Bu torpaqların sahibi bizik
05.10.2025 [09:51]
Artıq beş ildir ki, torpaqlarımızın işğal deyil, işğaldan azad edildikləri tarixi qeyd edirik. Xalqımız hər zaman bu qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdardır. 30 illik işğala 44 gündə son qoyan Azərbaycan əsgəri dünya hərb tarixinə yeni səhifə yazdı. 44 günün hər gününü bir şəhərin, kəndin, yaşayış məntəqəsinin, strateji yüksəkliyin azad edilməsi müjdəsi ilə yaşadıq. Xalqımız hər gün dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən Qələbə xəbərini gözlədi. Cənab İlham Əliyevin həmin dövrdə xalqa müraciətlərinə diqqət yetirdikdə qələbə müjdələrini görürük. 4 oktyabr 2020-ci il tarixdə Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində daha bir qələbə xəbərini verdi: “Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar. 5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edilmişdi. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 90 kəndi işğaldan azad edildi. Azərbaycanın Vətən müharibəsində tarixi Zəfərindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda oldular. Prezident İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan Bayrağını ucaltdı. Dövlətimizin başçısının Bayrağımızı tarixi Xudafərin körpüsündə ucaltması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Azərbaycan bir daha mənfur düşmənə və ona 30 ilə yaxın müddətdə dəstək olan bəzi dünya güclərinə çatdırdı ki, bu torpaqların sahibi bizik və burada əbədi olacağıq. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, bu ərazimiz azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlara uğurlu əks hücumunuz mümkün olmuşdur. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Həmçinin Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. İşğalçı dövlət bir daha Azərbaycan Ordusunun hansı imkanlara malik olduğunun, ən əsası sərsəm bəyanatları ilə Ordumuz haqqında yaratdıqları fikirlərin yanlışlığının şahidi oldular. Rəsmi Bakı daim ən yüksək tribunalardan bəyan edirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yoluna üstünlük veriləcəyi şəksizdir. Onda Ermənistan və onun havadarları Azərbaycanın bu bəyanatını sülh danışıqlarından imtina kimi dəyərləndirirdilər. İşğalçı dövlət bir qədər də irəli gedərək belə bir sərsəm bəyanatla çıxış edirdi ki, Azərbaycan hərb yolunu seçərsə uduzacağı şəksizdir. Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atır, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradırdı. Bəs harada idi bu “yenilməz” Ermənistan ordusu? Erməni silahlı qüvvələri Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında dayana bilməyib, hərbi texnikanı, silah-sursatı qoyub qaçdı. Hər günü tariximizə qələbə səhifəsi kimi yazan Ordumuz ermənilərin illərdir yaratdıqları mifləri dağıtdı və dünyaya nümayiş etdirdi ki, ən güclü, məğlubedilməz oldu Azərbaycan Ordusudur. Dövlətimizin qətiyyəti, xalqın iradəsi, Ordumuzun gücü, qüdrəti sayəsində işğalçı Ermənistana yeri göstərildi, işğal altında olan torpaqlarımız azad olundu, düşmənin hərbi texnikası məhv edildi və qənimət kimi götürüldü. Reallıq budur ki, Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. 30 il torpaq həsrətini yaşasaq da bir gün belə onlara qovuşacağımıza ümidimizi itirmədik. Xalqımız əmin idi ki, dövlətimizin uğurlu siyasəti, Ordumuzun gücü sayəsində bir qarış torpağımız belə düşmənə verilməyəcək. Bu gün böyük fəxr hissi ilə Cəbrayıl rayonu ilə yanaşı, digər torpaqlarımızın da azad edilməsindən böyük qürur hissi ilə danışırıq. Dövlət başçısı İlham Əliyevin ətrafında yumruq kimi birləşən xalqımızın başını uca tutmağa tam haqqı var.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

