Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir
15.10.2025 [13:18]
Prezident İlham Əliyev oktyabrın 10-da Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı dost Tacikistan xalqına və ölkə rəhbərliyinə səmimi təbriklərini çatdırıb. Dövlət başçısı Tacikistanın son illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətləri, xüsusilə paytaxt Düşənbənin sürətli inkişafını yüksək qiymətləndirib. Prezident vurğulayıb ki, hər dəfə Düşənbədə olarkən şəhərin abadlaşdığının, yeni binaların tikildiyinin şahidi olur və bu, Azərbaycan xalqını da dost kimi sevindirir. O, şəhərsalma sahəsində qazanılan nailiyyətlər münasibətilə Tacikistanı təbrik edərək, Düşənbənin ildən-ilə daha da gözəlləşməsinin məmnunluq doğurduğunu bildirib. Bu fikirlər Azərbaycan və Tacikistan arasında qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq ruhuna əsaslanan münasibətlərin yüksək səviyyəsini bir daha nümayiş etdirir. Prezident İlham Əliyev oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası zamanı çıxışında qardaş Tacikistan xalqını və onun liderini əldə olunmuş uğurlar və nailiyyətlər münasibətilə təbrik edərək deyib ki, Düşənbədə dəfələrlə olarkən ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyini görürəm. Bütün bunlar bizi dost kimi çox sevindirir. Şəhərsalma sahəsində uğurlar münasibətilə təbrik edirəm və Düşənbənin ildən-ilə gözəlləşdiyinə şadam. Tacikistanla Azərbaycan arasında diplomatik münasibətlər 29 may 1992-ci ildə qurulub. 2007-ci ilin avqust ayında Azərbaycan Respublikasının Tacikistan Respublikasında, 2008-ci ildə isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 8 may 1998-ci ildə ümummilli lider Heydər Əliyevin 75 illik yubileyi çərçivəsində Tacikistan baş naziri müavininin başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub. 1996-1999-cu illərdə "BMT ilə ATƏT arasında əməkdaşlıq haqqında" qətnamə layihəsində Azərbaycanın Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasına mənsubluğunu təsdiqləyən, mühüm əhəmiyyət kəsb edən düzəliş Tacikistan tərəfindən dəstəklənib. Hər iki ölkə beynəlxalq və regional təşkilatlar, xüsusilə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edir. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, zənnimcə, hər kəs anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Bizim bugünkü uğurlu inkişafımız göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər. Bu gün Azərbaycan və Tacikistan müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlətlərdir. Əminik ki, səfərin nəticələrinə əsasən ən yaxın vaxtda konkret addımlar atılacaq. Əminik ki, Azərbaycan Prezidentinin Tacikistana səfərinin nəticələri ölkələrimiz arasında qardaşlıq münasibətlərinin gələcəkdə də möhkəmləndirilməsində mühüm rol oynayacaq. Prezident İlham Əliyev həmçinin iki ölkə arasında ikitərəfli əlaqələrin ardıcıl və dinamik şəkildə inkişaf etdiyini qeyd edib. O, Azərbaycan–Tacikistan münasibətlərinin qardaşlıq, dostluq və qarşılıqlı etimad prinsiplərinə əsaslandığını, bu münasibətlərin gələcəkdə də geniş inkişaf potensialına malik olduğunu bildirib. Azərbaycan və Tacikistan arasında əməkdaşlığın təkcə siyasi deyil, həm də iqtisadi, mədəni və humanitar sahələrdə formalaşması bu tərəfdaşlığın dərin və davamlı xarakter daşıdığını göstərir. Prezidentin vurğuladığı ardıcıl inkişaf xətti iki ölkə arasında strateji əlaqələrin möhkəmlənməsinə və regionda sabitliyin güclənməsinə xidmət edir. Dövlət başçısı çıxışında Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci il üçün MDB-nin mədəniyyət paytaxtı seçilməsinə göstərilən dəstəyə görə bütün MDB dövlət başçılarına təşəkkürünü bildirib. Prezident qeyd edib ki, bu qərar Azərbaycanın zəngin tarixi və mədəni irsinə olan hörmətin, həmçinin MDB məkanında humanitar əlaqələrin inkişafına verilən önəmin bariz göstəricisidir. O, humanitar əməkdaşlığın əhəmiyyətinə toxunaraq xatırladıb ki, cari ilin iyun ayında Laçında “MDB-nin Mədəniyyət Paytaxtı İli”nin açılış mərasimi keçirilib. Tədbirdə iştirak edən qonaqlar şəhərin Ermənistanın 30 illik işğalından azad olunmasından sonra keçdiyi bərpa yolunu və qısa müddətdə əldə etdiyi dəyişiklikləri öz gözləri ilə görüblər. Tamamilə dağıdılmış Laçın bu gün müasir, abad və yaşayış üçün əlverişli şəhərə çevrilib. Bu, Azərbaycanın bərpa və yenidənqurma prosesində əldə etdiyi uğurların, xalqın iradə və birliyinin təcəssümüdür. Prezident İlham Əliyev qeyd edib ki, Laçının MDB-nin mədəniyyət paytaxtı seçilməsi regionda sülhün, həmrəyliyin və mədəni əməkdaşlığın rəmzidir. Prezident İlham Əliyev çıxışında MDB məkanında humanitar və idman əməkdaşlığının daha bir mühüm hadisəsi kimi 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanda keçirilmiş III MDB Oyunlarını xüsusi qeyd edib. Dövlət başçısı bildirib ki, bu beynəlxalq tədbir qədim Gəncə şəhərində – XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində təşkil olunmaqla həm idman, həm də mədəni baxımdan əlamətdar hadisə olmuşdur. Oyunlar təkcə Gəncədə deyil, eyni zamanda Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəki şəhərlərində də keçirilib. Bu yarışlarda MDB ölkələrindən və digər dövlətlərdən 1600-dən çox idmançı müxtəlif idman növlərində mübarizə aparıb. Prezident vurğulayıb ki, bu kimi tədbirlər MDB məkanında xalqlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə, qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsipləri üzərində qurulan münasibətlərin inkişafına mühüm töhfə verir. III MDB Oyunlarının uğurla keçirilməsi Azərbaycanın beynəlxalq idman arenalarındakı nüfuzunu və təşkilatçılıq potensialını bir daha nümayiş etdirmişdir.
Arifə Abbasova
YAP Tovuz rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

