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib
26.12.2013 [09:53]
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Şəmkir rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı, Əhalinin Sosial Müdafiəsi Mərkəzi Şəmkir rayon şöbəsinin və Azərbaycan Birgə Yardım Mərkəzinin dəstəyi ilə fiziki qüsurlu, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib. Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev balacaları təbrik edərək bildirib ki, cəmiyyətimizdə humanizmin, xeyriyyəçiliyin inkişafında, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğının göstərilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti gözəl nümunədir: “Biz bir daha dövlətimizin başçısı cənab İlham Əliyevə, Onun xanımı Mehriban Əliyevaya öz minnətdarlığımızı bildiririk ki, bu cür sabit və dinamik inkişaf edən ölkəmizdə övladlarımızı yetişdiririk, böyüdürük”.
Tədbirdə çıxış edən Əhalinin Sosial Müdafiəsi Mərkəzi Şəmkir rayon şöbəsinin direktoru Qoşun Heydərov bildirib ki, bu sahədə dövlətlə yanaşı, Heydər Əliyev Fondu da böyük işlər görür, Fondun təşəbbüsü xalqımız tərəfindən yüksək qiymətləndirilir: “Əlil uşaqların, əlil insanların həyat şəraitinin yaxşılaşdırılmasına diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin tərkib hissələrindən biridir. Artıq Azərbaycanda əlillərlə işin təşkilində müasir metodlardan istifadə edilir. Belə tədbirlərin təşkili, eyni zamanda, böyük maarifçilik işinə təkan verir. Əlil uşaqların cəmiyyətin bir parçası olmasını şərtləndirən dövlət siyasəti ictimaiyyətin də bu istiqamətdə maraqlarını müdafiə edir”.
Q.Heydərov ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən, əlillərin hərtərəfli qayğı ilə əhatə olunması istiqamətində Ümummilli lider Heydər Əliyevin göstərmiş olduğu xidmətlərdən söz açıb, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu istiqamətdə tədbirlərin ilbəil geniş vüsətlə davam etdirildiyini vurğulayıb.
Şənliyin yekununda uşaqlara bayram hədiyyələri paylanılıb.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50

