İki ölkə arasında olan qardaşlıq və qarşılıqlı siyasi iradə
28.02.2025 [17:28]
Arifə Abbasova,
YAP Tovuz rayon təşkilatının məsləhətçisi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında son dövrlərdə bir neçə mühüm görüş keçirilmişdir. Ötən il iyunun 15-də Bakıda keçirilən geniş tərkibli görüşdə Prezident İlham Əliyev, Pakistanın Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edərək, iki ölkə arasındakı qardaşlıq münasibətlərinin gücləndirilməsinin vacibliyini vurğulamışdır. Baş nazir Məhəmməd Şahbaz Şərif isə Pakistanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etmişdir. İyulun 11-2024 cü də İslamabadda keçirilən məhdud tərkibli görüşdə də iki lider arasında ikitərəfli əlaqələrin inkişafı, iqtisadi əməkdaşlıq və regional məsələlər müzakirə edilmişdir. Bu görüşlər, Azərbaycan və Pakistan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımlar olmuşdur.
Fevralın 24- 2025 ci ildə isə Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında rəsmi görüşlər keçirilmiş, görüşlərdə iki ölkə arasındakı əməkdaşlığın inkişafı, xüsusilə iqtisadiyyat, ticarət, mədəniyyət və digər sahələrdə əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunmuşdur və Bakıda Azərbaycan ilə Pakistan arasında bir sıra mühüm sənədlər imzalanmışdır. Azərbaycan Prezidenti İlham Əliyev və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilən mərasimdə aşağıdakı sənədlər mübadilə edilmişdir:
Konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu: Bu sənəd, iki ölkə arasında konsulluq xidmətlərinin təkmilləşdirilməsi və vətəndaşların hüquqlarının qorunması sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
Dövlət əmlakının özəlləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu: Bu memorandum, dövlət əmlakının özəlləşdirilməsi prosesində təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi məqsədini güdür.
Əməkdaşlıq Memorandumu: Bu sənəd, iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən hüquq və ədliyyə sahəsində əməkdaşlığın inkişafını nəzərdə tutur. Mədəni mübadilə Proqramı (2024-2029-cu illər): Bu proqram, mədəniyyət sahəsində birgə fəaliyyətlərin təşkili, sərgilərin keçirilməsi və mədəniyyətlərarası dialoqun gücləndirilməsi məqsədini daşıyır.
İnformasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu: Bu sənəd, iki ölkə arasında informasiya texnologiyaları sahəsində təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Bu sənədlərin imzalanması, Azərbaycan ilə Pakistan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım olmuşdur.
Pakistan İslam Respublikası Azərbaycanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir, Ermənistanın təcavüzünü daim pisləmişdir. Pakistan İslam Respublikası işğalçı Ermənistanı rəsmən tanımamış və bu ölkə ilə diplomatik əlaqələr qurmamışdır.
2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi, 2017-ci ildə Milli Assambleyanın Xarici İşlər Komitəsi Xocalı Soyqırımını tanıyan və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələr qəbul etmişdir.
Pakistan, həmçinin İkinci Qarabağ müharibəsində Azərbaycanla həmrəylik nümayiş etdirmişdir. 2020-ci ilin oktyabr ayında Pakistan Milli Assambleyası Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində Ermənistanın təcavüzünü pisləyən qətnaməni yekdilliklə qəbul etmişdir. Pakistan Senatında Kabinet Katibliyi üzrə daimi komitə tərəfindən Azərbaycana qarşı Ermənistanın təcavüzünü pisləyən və ölkəmizə dəstək ifadə edən qətnamə yekdilliklə qəbul edilmişdir.
Azərbaycan Respublikası Pakistan İslam Respublikası ilə münasibətlərə xüsusi əhəmiyyət verir və bu əlaqələrin bütün sahələr üzrə genişləndirilməsində maraqlıdır.
İki ölkə arasında humanitar sahədə əlaqələrin inkişafında Heydər Əliyev Fondunun xüsusi rolu vardır. 2015-ci ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva “Hilal-e Pakistan” ordeni ilə təltif edilmişdir.
Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır. Dövlətimizin başçısı Pakistana sözügedən səfərinin yekunu olaraq mətbuata bəyanatında bildirdi ki, biz hər zaman əməkdaşlıq etmişik. Hazırda ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrin praktiki elementlərinə qədəm qoyuruq. Bütün bunlar planlarımızdır və bütün planlarımız icra olunacaq – qarşılıqlı etimad və səmimiyyət üzərində. Bunun üçün çox böyük əsas var. O da bizim iki ölkə arasında olan qardaşlıq və qarşılıqlı siyasi iradədir.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

