Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır
06.03.2026 [14:31]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan roluna diqqət çəkmişdir. Dövlət başçısı bildirmişdir: “Artıq Avropanın daha iki ölkəsinə – Almaniya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur”.
Müasir mərhələdə Azərbaycan Respublikası zəngin enerji ehtiyatlarından səmərəli və məqsədyönlü istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin olunmasında mühüm aktorlardan birinə çevrilmişdir. Milli maraqlara əsaslanan praqmatik enerji siyasəti nəticəsində ölkəmiz miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakter daşıyan transmilli layihələrin əsas iştirakçısı və təşəbbüskarlarından biri kimi çıxış edir. Hazırda regionda reallaşdırılan iri enerji və nəqliyyat layihələrində Azərbaycanın iştirakı həlledici amil kimi qiymətləndirilir.
Azərbaycanın enerji strategiyası regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsində mühüm strateji faktor rolunu oynayır. Qlobal enerji bazarlarında baş verən geosiyasi transformasiyalar və artan tələbat fonunda ölkəmizin etibarlı tərəfdaş imici daha da möhkəmlənmişdir. Bu siyasət nəticəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu əhəmiyyətli dərəcədə artmışdır.
Hazırda Azərbaycan qazı Avropanın enerji xəritəsində mühüm yer tutur. Almaniya və Avstriyanın da idxalçı ölkələr sırasına qoşulması ilə Avropa İttifaqına üzv 10 dövlət Azərbaycan qazı ilə təmin edilir. Bu göstərici ölkəmizin etibarlı və uzunmüddətli strateji tərəfdaş statusunu təsdiqləyən mühüm faktorlardan biridir.
Azərbaycan ilə Avropa İttifaqı arasında enerji əməkdaşlığı qarşılıqlı etimad, davamlılıq və strateji maraqlar prinsiplərinə əsaslanır. Xüsusilə son illərdə Avropada enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması Azərbaycan qazına olan tələbatı artırmışdır. Rəsmi Bakı mövcud bazar şəraitini və qlobal çağırışları nəzərə alaraq ixrac imkanlarının genişləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirir.
Azərbaycan qazının Avropaya nəqlində əsas rol oynayan Cənub Qaz Dəhlizi hazırda tam gücü ilə fəaliyyət göstərir. Xəzər dənizinin Azərbaycan sektorundakı yataqlardan hasil olunan təbii qaz bu strateji infrastruktur vasitəsilə Avropa bazarlarına çatdırılır. Bununla belə, mövcud ötürmə gücü artıq maksimum həddə yaxınlaşmışdır.
Bu reallıq qarşıdakı mərhələdə qaz nəqli infrastrukturlarının genişləndirilməsini prioritet vəzifə kimi müəyyən edir. Mövcud kəmərlərin ötürmə qabiliyyətinin artırılması, yeni interkonnektorların inşası və texniki modernləşdirmə tədbirləri artan tələbatın dayanıqlı şəkildə ödənilməsinə xidmət edəcəkdir.
Azərbaycanın zəngin qaz yataqları hasilat həcmlərinin artırılması üçün əlverişli potensial yaradır. Yeni mərhələli işlənmə proqramlarının icrası əlavə qaz hasilatını təmin etməklə ixrac coğrafiyasının genişləndirilməsinə və ümumi həcmlərin artırılmasına imkan verəcəkdir. Bu strategiya Azərbaycanın ixrac imkanlarını maksimum səviyyəyə çatdırmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinə töhfəsini daha da gücləndirəcəkdir. Gerçəklik bundan ibarətdir ki, Azərbaycan qlobal enerji bazarında məsuliyyətli, etibarlı və uzunmüddətli tərəfdaş mövqeyini möhkəmləndirməkdə davam edir. Enerji diplomatiyası ölkənin xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi regional və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfə verir.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

