Yeni Azərbaycan Partiyası xalqın milli birliyini yaradan güclü partiyaya çevrilmişdir
21.11.2025 [18:19]
Əli Paşayev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Ulu Öndər Heydər Əliyev kimi görkəmli şəxsiyyətin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan cəmiyyətində böyük siyasi-tarixi hadisə idi. Ulu Öndər Heydər Əliyev o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri idi. Heydər Əliyev xalqın ərizəsini qəbul etsə də, partiyanı yaratmaq istəyənlərin bir qismi - 550 nəfərlik təşəbbüs qrupunu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular, çünki o vaxt hakimiyyət bu partiyanın yaradılmasına əngəllər yaratmışdı. Bütün bu əngəllərə baxmayaraq Heydər Əliyev Bakıya gəlir. Azərbaycanın bütün bölgələrindən seçilmiş nümayəndələrin iştirak etdiyi konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirilmişdir. Konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərarla partiyanın Proqram və Əsasnaməsi qəbul edilib.
YAP-ın yaranması xalqın istək və arzularının təcəssümü kimi tarixi reallıqdan irəli gəlmiş, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində qurulub, inkişaf etmişdir. Ulu öndərin yeritdiyi siyasət hər bir fərdin maraq və mənafeyini özündə ehtiva etdiyindən cəmiyyətin ən müxtəlif zümrələrinin YAP-a sürətlə axını başlamış, onların ictimai-siyasi həyatda fəallığı əhəmiyyətli dərəcədə artmışdır.
Partiyamız ötən 33 il ərzində xalqın partiyası kimi fəaliyyət göstərib, milli və dövlətçilik maraqlarından çıxış edərək, müstəqilliyimizin möhkəmlənməsinə, ölkəmizin inkişafına böyük tövfələr verib. Ulu Öndərin də dediyi kimi, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirdi ki, o, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır.
Yeni Azərbaycan Partiyası hazırda sıralarında 740 mindən çox üzvü birləşdirərək ölkənin avanqard siyasi qüvvəsi kimi respublikamızda YAP-ın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəhəng quruculuq proseslərinin önündə gedir. Xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatına yeni nəfəs verməklə qurtuluş və tərəqqinin simvoluna çevrildi. İllər öncə necə yaranmışdısa, bu gün Partiya sədri, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yüksəlişə doğru inamla irəliləyir.Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus yeri və rolu olan, ümumxalq partiyasına çevrilən, ölkəmizin əsas siyasi partiyası kimi çox böyük nüfuz qazanan Yeni Azərbaycan Partiyasının yaranmasının 33 ili tamam olur. Ötən bu illər ərzində Yeni Azərbaycan Partiyası çox önəmli və şərəfli yol keçmişdir. Yeni Azərbaycan Partiyası çoxpartiyalı sistemdə öz layiqli yerini tutmuş, cəmiyyətin əsas aparıcı siyasi partiyasına – ümumxalq, ümummilli partiyaya çevrilmişdir. Yeni Azərbaycan Partiyası da böyük nailiyyətlərə imza atıb. YAP iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb, ona görə də qələbələr partiyası adlanır.
Cənab İlham Əliyevin liderliyi ilə partiyamız çox böyük inkişaf yolu keçib. Amma Prezidentimiz, partiyamızın Sədri İlham Əliyevin islahatlar kursu Yeni Azərbaycan partiyasını da əhatə edib. 2021-ci ilin mart ayında keçirilən VII qurultay partiyamızın həyatında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirildi. Qurultayda YAP-ın yeni Nizamnaməsi qəbul olundu, strukturunda ciddi dəyişiklər edildi, digər vacib qərarlar qəbul olundu. Bu gün partiyamız qarşıda dayanan vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkanlarını səfərbər edib.
Azərbaycan cəmiyyətinə siyasi əxlaqla, siyasi mədəniyyətlə, eləcə də YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda qəbul olunan nüfuzlu güc mərkəzidir. Məhz güclü siyasi təşkilatın beynəlxalq aləmdə nüfuzlu siyasi partiyalar tərəfindən qəbul edilməsinin səbəbi də onun xalqına söykənməsi, xalqdan qidalanmasıdır. Azərbaycanda YAP-a rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Bu partiya ümumxalq partiyasına çevrilib və cəmiyyətin bütün təbəqələri YAP-ın ətrafında birləşib.
YAP bundan sonra da Azərbaycan xalqı qarşısında xidmətlərini davam etdirəcək və həmişə Azərbaycan xalqının partiyası olaraq qalacaqdır. Azərbaycanın hərtərəfli yeniləşməsinin önündə gedən Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq rol, mövqe və nüfuzunu qoruyub saxlayacaqdır.
Yeni Azərbaycan Partiyası indiyə kimi qalibiyyətlər, qələbələr, zəfərlər partiyası kimi fəaliyyət göstərib və onun bundan sonrakı fəaliyyəti də yeni-yeni nailiyyətlərlə müşayiət olunacaq. Bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edəcək!
Xəbər lenti
Hamısına baxAnalitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45

