YAP Azərbaycan siyasi palitrasında alternativsiz qüvvədir
26.11.2013 [09:25]
Gəncə şəhərində YAP-ın yaradılmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Gəncə şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 21-ci ildönümü münasibətilə geniş tədbir keçirilib. Tədbir iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edərək, Onun əziz xatirəsini yad ediblər.
Tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev deyib ki, əgər YAP-ın qurucusu, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, biz bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışa bilməyəcəkdik. İcra Hakimiyyətinin başçısı bildirib ki, olduqca çətin bir şəraitdə yaranan YAP-ın çox qısa bir müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə vicdanlı və əqidəli insanın onun sıralarında birləşməsi bu gün bir daha Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir.
Elmar Vəliyev onu da vurğulayıb ki, alternativi olmayan bu siyasəti 2003-cü ildən inamla davam etdirən YAP-ın Sədri, cənab Prezident İlham Əliyevin ötən 10 ildəki əzmkar fəaliyyəti Azərbaycanın onilliklərə bərabər bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, partiyanın cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirib: “YAP-ın güclü siyasi partiya kimi özünü təsdiqləməsi həm də cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətləri ilə şərtlənir. 9 oktyabrda ölkəmizdə keçirilən prezident seçkiləri Azərbaycan vətəndaşlarının Prezident İlham Əliyevə böyük etimad bəslədiyini, Onun yürütdüyü siyasi kursu hərtərəfli dəstəklədiyini növbəti dəfə birmənalı olaraq təsdiqləyib. Prezident seçkilərinin nəticəsi göstərdi ki, Azərbaycan cəmiyyəti Ümummilli lider Heydər Əliyev siyasi kursunu ölkənin davamlı inkişafının, bundan sonrakı uğurlarının, təminatlı gələcəyinin mühüm şərti hesab edir. Prezident İlham Əliyev YAP İdarə Heyətinin üzvləri ilə 11 mart 2004-cü il tarixli görüşündə bildirib ki, hər bir partiya üzvü Ümummilli lider Heydər Əliyevin həyata keçməyən ali ideallarını, müqəddəs arzularını gerçəkləşdirmək üçün əlindən gələni etməli, dövlətçiliyimizin inkişafına və tərəqqisinə daim xidmət göstərməlidir. Biz bunu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, həmçinin, YAP-ın Sədr müavini Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətində qabarıq görürük”.
Daha sonra çıxış edən AMEA Gəncə bölməsinin direktoru, YAP Gəncə şəhər təşkilatının İdarə Heyətinin üzvü, akademik Fuad Əliyev, partiyanın veteran üzvü, professor Cəmil Hacıyev, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, Elmi Tədqiqat Bitki Mühafizə İnstitutunun direktoru, akademik Siddiqə Məmmədova YAP-ın uğurlar partiyası olduğunu bildiriblər. Natiqlər 2013-cü ilin oktyabr ayında keçirilən prezident seçkilərində partiyamızın Sədrinin növbəti möhtəşəm qələbə qazandığını vurğulayaraq, YAP-ın gələcəkdə də dövlətimizə və xalqımıza böyük faydalar verəcəyini qeyd ediblər.
Tədbirin sonunda YAP Gəncə şəhər təşkilatı yarandığı gündən partiya sıralarına ilk daxil olmuş, Gəncə şəhərinin ictimai-siyasi həyatında göstərdiyi xidmətlərinə görə fərqlənmiş şəxslər partiyanın Gəncə şəhər təşkilatının fəxri fərmanları ilə təltif olunublar. Eyni zamanda, YAP Gəncə şəhər təşkilatının 30 mininci üzvü Əzizə Məmmədovaya partiya vəsiqəsi ilə birlikdə dizüstü komputer təqdim edilib. Daha sonra partiya sıralarına yeni qəbul olunmuş fəallara üzvlük vəsiqələri verilib.
Gülər NƏCƏFOVA
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

