Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur
24.11.2025 [19:36]
Toğrul Zeynalov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
25 Noyabr – Kəlbəcər Şəhəri Günü Azərbaycan xalqının taleyində həm itkilərin, həm dirçəlişin, həm də milli qürurun ən parlaq ifadəsi olaraq xüsusi yer tutur. Zəngin təbiəti, geniş yaylaqları, İstisu kimi dünyada nadir hesab olunan mineral bulaqları, tarixi abidələri və strateji mövqeyi ilə seçilən Kəlbəcər əsrlər boyu Azərbaycanın mədəni və iqtisadi həyatında mühüm rol oynamışdır. 1993-cü ilin ağır işğalı bu gözəl diyarın taleyinə dərin yaralar vurdu, bölgənin mədəni irsi dağıdıldı, minlərlə ailə doğma elindən didərgin düşdü. Lakin 2020-ci ildə Azərbaycan Ordusunun qəhrəmanlığı, döyüş meydanında göstərilən şücaət, xalqın birliyi və dövlətin dəmir iradəsi nəticəsində düşmən kapitulyasiya etməyə məcbur oldu və bununla Kəlbəcər bir güllə belə atılmadan, tam sülh yolu ilə Azərbaycana qaytarıldı. Bu tarixi qayıdış həm əsgər və zabitlərimizin qəhrəmanlığının, həm də Cənab Prezident İlham Əliyevin qətiyyətli, prinsipial və uzaqgörən dövlətçilik siyasətinin nəticəsi idi. Prezidentin “biz öz torpaqlarımızı döyüş meydanında azad etdik və masada şərtləri biz diktə etdik” sözləri Kəlbəcərin geri qaytarılmasının mahiyyətini tam ifadə edir.
Azadlıqdan sonra Kəlbəcərin bərpa olunması dövlətin ən genişmiqyaslı quruculuq proqramlarından birinə çevrildi və bu proses birbaşa Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Dağları aşan böyük tunellər, yeni magistral yollar, enerji və su infrastrukturu, müasir şəhərsalma layihələri və yaşayış kompleksləri Kəlbəcərin gələcəyini formalaşdıran əsas layihələrdir. Prezidentin bölgəyə mütəmadi səfərləri, tikinti meydançalarında verdiyi xüsusi tapşırıqlar, Kəlbəcərin inkişaf konsepsiyasının şəxsən təsdiqlənməsi onun bu bölgənin quruculuğuna verdiyi böyük önəmi göstərir. Eyni zamanda Azərbaycan Ordusunun sərhəd xəttində yaratdığı güclü təhlükəsizlik sistemi Kəlbəcərin dayanıqlı inkişafının hərbi təminatı kimi çıxış edir və bölgədə sabitliyin qorunmasında mühüm rol oynayır. Ordumuzun qəhrəmanlığı ilə geri qaytarılmış, Prezidentin siyasəti ilə yenidən qurulan bu torpaqlara minlərlə ailənin mərhələlərlə qayıtması xalqın öz dəyərlərinə sədaqətinin ən bariz təcəssümüdür.
Kəlbəcərin gələcəyi həm turizm, həm kənd təsərrüfatı, həm də alternativ enerji sahələrində böyük perspektivlər vəd edir. İstisu kurort kompleksinin bərpası, dağ turizmi infrastrukturu, ekoloji layihələr, geniş yaylaqlarda yeni təsərrüfatların qurulması regionu Azərbaycanın ən dinamik inkişaf edən bölgələrindən birinə çevirir. Bu layihələrin hər biri həm dövlətin strateji planlamasının, həm də Prezident İlham Əliyevin bölgə üçün müəyyən etdiyi uzunmüddətli inkişaf vizyonunun tərkib hissəsidir.
Bu mənada 25 Noyabr – Kəlbəcər Şəhəri Günü təkcə tarixi bir hadisəni deyil, həm Ordumuzun şücaətinin, həm xalqımızın iradəsinin, həm də Prezident İlham Əliyevin liderlik və dövlətçilik siyasətinin bəhrəsini əks etdirən milli dirçəlişin təntənəsini ifadə edir. Bu gün Kəlbəcər həm qəhrəmanlıq tariximizin, həm inkişaf modelimizin, həm də Azərbaycanın güclü gələcəyinin canlı simvoluna çevrilmişdir.
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20

