Laçında YAP-ın təsis edilməsinin 33-cü ildönümü qeyd edilib
21.11.2025 [16:39]
Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı tərəfindən Laçın rayonunun Zabux kəndində YAP-ın təsis olunmasının 33-cü ildönümü ilə əlaqədar “Yeni Azərbaycan Partiyası: milli dövlətçilik, siyasi sabitlik və möhtəşəm Zəfərdən tərəqqiyə gedən yol” mövzusunda tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Partiyanın təsis olunmasının 33-cü ildönümü münasibətilə hazırlanmış videoçarx nümayiş etdirilib.
Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev, YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları İctimai Birliyinin Laçın rayon təşkilatının sədri Qəzənfər Hüseynov, Laçın rayon Sus kənd tam orta ümumtəhsil məktəbinin direktoru Dünarə Əbdürəhmanova, şəhid Ədalət Məmmədovun oğlu Ziyadxan Məmmədov və digərləri çıxış ediblər.
Çıxış edənlər natiqlər bu əlamətdar gün münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək bildiriblər ki, Azərbaycanın ən mütəşəkkil və qüdrətli siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının ölkəmizin müstəqillik və dövlətçilik tarixində müstəsna rolu olub. Vurğulanıb ki, dövlətimizin xaos və anarxiyadan, tənəzzüldən və məhv olmaq təhlükəsindən xilas edilməsində mühüm rol oynayan Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə milli birlik, vətəndaş həmrəyliyi, sabitlik və tərəqqinin təmin olunmasına mühüm töhfələr verib.
Həmçinin, qeyd olunub ki, Yeni Azərbaycan Partiyası müasir çağırışlara cavab verən, öz fəaliyyətini yeni tendensiyalar əsasında davam etdirən dinamik ictimai-siyasi qüvvədir. Partiyanın siyasi dinamizmini təmin edən mühüm amillərdən biri Azərbaycan gəncliyinin Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin siyasətinə güclü ictimai dəstək nümayiş etdirməsidir.
Diqqətə çatdırılıb ki, Azərbaycan milli tərəqqinin yeni mərhələsinə qədəm qoyub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbənin qazanılması, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpası fonunda yeni çağırışlar yaranıb. Dövrün reallıqlarına uyğun olaraq siyasi inkişafa xidmət edən islahatların aparılması, sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunması, milli həmrəyliyin, Azərbaycanın beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyinin daha da gücləndirilməsi, Böyük Qayıdış Proqramının yüksək səviyyədə həyata keçirilməsi, tarixi Qələbənin nəticələrinin möhkəmləndirilməsi və digər milli məqsədlər strateji prioritetlər kimi müəyyənləşdirilib. Xalqın böyük etimadını qazanan Yeni Azərbaycan Partiyası bu istiqamətdə üzərinə düşən mühüm vəzifələri layiqincə yerinə yetirir.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya fəalına fəxri fərmanlar, yubilyar olan YAP veteranlarına qiymətli hədiyələr, Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunan gənclərə isə üzvlük vəsiqələri təqdim olunmuşdur.
Tədbirə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.
Daha sonra Laçın rayonunun Zabux kəndi ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 12 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin dəstəyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində ərazidə 100 ədəd həmişəyaşıl ağac əkilib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

