Azərbaycan-Slovakiya əməkdaşlığı yeni mərhələdə
10.12.2025 [16:05]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Qarşılıqlı hörmət və dostluq üzərində qurulan Azərbaycan-Slovakiya münasibətləri bu gün yüksək səviyyədə inkişaf edir. Prezident İlham Əliyevin dekabrın 8-də Slovakiyaya rəsmi səfəri iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasından xəbər verir. Eyni zamanda, bu səfər iki dost ölkənin strateji əməkdaşlığında yeni mərhələnin başladığını nümayiş etdirdi. Yeni əməkdaşlıq layihələri, iqtisadi-enerji istiqamətlərində birgə addımlar və siyasi dialoqun inkişafı üçün münasib zəmin hazırladı. Onu da qeyd edək ki, Azərbaycan-Slovakiya arasındakı dost münasibətlərinin yüksək səviyyəyə çatmasında, iki ölkə liderlərinin əvəzsiz rolu danılmazdır.
Dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini mətbuata bəyanatlarla çıxışı zamanı ölkəmizin rəhbəri Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifənin açıldığını və bu müştərək yolun çox uğurlu gediləcəyinə ümidvar olduğunu vurğuladı. Prezident İlham Əliyev xatırladıb ki, keçən il iki ölkə arasında imzalanmış “Strateji Tərəfdaşlıq” Bəyannaməsi münasibətləri formal-diplomatik müstəvidən strateji əməkdaşlığa yüksəltmişdir.
Azərbaycan Prezidentinin Slovakiyaya ilk rəsmi səfərinin iki ölkə arasındakı dostluq və strateji əməkdaşlıq niyyətinin göstəricisi olduğunu xüsusi ilə qeyd edən Prezident Peter Pellegrini bildirib ki, Slovakiya Azərbaycanı öz regionunda strateji mühüm tərəfdaş sayır və gələcəkdə siyasi, iqtisadi və texniki əməkdaşlığı daha da dərinləşdirməyə hazırdır.
İkitərəfli əməkdaşlığın artıq bir sıra sahələri -enerji, nəqliyyat-logistika, müdafiə sənayesi, məlumat texnologiyaları və regional nəqliyyat dəhlizlərini əhatə etdiyini qeyd edən cənab İlham Əliyev xüsusi vurğulayıb ki, bizim zəngin qaz yataqlarımız bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb. Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır.
Azərbaycan Avropa ilə Asiyanın qovuşduğu regionda nəqliyyat körpüsü rolunu oynayır. İki ölkənin nəqliyyat və logistik istiqamətlər üzrə əməkdaşlıq genişləndirilir. Prezident Əliyev səfər çərçivəsində Azərbaycanın region üçün tranzit rolunu bir daha önə çəkib. O bildirib ki, ölkəmiz artıq Asiya ilə Avropa arasında etibarlı nəqliyyat-logistika marşrutudur və Slovakiya ilə birgə daha geniş oportunidade yarana bilər.
Slovakiya ilə ortaq layihələr müdafiə sənayesi sahəsində birgə əməkdaşlıq perspektivləri planlaşdırıldığını diqqətə çatdıran ölkə Prezidenti virğulayıb ki, biz bu sahədə əməkdaşlığı sənayenin inkişafı nöqteyi-nəzərindən görürük. Biz müharibə aparmaq fikrində deyilik. Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də ki, bu, texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir. Biz bu istiqamətdə konkret layihələr üzərində çalışırıq.
Sevindirici haldır ki, Azərbaycan-Slovakiya dövlətləri arasında enerji, nəqliyyat-logistika, texnologiya, müdafiə sənayesi üzrə birgə perspektivlər açılıb. Bu, təkcə iki ölkənin deyil, bütövlükdə regionun geosiyasi və iqtisadi xəritəsində yeni dinamikalar yarada bilər.
Hər iki ölkənin prezidentlərinin birgə mətbuat konfransı, səsləndirilən fikirlər bir daha təsdiq etdi ki, Azərbaycan və Slovakiya dövlətləri arasında əlaqələr xoş niyyətlə, dostluq, strateji əməkdaşlıq üzərində qurulub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

