YAP qarşıda duran vəzifələrin həlli istiqamətində fəaliyyətini uğurla davam etdirir
22.11.2013 [09:18]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatı partiyanın yaranmasının 21-ci ildönümü münasibətilə yığıncaq keçirib. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin rayonun mərkəzində yerləşən abidəsini ziyarət edib, abidənin önünə tər gül-çiçək dəstələri qoyublar.
Yığıncağı giriş sözü ilə YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov açaraq deyib ki, YAP-ın yaradılmasının 21 illiyi yalnız partiyanın üzvləri tərəfindən deyil, bütövlükdə ölkə ictimaiyyəti tərəfindən böyük ruh yüksəkliyi ilə qeyd olunur: “Çünki YAP mənsub olduğu xalqın, ölkənin ümdə maraq və mənafelərinin təmin olunmasını hər zaman özünün başlıca fəaliyyət məramı hesab edib”.
Qeyd edilib ki, 1992-ci ilin payızında ölkənin 91 ziyalısının Ümummilli lider Heydər Əliyevə müraciət edərək, onu yeni yaranacaq partiyaya Sədrliyə dəvət etməsi bütövlükdə Azərbaycan xalqının arzu və istəyinin bariz ifadəsi idi: “Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında yaranan Yeni Azərbaycan Partiyası həmin dövrdə dövlətin müstəqilliyini, ölkənin gələcək taleyi üçün yaranmış təhlükələrin aradan qaldırılmasını, respublikanın tərəqqi yoluna çıxarılmasını uğurla təmin edib. Bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının nüfuz dairəsi daim genişlənir”.
Daha sonra YAP Qax rayon təşkilatının Aparat rəhbəri Natiq Allahverdiyev “YAP - xalqın etimadını doğruldan partiya” mövzusunda məruzə edib. Yığıncaqda çıxış edən partiyanın veteran üzvü Əbdürrəhman Aşurov, YAP Qax rayon təşkilatının Şura üzvü Xalid Heydərov, YAP Qax rayon təşkilatı Gənclər Birliyinin üzvü Günel Məmmədova çıxış edərək partiyanın keçdiyi yola nəzər salıblar.
Tədbirdə çıxış edən YAP Qax rayon təşkilatı İdarə Heyətinin üzvü, rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev deyib ki, Heydər Əliyev zəkasının bəhrəsi olan partiya ötən 20 ildə həm çətin, həm də şərəfli bir yol keçərək inkişaf edib: “Bu gün mütəşəkkil siyasi qüvvəyə çevrilən YAP dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqazda ən böyük siyasi təşkilatdır. Azərbaycanın müasirləşməsi, yeniləşməsi istiqamətində həyata keçirilən siyasətdə YAP-ın özünəməxsus rolu var. Sıralarını günbəgün genişləndirən, alternativsiz siyasi qüvvəyə çevrilən YAP qarşıda duran vəzifələrin həlli istiqamətində də fəaliyyətini davam etdirir”.
Sonda partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub. Eyni zamanda, partiya həyatında fəal iştirakına görə bir qrup partiya fəalları Fəxri fərmanla təltif edilib.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17

