Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir
29.09.2025 [19:06]
Tarixi Zəfərə yol açan 44 günlük Vətən müharibəsinin başlanmasından artıq 5 il ötür. 30 illik işğala son qoyaraq ölkəmizin ərazi bütövlüyünü təmin edən Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında olduğunu Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi.
Azərbaycan dövləti hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, müqəddəs bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalan-dırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 27 sentyabr 2020-ci il tarixdə nələrin baş verdiyini tarixçilər deyəcəklər. Ümumən, istənilən hadisəyə ən layiqli qiymətin verilməsi, onun vətəndaşlıq hüququ qazanması üçün əlahəzrət zamana ehtiyac var. Hesab edirik ki, 27 sentyabr tarixi ilə bağlı da ən obyektiv və dolğun qiymət zamanla veriləcək, bu tarixin möhtəşəmliyi özünü daha zəngin təqdimatlarda tapacaq.
Qətiyyətlə söyləmək olar ki, 27 sentyabr Azərbaycan xalqının öz üzərindəki ləkəni təmizləmək üçün müqəddəs yolçuluğa çıxdığı tarixdir. Bu tarixin yaşanmasında canından keçmiş Vətən övladlarının anılmasında böyük məntiq və misilsiz qədirbilənlik var. 27 sentyabr tarixi nəinki Azərbaycana, o cümlədən, Cənubi Qafqaz regionuna sülhü yaradan tarixdir. Məlum olduğu kimi, sülh qanla əldə edilir. Həm də elə buna görə qanından-canından keçmiş Vətən övladlarını məhz bu gün anırıq. Onlar yaşadığımız regionun sülh təminatçılarıdır, sülh və ədalət yolunda gənc həyatlarını qurban vermiş əsl fədakarlar, qəhrəmanlardır.
Sentyabrın 27-si müdrikliyin, səriştənin, dönməzlik və prinsipiallığın zəfərinə doğru yolun başlanğıcıdır. Hesab edirik ki, Azərbaycan xalqı bu tarixədək bir İlham Əliyev tanıyırdısa, bu tarixdən sonra tamamilə fərqli bir liderlə tanış oldu. Onu güclü sərkərdə kimi tanıdı. Hər bir azərbaycanlı onu özünə ata, qardaş, dayı, əmi gördü, öz doğması hesab etdi. Bu, cənab İlham Əliyevin prezidentlik keyfiyyətlərinə yeni obraz qazandırdı. Prezident bu obrazın verdiyi qətiyyətlə müzəffərlik zirvəsinə ucaldı. 27 sentyabrdan noyabrın 10-dək xalqımız bu müzəffər liderin tvitlərini gözlədi, müraciətlərini izlədi, dünyanın nüfuzlu media orqanlarına verdiyi müsahibələrin, az qala, hər sözünü bir-bir oxudu. Oxudu, gözlədi, izlədi və daxilində müqəddəs Zəfərimizə inam bəslədi.
Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı şanlı Qələbə ilə kifayətlənməyərək daha da möhkəmlənməyə, qüdrətlənməyə, döyüş qabilyyətini artırmağa, maddi-texniki bazasını gücləndirməyə səy göstərir.10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarından irəli gələn öhdəlikləri pozaraq ölkəmizə qarşı təxribatlar törədən Ermənistana rəşadətli ordumuzun verdiyi “Qisas”, “Qətiyyətli addım” kimi dərslər də Silahlı Qüvvələrimizin artan imkanlarının, gücünün təqdmatı oldu. Silahlı Qüvvələrimiz 2023-cü ilin 20 sentyabr tarixində suverenliyimizi tam bərpa etməklə müstəqillik tariximizin növbəti Zəfər səhifəsini yazdı. Bununla da Azərbaycanın həyatında yeni dövr başladı.
Tarixi Zəfərimizi, suverenliyimizin tam bərpasını bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Dövlət başçısı cənab İlham Əliyevin Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabrın ölkəmizdə Anım Günü, 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd olunması özündə bütün məqamları ehtiva edir. Tarix yazan qəhrəmanlarımızı unutmamalı, onların həyat yolunu vətənpərvərlik məktəbi kimi öyrənib gələcək nəsillərə çatdırmalıyıq.
Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı naminə canından keçmiş bütün Vətən övladlarının xatirəsi bu gün də hörmət və ehtiramla yad edilir. Xalqımız Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadır və yaşadacaq. Onların Vətən sevgisi hər birimiz üçün örnək olaraq qalacaq.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxElm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50

