Qaradağ rayonunda Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
07.04.2026 [16:24]
2026-cı il aprelin 7-də Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının və Qaradağ rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Aprel döyüşləri – Azərbaycanın hərbi qüdrətinin ilk nümayişi” mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə Azərbaycanın Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov 2016-cı ilin 3-5 aprel tarixlərində baş verən Aprel döyüşlərinin hərbi-siyasi əhəmiyyəti haqqında məlumat verib, bu döyüşlərin strateji bir qələbə kimi əsas mahiyyətini şərh edib. Bu döyüşlər nəticəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıq nəticəsində erməni məğlubedilməzliyi barədə mifin dağıdıldığını qeyd edən Faiq Qurbanov Silahlı Qüvvələrimizin yüksək döyüş hazırlığını, onun malik olduğu ən müasir silahlarla işğal altında olan ərazilərin bir hissəsini azad etdiyini xatırladıb.
Qarabağın azad edilməsi ilə əlaqədar əməliyyat planlarının daim Ali Baş Komandan İlham Əliyevin masası üzərində olduğunu vurğulayan sədr müavini əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu nəticəsində dünyanın güclü orduları sırasına qalxan və Azərbaycan xalqının daimi dəstəyini hiss edən zabit və əsgərlərimizin böyük şücaəti nəticəsində bu qələbənin əldə edildiyini xüsusi qeyd edib.
YAP rayon təşkilatı sədrinin müavini qeyd edib ki, tarixə Aprel döyüşləri kimi düşən əməliyyat bir daha sübut etdi ki, Azərbaycan xalqı öz dövlətinin ətrafında sıx birləşərək ən çətin sınaqlardan şərəflə çıxmağa qadirdir. Bu döyüşlərdə əldə olunan uğurların xalqımızın qələbə ruhunu yüksəltdiyini vurğulayan Faiq Qurbanov, həmin əməliyyatın hər bir azərbaycanlıda böyük inam yaratdığını da qeyd edib. Bildirib ki, bu gün biz qalib xalq kimi həmin hadisələri qürur hissi ilə xatırlayırıq. Həm Aprel döyüşlərində, həm də işğal edilmiş bütün torpaqlaırmızın azad olunması üçün şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bizim üçün müqəddəsdir. Onların göstərdiyi şücaət və qəhrəmanlıq gənc nəsil üçün örnəkdir. Böyük uğurla nəticələnən həmin hərbi əməliyyat Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bu döyüşlər ordumuzun torpaqlarımızı işğalçı qüvvələrdən təmizləmək qüdrətində olduğunu bütün dünyaya nümayiş etdirib.
Çıxış edən Aprel döyüşlərinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov bu tədbirin təşkilinə görə YAP Qaradağ rayon təşkilatının rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, belə tədbirlər həm xalqımızın qəhrəmanlıq tarixinin öyrənilməsi, həm də gənclərimizin vətənpərvərlik tərbiyəsi baxımından xüsusi əhəmiyyətə malikdir. Aprel döyüşlərinin Azərbaycanın hərb tarixində xüsusi yer tutduğunu vurğulayan Z.Hüseynov ermənilərin bütün türk dünyasına və digər xalqlara qarşı düşmənçilik mövqeyindən, “Böyük Ermənistan” xülyası ilə yerli xalqlara qarşı amansız qətliamlar törətməsindən bəhs edib. Aprel döyüşləri haqqında xatirələrini iştirakçılarla bölüşərək həmin əməliyyatla başlanğıcı qoyulan Böyük Zəfər nəticəsində bu xəyalpərəstlərin boş xülyalarının iflasa uğradığını vurğulayıb.
Sonra Aprel döyüşlərinin əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə digər çıxış edənlər - Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Qaradağ rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, Şəhid anaları Fəridə İsamyılova və Leyla Musayeva, 166 saylı tam orta məktəbin hərbi hazırlıq müəllimi, Aprel döyüşlərinin iştirakçısı Afəddin Ağayev, Şəhid Elman Əzməmmədovun oğlu Xəqani Əzməmmədov, 233 saylı məktəbin hərbi hazırlıq müəllimi, Şəhid Azər Namazovun qardaşı Sədi Namazov və başqaları həmin döyüşləri nəticəsində Azərbaycan Ordusunun qətiyyətli hücumu, qazandığı bu qələbə ilə düşmənin məğlubedilməzlik mifinin yalan olduğunu dünyaya nümayiş etdirdiyini vurğulayıblar. Onlar qeyd ediblər ki, xalqımız öz ordusu, qorxubilməz oğulları ilə qürur duyur, Aprel döyüşləri Azərbaycan dövlətçiliyinin dönməzliyinin, əsgərlərimizin gücünün, qüdrətinin ifadəsi kimi tarixləşib. Aprel döyüşləri həm də Azərbaycan Ordusu ilə düşmən ordusu arasındakı güc fərqinin, peşəkarlığın, döyüş hazırlığının fərqinin də təsdiqi olub.
Tədbirə yekun vuran YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov iştirakçılara minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi gücümüzün bütün dünyaya nümayişi olmaqla yanaşı, həm də düşmənlərimizə bir daha boş xəyallara düşməmələri üçün ciddi xəbərdarlıqdır. Bu birlik sarsılmazdır və əbədidir.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17

