Qara şəhəri ağ şəhərə çevirdik
15.11.2025 [14:52]
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
12 noyabr 2025-ci il tarixində Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyəti başçılarını qəbul edərək çıxış etməsi həm idarəetmə sahəsində yeni mərhələnin başlanğıcı, həm də ölkədə gedən genişmiqyaslı dəyişikliklərin davamlı xarakter daşıdığının növbəti təsdiqi kimi qiymətləndirilir. Prezident bu görüşdə dövlət idarəçiliyinin mahiyyəti, yerli icra strukturlarının məsuliyyəti, xalqla birbaşa təmas, şəffaflıq, korrupsiyaya yer verilməməsi kimi məsələləri qabartmaqla yanaşı, Azərbaycanın illər ərzində həyata keçirdiyi böyük yenidənqurma layihələrinin ən simvolik nümunələrindən biri olan “Qara şəhərdən Ağ şəhərə” keçidi xatırladaraq qeyd edib ki, bu model ölkənin bütün bölgələrinin inkişaf fəlsəfəsini özündə əks etdirir. İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər göstərdi ki, ölkənin hər bir bölgəsi üçün nəzərdə tutulan dövlət siyasətinin mahiyyəti təkcə iqtisadi və sosial yüksəliş deyil, həm də müasir şəhərsalma, ekoloji tarazlıq, səliqəli inzibati idarəçilik və insan həyatının keyfiyyətinin yüksəldilməsidir. Prezident vurğuladı ki, yeni təyinat alan məmurlar xalqın etimadını doğrultmaq üçün ilk növbədə öz işlərini şəffaflıq, nizam-intizam və məsuliyyətlə qurmalıdırlar. O, bildirdi ki, hər bir məmurun başlıca vəzifəsi xalqa xidmət etməkdir və bu xidmət yalnız sözlə deyil, konkret işlərlə özünü göstərməlidir. O, həmçinin qeyd etdi ki, ölkənin bütün regionlarında yaşanan dəyişikliklər və aparılan quruculuq işləri təsadüfi deyil, ardıcıl və sistemli dövlət siyasətinin nəticəsidir. Prezident bu görüş zamanı urbanizasiya, ekoloji mühitin mühafizəsi, yeni infrastruktur layihələri və insan həyatının keyfiyyətinin yaxşılaşdırılması kimi məqamları ön plana çəkərək, xüsusilə Bakı şəhərinin keçmiş “Qara şəhər” adlanan sənaye zonası nümunəsini xatırlatdı. O bildirib ki, vaxtilə ağır sənaye tullantıları ilə çirklənmiş, yaşayış üçün yararsız bir məkan olan həmin ərazi bu gün tamamilə yenidən qurulmuş, dünyanın ən müasir şəhərsalma standartlarına uyğun “Ağ şəhər” kimi formalaşdırılmışdır. “Qara şəhəri Ağ şəhərə çevirdik” ifadəsi Prezidentin dilində təkcə memarlıq uğurunun ifadəsi deyil, həm də dövlətin ümumi inkişaf strategiyasının parlaq simvolu kimi səslənir. Bu ifadə Prezidentin, Azərbaycan dövləti istənilən köhnə, çirkli, yararsız və insan yaşamına uyğun olmayan mühiti müasir, ekoloji təmiz, funksional və abad bir məkana çevirməyə qadirdir, - mesajı kimi dəyərləndirilməlidir. Bu, sadəcə şəhərsalma nailiyyəti deyil, həm də idarəçilik fəlsəfəsidir.
Prezidentin çıxışında vurğuladığı digər mühüm məqam ondan ibarət oldu ki, icra hakimiyyəti başçıları öz fəaliyyətlərini yalnız mərkəzdən gələn tapşırıqlar əsasında deyil, həm də yerli əhalinin ehtiyac və problemlərini dərindən öyrənməklə qurmalıdırlar. Onun sözlərinə görə, bölgələrdə insanların gündəlik həyatı ilə bağlı məsələlər – yol, su, enerji təminatı, sosial xidmətlər, təmiz və sağlam mühit, təhlükəsizlik və ictimai nizam – hər bir məmurun diqqət mərkəzində olmalıdır. Prezident qeyd etdi ki, ölkənin regional inkişaf modeli uzun illər ərzində sistemli şəkildə qurulub və bu modeldə əsas məqsəd paytaxtla bölgələr arasında inkişaf fərqini minimuma endirmək, hər bir rayonda insanların eyni standartlarda xidmət almasını təmin etməkdir. İlham Əliyev həmçinin bildirdi ki, dövlətin indiyədək həyata keçirdiyi layihələrin hər biri strateji məna daşıyır. Məsələn, “Ağ şəhər” layihəsi yalnız paytaxtda yeni yaşayış məkanları yaratmaq deyil, həm də ekoloji tarazlığı bərpa etmək, şəhər mühitində təbiət-insan münasibətini yenidən qurmaq məqsədi daşıyırdı. O qeyd etdi ki, bu təcrübə Azərbaycanda bütün şəhər və rayonların yenidən qurulması üçün örnək ola bilər və bu gün ölkənin hər bir bölgəsində “Ağ şəhər” fəlsəfəsinin tətbiqinə ehtiyac var. Prezidentin nitqindən aydın göründü ki, yeni təyin edilən rəhbərlərə verilən tapşırıqlar sadəcə vəzifə öhdəlikləri deyil, həm də genişmiqyaslı dövlət siyasətinin tərkib hissəsidir. Bu tapşırıqlar insanların dövlətə olan inamını gücləndirməyə, xidmətin keyfiyyətini artırmağa, korrupsiyaya qarşı ciddi mübarizə aparmağa yönəlib. O vurğuladı ki, xalqın gözləntisi yüksəkdir və icra başçıları bu etimadı doğrultmaq üçün səylərini maksimum artırmalıdırlar. Prezident İlham Əliyevin sözügedən çıxışı bir daha sübut etdi ki, Azərbaycan rəhbərliyi ölkədə gedən inkişaf prosesinə yalnız iqtisadi və sosial sahələrdən deyil, həm də ekoloji, şəhərsalma, idarəetmə və insan amili baxımından yanaşır. “Qara şəhəri Ağ şəhərə çevirdik” ifadəsi bu baxışın mahiyyətini, yəni çirkin olanı gözəlləşdirmək, köhnəni yeniləmək, yararsızı yararlı etmək, qaranı işığa çıxarmaq fəlsəfəsini simvolizə edir. Bu görüş, həm yeni təyinat alan rəhbərlərə mesaj, həm də ölkə üçün növbəti strateji istiqamətin elan edilməsi kimi qiymətləndirilə bilər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45

