Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq
18.02.2026 [22:40]
İntiqam Quliyev
YAP Ağdam rayon təşkilatının sədr müavini
Azərbaycan qalib tərəf kimi bu gün də sülhün tərəfdarıdır və bu istiqamətdə müəyyən addımlar atılmışdır.
Azərbaycan-Serbiya münasibətləri inkişaf edən dinamikaya malikdir və ildən-ilə daha da möhkəmlənir.
Prezident İlham Əliyevin 15 fevralda Belqrada rəsmi səfəri bu dinamikanın əyani təsdiqi oldu. Səfər çərçivəsində iki dövlət Başçısının iştirakı ilə sənəd mübadiləsi mərasimi keçirildi. Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında saziş, Serbiyada qaz turbinli elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunması haqqında saziş, iqtisadiyyat nazirlikləri arasında əməkdaşlıq, media və kommunikasiya sahəsində əməkdaşlıq, 2026-2030-cu illər üçün mədəni mübadilə, idman sahəsində əməkdaşlıq və tibbi sığorta sahəsində əməkdaşlıq haqqında memorandumlar imzalanmışdır. Mətbuata birgə bəyanatla çıxışı zamanı Prezident cənab İlham Əliyev bildirdi ki, "Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır.
Elektrik stansiyalarının tikintisi və yenidən qurulması, onların reabilitasiyası hər bir ölkənin gələcək inkişafını təmin edir. Xüsusilə təbii resursları olmayan ölkələr bir çox hallarda asılı vəziyyətə düşürlər. Ona görə daxili enerji, istehsalat gücünün mövcudluğu hər bir ölkənin enerji təhlükəsizliyini təmin edir və bu layihənin həyata keçirilməsində mən Prezident Vuçiçin xüsusi rolunu qeyd etmək istərdim. Bütövlükdə energetika sahəsində bizim əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir. Bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracına başlamışıq və bu gün qərara gəldik ki, ixracın həcmini artıracağıq. İndi Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək, artıq təmiz elektrikin əldə edilməsinə də nail olacaq. Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq. Bu gün Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir. Bu rəqəm artacaq. Çünki biz indi bir çox bərpaolunan enerji stansiyalarının tikintisi ilə məşğuluq və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırıq." Prezident İlham Əliyev çıxışında Serbiyanın inkişaf modelini yüksək qiymətləndirərək bildirib ki, Prezident Vuçiçin rəhbərliyi ilə ölkə iqtisadi və sosial sahələrdə mühüm islahatlar həyata keçirib və beynəlxalq nüfuzunu artırıb. Təbii resursların məhdudluğuna baxmayaraq, Serbiyanın öz gücünə əsaslanaraq inkişaf etməsi xüsusi əhəmiyyət daşıyır. Qeyd edək ki, ölkəmizin Enerji layihələri və çoxtərəfli əməkdaşlıq platformaları Cənubi Qafqazda qarşılıqlı etimad mühitinin formalaşmasında əsas amillərdən birinə çevrilib. Azərbaycan eyni zamanda qlobal miqyasda da fəal mövqe nümayiş etdirir, beynəlxalq təşkilatlar çərçivəsində sülh, sabitlik və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edir. Azərbaycan-Serbiya münasibətləri strateji tərəfdaşlıq xətti üzrə inkişaf edir və mövcud dinamika göstərir ki, qarşıdakı illərdə bu əlaqələr daha da genişlənəcək.
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28

