Diplomatik uğurların dinamikası artmaqdadır
23.01.2026 [15:24]
Dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində mühüm rol oynayan Davos Forumunda Azərbaycanın təmsilçiliyi 1995-ci ilə təsadüf edir.
Ümummilli lider Heydər Əliyev Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərində işgüzar səfərdə olub. Həmin ildən etibarən ölkəmiz Forumun işində aktiv iştirak etməyə başlayıb. Bu da təsadüfi deyil və qarşı tərəf də öz növbəsində Azərbaycanın Davos Forumu çərçivəsində aktiv rol oynamasında maraqlıdır.
Bildiyimiz kimi, 2026-cı il yanvarın 20-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib. Dövlət başçısı müsahibədə beynəlxalq münasibətlərdə baş verən dəyişikliklər, Cənubi Qafqazda formalaşan yeni reallıqlar və Azərbaycanın regional və qlobal siyasəti ilə bağlı fikirlərini bölüşüb və Azərbaycanın mövqeyi barədə danışıb. Ölkə başçısı bildirib ki, müasir dövrdə beynəlxalq hüquq normaları artıq bütün ölkələr üçün mütləq xarakter daşımır. Onun sözlərinə görə, beynəlxalq münasibətlər yeni mərhələyə qədəm qoyub və bu mərhələdə vəziyyəti daha çox güc faktoru müəyyən edir. Məhz bu reallıqları nəzərə alan Azərbaycan öz strategiyasını milli maraqlar əsasında qurub və bütün addımlarını beynəlxalq hüquqa uyğun şəkildə atıb. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası da bu prinsipə əsaslanır.
İlham Əliyev müsahibəsində Azərbaycanın həyata keçirdiyi bütün siyasi, diplomatik və hərbi addımların beynəlxalq hüquqa tam uyğun olduğunu xüsusi vurğulamışdır. Suverenliyin və ərazi bütövlüyünün bərpası prosesi beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanmış, BMT Nizamnaməsi və ümumi qəbul olunmuş dəyərlər çərçivəsində reallaşdırılmışdır. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan sübut etdi ki, milli maraqları qorumaqla yanaşı, beynəlxalq hüquqa hörmət göstərmək mümkündür.Dövlət başçısının müsahibəsində diqqət çəkən əsas məqamlardan biri də beynəlxalq münasibətlərin yeni eraya qədəm qoyması barədə fikirləridir.
Enerji sektoruna gəldikdə, Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə bizim enerji əməkdaşlığımız artmaqdadır. Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir.
Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59

