/ / Azərbaycanın uğurlu gələcəyi üçün formalaşmış güclü gənclik Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir
Azərbaycanın uğurlu gələcəyi üçün formalaşmış güclü gənclik Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir
02.02.2026 [10:04]
2 Fevral – Azərbaycan Gəncləri Günü təkcə təqvimdə qeyd olunan əlamətdar tarix deyil. Bu gün ölkənin gələcəyini formalaşdıracaq bir nəslin gücünü, enerjisini və məsuliyyətini ifadə edir. Hər bir xalqın taleyində gənclər həlledici rol oynayır və Azərbaycan gəncliyi də bu gün dövlətimizin inkişaf strategiyasında aparıcı mövqeyə malikdir.
Azərbaycanın müasir tarixində gənclər siyasətinin sistemli və məqsədyönlü şəkildə formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. O, hər zaman gəncləri xalqın gələcəyi, dövlətin dayağı və milli inkişafın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirirdi. Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində gənclərə xüsusi yer ayırması təsadüfi deyildi – çünki O, güclü dövlətin yalnız savadlı, vətənpərvər və milli dəyərlərə bağlı gənclər tərəfindən qurulacağını yaxşı bilirdi. Müstəqillik dövründə isə gənclər siyasəti dövlət səviyyəsində prioritet istiqamətə çevrildi. Ulu Öndər Heydər Əliyev daim Azərbaycanın gələcəyi haqqında düşünürdü, gənc nəslin inkişafına davamlı qayğı göstərirdi. Ümummilli Lider Heydər Əliyev dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu məqsədlə Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyi yaradıldı. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev şəxsən iştirak edib. 1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev "2 fevral - Azərbaycan gənclər gününün elan edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral Azərbaycanda Gənclər Günü kimi təntənəli şəkildə qeyd olunur. Bu addımlar gənclərin dövlət quruculuğunda fəal iştirakını stimullaşdırdı, onların sosial problemlərinin həllinə və intellektual inkişafına yönəlmiş yeni mərhələnin əsasını qoydu.
Məhz Ulu Öndərimizin müəyyənləşdirdiyi, Prezidentimiz İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində gənclər cəmiyyətdə bu gün öz yerini tutur. Bundan başqa Ümummilli Lider Azərbaycan gəncliyinin yüksək keyfiyyətlərə malik olmasına çalışır və müxtəlif çıxışlarında və yazılarında bunun əsas istiqamətlərini gənclərə göstərirdi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti və bu siyasət nəticəsində gənclərin təhsil, sosial müdafiə və işlə təminatı sahələrində atılan məqsədyönlü addımlar gənclərin Yeni Azərbaycan Partiyasına axınını da gücləndirir.
Ulu Öndər Heydər Əliyev gənclərin təkcə bilikli deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik olmasını vacib hesab edirdi. Onun fikrincə, vətənpərvərlik ruhunda böyüyən, milli-mənəvi dəyərlərə sahib çıxan gənclik Azərbaycanın müstəqilliyini əbədi və dönməz edəcəkdir. Bu baxış bu gün də aktuallığını qoruyur və dövlət siyasətində davam etdirilir.
Bu gün Azərbaycanın uğurlu gələcəyi üçün formalaşmış güclü gənclik Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Elm, idman, mədəniyyət, texnologiya və hərbi sahələrdə qazanılan nailiyyətlər bir daha sübut edir ki, Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti milli inkişaf strategiyasının ayrılmaz hissəsidir.
Ümummilli Liderimizin gənclərə ünvanladığı çağırış bu gün də hər bir Azərbaycan gənci üçün yol xəritəsidir: Vətənə sədaqət, xalqa xidmət və daim öz üzərində çalışma. Məhz bu prinsiplər üzərində qurulan gənclik Azərbaycanın gələcəyini daha da güclü və parlaq edəcəkdir.
Ümummilli Lider Heydər Əliyevin bu sözləri Azərbaycan gəncliyinə olan ali diqqətinin təzahürüdür:
Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır.
David Həsənov
YAP Naxçıvan şəhər təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

