Qarabağda dövlət suverenliyinin tam bərpası əməliyyatı dövlətimizin qətiyyətini göstərdi
16.09.2025 [19:22]
Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilmiş lokal xarakterli Dövlət suverenliyinin tam bərpası əməliyyatı ölkəmizin son illərdə apardığı qətiyyətli siyasətin, diplomatik mövqeyinin və hərbi gücünün bariz göstəricisidir. Bu əməliyyat təsadüfi deyil, illərlə davam edən erməni təxribatlarının, üçtərəfli bəyanatın pozulmasının və sülh çağırışlarına məhəl qoyulmamasının nəticəsi idi. Son aylarda Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması, ərazilərimizin sistemli şəkildə minalanması, yeni səngər və istehkamların qurulması bölgədə gərginliyin süni şəkildə artırıldığını göstərirdi. Ermənistanın bu addımları açıq şəkildə üçtərəfli bəyanatın ruhuna və mətninə zidd idi. Bu, həm də İrəvanın sülh prosesini pozmaq niyyətini ifşa edirdi.
Sentyabrın 19-da baş verən mina partlayışları Azərbaycan vətəndaşlarının və hərbçilərinin həyatına son qoydu. Bu fakt göstərdi ki, Ermənistan yalnız hərbi deyil, həm də terrorçu metodlardan istifadə edir. Dövlətimizin adekvat addımları isə həm hərbi, həm də siyasi zərurət idi. 2020-ci il 10 noyabr bəyanatına görə erməni silahlı birləşmələri Qarabağı tərk etməli idi. Lakin onların bölgədə qalması regional təhlükəsizliyə real təhdid idi. Azərbaycan bu reallığı dünyaya çatdıraraq göstərdi ki, bölgədə uzunmüddətli sülh yalnız qanunsuz hərbi qüvvələrin çıxarılması ilə mümkündür. Dövlət suverenliyinin tam bərpası əməliyyatının məqsədi sadəcə hərbi obyektlərin zərərsizləşdirilməsi deyildi. Burada əsas məram işğaldan azad olunmuş torpaqlarda yaşayan əhalinin təhlükəsizliyini təmin etmək, bərpa-quruculuq işlərinə zəmanət vermək və dövlətin konstitusion quruluşunu bərpa etmək idi. Azərbaycanın addımı beynəlxalq hüquq normalarına tam uyğun idi. Əməliyyat zamanı Azərbaycan Ordusu yüksək dəqiqlikli silahlardan istifadə edərək yalnız legitim hərbi hədəfləri məhv etdi. Mülki infrastruktur və yaşayış məntəqələri toxunulmaz qaldı. Bu, Ordumuzun həm peşəkarlığını, həm də humanist yanaşmasını bir daha sübut etdi. Azərbaycan həm də mülki əhalini SMS bildirişləri, səsgücləndiricilər və vərəqələrlə xəbərdar etdi, humanitar dəhlizlər yaratdı. Əməliyyat barədə Rusiya sülhməramlı kontingenti və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi məlumatlandırıldı. Bu fakt Azərbaycanın şəffaf siyasətini və regional tərəfdaşlığa sadiqliyini göstərdi.
Dövlət suverenliyinin tam bərpası əməliyyatı zamanı ölkədə fəaliyyət göstərən 23 siyasi partiyanın birgə bəyanatla cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi milli həmrəyliyin parlaq nümunəsi oldu. Bu, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan güclü mesaj idi – Azərbaycan vahid xalq və dövlət kimi hərəkət edir. Milli maraqlara qarşı çıxan bəzi partiyaların imtina mövqeyi onların siyasi mahiyyətini bir daha göstərdi. Əksinə, Qərbi Azərbaycan İcması fəal çıxış edərək Ermənistanın təxribatlarını pislədi və beynəlxalq ictimaiyyəti ədalətə çağırdı. Bu da Azərbaycanın haqlı mövqeyinə əlavə dəstək oldu. Azərbaycan dəfələrlə Qarabağda yaşayan erməni sakinlərini reinteqrasiya məsələlərini müzakirə etməyə dəvət edib. Lakin bu çağırışlar cavabsız qalıb. Dövlətimizin mövqeyi dəyişməz idi. Silahların təhvil verilməsi, qanunsuz rejimin buraxılması və Azərbaycanın konstitusion quruluşuna hörmət mütləqdir. Əks halda, Dövlət suverenliyinin tam bərpası əməliyyatı sona qədər davam etdiriləcək.
Qarabağda həyata keçirilmiş lokal Dövlət suverenliyinin tam bərpası əməliyyatı Azərbaycanın hərbi gücünü, siyasi iradəsini və diplomatik qətiyyətini bir daha nümayiş etdirdi. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan güclü dövlət kimi yalnız öz maraqlarını deyil, həm də bölgədə sülhün təmin olunmasını hədəfləyir.” Bu əməliyyat təkcə hərbi qələbə deyil, həm də regionda sülh və sabitliyin bərqərar olunması istiqamətində atılmış tarixi addım oldu.
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21

