/ / YAP Abşeron rayon təşkilatı partiyanın yaradılmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirib
YAP Abşeron rayon təşkilatı partiyanın yaradılmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirib
14.11.2013 [09:32]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatı partiyanın yaradılmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirib. Tədbirdə YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ələkbər Ələkbərzadə, rayon İcra Hakimiyyəti başçısının müavini İradə Gülməmmədova, rayon təşkilatının fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev deyib ki, partiya siyasi səhnəyə XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəlib: “YAP Ümummilli lider Heydər Əliyevin ideyalarını həqiqətə çevirən nüfuzlu bir siyasi təşkilatdır. 600 mindən çox üzvü olan partiyamız geridə qoyduğumuz 21 ildə çətin, çətin olduqca da şərəfli, qüdrətli yol keçib. Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranan siyasi təşkilatdır. Partiyanın ideyalarına, Azərbaycan dövlətinə, dövlətçiliyinə sadiq insanlar, ziyalılar, ictimai-siyasi xadimlər bu gün də YAP-da təmsil olunmaqla partiyanın fəaliyyətində müstəsna xidmətlər göstərirlər”.
B.Vəliyev, eyni zamanda, vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və bu gün Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu gündən-günə artmaqdadır. YAP-ın cəmiyyətin inkişafını hədəfləyən çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik, milli maraqlar ətrafında sıx birləşdirməsi partiyanın tərəfdarlarının sayının artmasına səbəb olub: “Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan nəinki Cənubi Qafqazda, ümumiyyətlə, Avropada lider dövlətə çevrilib”.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini İradə Gülməmmədova partiyanın 21 illik şərəfli və zəngin yol keçdiyini, Ümummilli lider Heydər Əliyevin və Onun layiqli davamçısı partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bir sıra uğurlara imza atdığını bildirib. O, qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranması ilə ölkədə demokratik cəmiyyətin formalaşmasının əsası qoyulub: “21 il Azərbaycanın möhkəmlənməsi, qüdrətlənməsi və dünyada tanınması ilidir. 21 ildir YAP Azərbaycan miqyasında siyasi nəhəngdir”.
Tədbirdə, həmçinin, rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, YAP Abşeron rayon təşkilatı Qadınlar Şurasının sədri Təyyubə Hüseynova da çıxış edərək, bildiriblər ki, bu gün Azərbaycanın lider dövlətə, bütün dünyada söz sahibinə çevrilməsi, məhz Ulu öndər Heydər Əliyevin tarixi fəaliyyətinin bariz nəticəsidir.
Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim olunub.
ZAHİD
Xəbər lenti
Hamısına baxSiyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24

