Xocalı həqiqətləri və Zəfərin təcəssümü
27.02.2026 [15:43]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılış mərasimində etdiyi çıxış tarixi yaddaşın qorunması, ədalətin bərpası və milli həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı çıxışında Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu vurğulayaraq bu soyqırımın heç vaxt unudulmayacağını və unutdurulmayacağını qətiyyətlə bəyan etmişdir.
Prezident İlham Əliyev qeyd etmişdir ki, 1992-ci ilin 26 fevralında Xocalıda dinc əhaliyə qarşı törədilən qətliam bəşəriyyətə qarşı ağır cinayətdir. Uşaqların, qadınların, qocaların xüsusi amansızlıqla qətlə yetirilməsi erməni vandalizminin bariz nümunəsi kimi tarixə həkk olunmuşdur. Dövlət başçısı şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərək onların qanının yerdə qalmadığını bildirmişdir.Çıxışda vurğulanmışdır ki, Azərbaycan dövləti illər boyu Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü siyasət aparmışdır. Bu istiqamətdə həyata keçirilən beynəlxalq kampaniyalar, qəbul olunan qətnamələr və müxtəlif ölkələrin parlamentlərinin Xocalı faciəsini tanıması mühüm nəticələr kimi qiymətləndirilmişdir.
Prezident İlham Əliyev xüsusi olaraq qeyd etmişdir ki, Vətən müharibəsində qazanılan tarixi Zəfər xalqımızın milli qürurunun bərpası ilə yanaşı, Xocalı şəhidlərinin ruhuna ən böyük ehtiramın ifadəsidir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ilə ədalətin zəfər çaldığı vurğulanmışdır. Memorial kompleksinin açılışı isə Xocalı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, gələcək nəsillərin tarixi həqiqətləri unutmaması üçün mühüm addım kimi dəyərləndirilmişdir. Dövlət başçısı bildirmişdir ki, bu abidə təkcə bir xatirə məkanı deyil, həm də xalqımızın sarsılmaz iradəsinin, mübarizə əzminin və ədalətə inamının rəmzidir.
Sonda Prezident Azərbaycan xalqının birliyinin və həmrəyliyinin əhəmiyyətini vurğulayaraq şəhid ailələrinə və Xocalı sakinlərinə dövlət qayğısının daim diqqət mərkəzində olacağını qeyd etmişdir. Xocalı Soyqırımı Memorialının açılışı həm tarixi ədalətin təntənəsi, həm də milli yaddaşın əbədi yaşadılmasının bariz nümunəsi kimi yadda qalmışdır.
Gündüz Alıkişiyev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Siyasət
10 Avqust 11:42
Dünya
10 Avqust 11:30
Gündəm
10 Avqust 11:10

