/ / “Zəngilan şəhəri günü”nə və 18 oktyabr “Müstəqilliyin Bərpası günü”nə həsr olunmuş tədbir keçirilib
“Zəngilan şəhəri günü”nə və 18 oktyabr “Müstəqilliyin Bərpası günü”nə həsr olunmuş tədbir keçirilib
16.10.2025 [14:10]
16 oktyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Poylu kənd”, “Poylu qəsəbə”, “Qıraq Kəsəmən”, “Rəsulzadə küçəsi 7”, “Mədəniyyət şöbəsi” və “Mərkəzi Xəstəxana” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə 20 oktyabr “Zəngilan şəhəri günü”nə və 18 oktyabr “Müstəqilliyin Bərpası günü”nə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə YAP Ağstafa rayon təşkilatının əməkdaşı Yunis Eyyubov qeyd edib ki, tarixi Qələbə günlərinin əbədiləşdirilməsi dövlət siyasətinin tərkib hissəsidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 Oktyabr – Zəngilan Şəhəri Günü kimi müəyyən olunub. Şanlı Zəfər yürüşünün – Vətən müharibəsinin 24-cü günü - 20 oktyabr tarixi həm xalqımızın, həm də zəngilanlıların yaddaşına əbədi həkk olunub. Çünki həmin gün Zəngilan Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib. 27 il davam etmiş işğala son qoyulan bu tarixi günü zəngilanlılar böyük fəxr və qürur hissi ilə xatırlayırlar. Həmçinin qeyd olunub ki, dövlət müstəqilliyinin əldə edilməsi xalqımızın ən böyük nailiyyətlərindən biridir. Əldə edilmiş müstəqilliyin, sabitliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında rolunun və nüfuzunun möhkəmləndirilməsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasət Azərbaycan Respublikası Prezidenti, partiyanın Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində 2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazanaraq xalqımızın 30 illik həsrətinə son qoydu. Ali Baş Komandanımızın düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində qazanılan tarixi Zəfər, şanlı Qələbə illər ötsə də, heç vaxt unudulmayacaq.
Tədbirdə çıxış edən digər natiqlər – “Poylu kənd” Ərazi Partiya Təşkilatının sədri Xəki Quliyev, Poylu kənd Mədəniyyət evinin mədəni təşkilatçısı Balayeva Ahunə və Poylu kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Elsevər Rzayev bildiriblər ki, gələcək nəsillər Azərbaycan xalqının yaddaşına və hərb tariximizə qızıl hərflərlə həkk olunan Vətən müharibəsini həmişə qəhrəmanlıq salnaməsi kimi xatırlayacaq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 2020-ci il sentyabrın 27-də başlanan və cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsini böyük Zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Ən əsası isə qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, o cümlədən Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza və qazilərimizə bir ömür boyu minnətdar olacağıq. Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi, demokratik dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusudur. Ulu Öndərin zəngin irsi, ideyaları və tövsiyələri müasir cəmiyyətimizin inkişafının nəinki ideya mənbəyidir, həmçinin möhtəşəm səfərbəredici amildir.
Xəbər lenti
Hamısına baxDünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27

