/ / Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir
Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir
12.11.2025 [23:15]
Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyev qeyri-adi zəka sahibi və təşkilatçılıq bacarığına malik bir şəxsiyyət idi. Dövlət başçısının 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yübileyinin qeyd edilməsi ilə əlaqədar 2023-cü il “Heydər Əliyev İli” elan edilib. 2023-cü il ölkəmizin tarixinə “Heydər Əliyev İli” kimi daxil olacaq. Ömrünü bütünlüklə Azərbaycan dövlətinin qorunmasına, möhkəmləndirilməsinə və inkişafına həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin görkəmli siyasi və dövlət xadimi kimi Vətən və xalq naminə müstəsna xidmətləri milli dövlətçilik tariximizə qızıl hərflərlə əbədi həkk edilib.
Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu olduğu kimi, onun milli ideologiyasının - azərbaycançılığın da, azərbaycançılıq ideologiyasına söykənərək yaradılan ilk Konstitusiyanın da banisi hesab olunur. 1995-ci il noyabrın 12-də Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, həm də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mütərəqqi bir sənəddir.
Ulu Öndər Heydər Əliyev öz çıxışlarında qeyd edirdi ki, milli ideologiyamız dövlətimizin Konstitusiya normalarına, xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə, ölkəmizin bu günü və gələcəyinə bağlı olmalıdır. Qeyd edək ki, elə bunun nəticəsidir ki, Ulu Öndərin yaratdığı azərbaycançılıq məfkurəsi ölkəmizin Əsas Qanununda öz əksini tapıb. Ulu Öndər ilk növbədə ölkəmizin ali qanununun tələblərinə dönmədən əməl edilməsini xüsusilə vurğulayırdı, konstitusiya normalarını hər bir vətəndaşın əsas vəzifəsi olduğunu qeyd edirdi.
Bu normalar Əsas Qanunun preambulasında təsbit olunur və ilk növbədə, ölkənin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasını, vətəndaş cəmiyyətinin bərqərar olunmasını, xalqın iradəsinə, qanunların aliliyinə əsaslanan hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini, milli-mənəvi dəyərlərə sadiqliyi, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və digər ümumbəşəri dəyərlərə hörmət hissini ehtiva edir.
1996-cı ildə Konstitusiya Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində Heydər Əliyev demişdir: “Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyin qorunub saxlanılması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyələndirən əsas cəhətlərdir”.
Ulu Öndərimiz həm Konstitusiyamızın, həm də azərbaycançılıq ideologiyasının əsasına bütün vətəndaşların firavan inkişafına cavab verən milli dövlətçiliyi-müstəqil Azərbaycan Respublikasını qoyaraq, bu məsələyə belə münasibət bildirirdi: “Müstəqil Azərbaycan dövləti bizim üçün ən qiymətli tarixi naliyyətdir və onun qorunması, əbədiyaşar edilməsi hər bir azərbaycanlının müqəddəs borcudur. Biz ilk növbədə bütün xalqımızı, bütün soydaşlarımızı Azərbaycanın müstəqil dövlətçiliyi ətrafında birləşdirməliyik, gənclərimizi, gələcək nəsilləri dövlətçilik prinsiplərinə sadiq ruhda tərbiyə etməliyik”.
Azərbaycançılıq ideologiyasının təməlində ədalətli və hamı üçün məqbul sayılan ictimai həyat normalarına əməl edilməsi, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətinə bağlılığı, onu özünün güvənc yeri sayması, doğma Vətəni qürur mənbəyi hesab etməsi kimi tələblər dayanır. Əsas Qanunun normaları ölkəmizin milli maraqlarına söykənərək xalqımızın ümumi mənafelərinin ifadəsinə çevrilibdir. Qeyd olunanlardan da göründüyü kimi, Əsas Qanunumuzun mərkəzində hər şeydən əvvəl dövlətçilik maraqları – güclü, qüdrətli Azərbaycan dövlətinin yaradılması və bütün sahələr üzrə inkişafının təmin edilməsi prinsipi dayanır. Konstitusiyamızda dövlətçilik maraqları ilə yanaşı, həm də vətəndaş amilinə -millətini və xalqını sevən, dövlətinin yolunda hər bir fədakarlığa hazır olan, milli-mənəvi dəyərlərini yaşadan, təşəbbüskar və iradəli Azərbaycan vətəndaşı yetişdirilməsi ideyasına xüsusi əhəmiyyət verilib.
Ulu Öndər gənclərimizi cəmiyyətdə və dünyada gedən proseslərdən baş çıxara bilən, vətənpərvər, savadlı, bacarıqlı insanlar kimi görürdü və deyirdi: “Biz elə bir nəsil yetişdirməliyik ki, o, öz dövlətini sevsin, onu qorumağı, yaşatmağı və bütün dünyada layiqincə təmsil etməyi bacarsın, gənc nəsil öz milli adət-ənənələrinə sadiq olmalı, ana dilini, milli mədəniyyətimizi dərindən öyrənməli, eyni zamanda bəşəri dəyərləri mənimsəməlidir”.
Məlum olduğu kimi, ana dili hər bir xalqın mənəvi sərvətidir. Bu mənəvi sərvətin inkişafında, qorunmasında, onun dünya dilləri içərsində öz layiqli yerini tutmasında dilimizin zənginliklərinə bələd olan Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Azərbaycan dilinin inkişafı Ulu Öndərin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit olunub.
Ölkəmizin çətin və taleyüklü dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürən Ulu Öndərin yaratdığı mükəmməl dövlətçilik təlimi və onun ayrılmaz hissəsi olan Konstitusiyamız müstəqil Azərbaycan Respublikasının bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir, ölkəmizin hərtərəfili inkişafina və tərəqqisinə xidmət edir. Təməli Ulu Öndər tərəfindən qoyulan dövlət siyasətini uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev Heydər Əliyev irsinə qiymət verərək deyibdir: “1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Cünki məhz o illərdə dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları- azərbaycançılıq məfkurəsi formalaşdırıldı... Heydər Əliyev tərəfindən yaradılan bu əsaslar hazırda Azərbaycan xalıqına yol göstərir”.
Müstəqil dövlətimiz artıq dünyada böyük nüfuz sahibidir. Odlar diyarımızın daha da inkişaf edib çiçəklənməsi üçün ölkə başçısı İlham Əliyev cənablarının ətrafında xalqımız daha sıx birləşir. Bu birlik də ölkəmizi uğurlu, işıqlı bir sabaha aparır. Ulu Öndər daim, bizimlədir, daim onun yaratdığı mükəmməl dövlətçilik təlimindən, ideya-nəzəri irsindən bəhrələnmişik və bundan sonra da bəhrələnəcəyik.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01

