/ / YAP Laçın rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib
YAP Laçın rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib
24.04.2025 [18:20]
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı tərəfindən rayonun 31 nömrəli tam orta məktəbində “Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində fəaliyyəti” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov böyük qürurla vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin ölkəmizin dövlət dili elan edilməsində əvəzsiz rolu olmuşdur. O qeyd etmişdir ki, ötən əsrin 70-ci illərinin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. Həmin dövrdə SSRİ-nin yeni Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da sürətləndi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Buna baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bəyan etdi.
Elə həmin dövrdən ana dili uğrunda apardığı mübarizə çağdaş Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin dil quruculuğu siyasətinin əsasını təşkil edib. Məhz buna görə də Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə dövlətçiliyin əsas atributu olan Azərbaycan dilinin inkişafında Heydər Əliyev öz imzası olan tarixi şəxsiyyətdir.
İlham Əliyev isə Ulu Öndərin bu fəaliyyətini uğurla davam etdirərək, Prezident kimi dil siyasətinin prioritetlərini daim gündəmdə saxlamışdır.
YAP veteranı Əlövsət Rzaquliyev bildirib ki, Azərbaycan dilinin milli varlıq kimi qorunması, inkişaf etdirilməsi və zənginləşdirilməsi hər bir iqtidarın və ziyalı-intellektual mühitin əsas vəzifələrindəndir. O, Ulu Öndərin ölkəmizin müasir tarixində həyata keçirdiyi siyasi və sosial islahatlarla paralel olaraq ana dilimizə verdiyi diqqəti, dilin dövlətçilik prosesində və cəmiyyət həyatında rolunun gücləndirilməsini xüsusi vurğulamışdır.
Laçın rayon 31 nömrəli tam orta məktəbin direktoru Azər Cabbarov çıxışında bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin dil siyasəti Azərbaycan dilinin dövlət atributu kimi möhkəmlənməsinə, elmi araşdırmaların genişlənməsinə və beynəlxalq aləmdə təbliğinə dəyərli töhfələr vermişdir. Onun irəli sürdüyü tədbirlər bu gün də uğurla davam etdirilir, dilimizin zənginliyi, qrammatik və leksik strukturu müasir tələblər səviyyəsində qorunub saxlanılır.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına qəbul olunmuş yeni üzvlərə partiya vəsiqələri təqdim edilmiş, xatirə şəkilləri çəkilmişdir.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42

