Müstəqil Azərbaycan bütün dünya ölkələri üçün dini tolerantlıq və dözümlülük nümunəsidir
24.12.2013 [09:15]
YAP İsmayıllı rayon təşkilatı bu mövzuda tədbir keçirib
Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatı “Müstəqil Azərbaycan bütün dünya ölkələri üçün dini tolerantlıq və dözümlülük nümunəsidir” mövzusunda tədbir keçirib. Rayonun milli azlıqların yaşadığı Sumağallı kəndində keçirilən tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova qeyd edib ki, müstəqil Azərbaycan Respublikası dünyada dini tolerantlıq və dözümlülük nümunəsi sayılır. O bildirib ki, çox mürəkkəb bir coğrafi məkanda yerləşən ölkəmizdə müxtəlif dinlərin və millətlərin nümayəndələri sərbəst yaşayırlar: “Sürətli iqtisadi inkişafa malik Azərbaycan dünyada dini və milli tolerantlıq baxımından özünəməxsus yer tutur. Ölkəmizdə bütün dinlərə və millətlərin nümayəndələrinə tarixən tolerant münasibət bəslənilib. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün illərdə bu məsələyə xüsusi diqqət və qayğı ilə yanaşılıb”.
YAP İsmayıllı rayon təşkilatının sədri əlavə edib ki, bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətində tolerantlığın qorunması xüsusi yer tutur. Bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir: “Son illərdə ölkəmizdə bu istiqamətdə bir sıra mühüm beynəlxalq tədbirlər keçirilib. 2006-cı ildə Bakıda keçirilən “İslamda dözümlülük” mövzusunda beynəlxalq konfrans, İSESCO-nun 2009-cu il üçün Bakı şəhərini İslam Mədəniyyətinin Paytaxtı elan etməsi, Beynəlxalq Humanitar forumların və digər mötəbər tədbirlərin keçirilməsi buna misaldır. Azərbaycanın dünyaya örnək olan tolerantlıq modelinin Prezident İlham Əliyev tərəfindən BMT kürsüsündən elan edilməsi və onun əksər xarici ölkə başçıları, din xadimləri, siyasətçiləri, alimləri tərəfindən qəbul edilməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun daha da artmasına xidmət göstərib”.
Tədbirdə çıxış edən Sumağallı kənd tam orta məktəbinin direktoru Mahmud Şirinov, kənd ağsaqqallar şurasının sədri Hüseyn Xəlilov, kənd bələdiyyəsinin sədri Ata Rəsulov, kənd sakinlərindən Mirzalı Mirzəyev, Feyruz Mirzəyev bildiriblər ki, son illərdə Ulu öndər Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizi həm iqtisadi, həm siyasi, həm də dini dözümlülük baxımından bütün dünyaya örnək olan bir dövlət kimi tanıdıb.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24

