Ağcabədidə gənc YAP fəalları ilə görüş keçirilib
02.10.2024 [18:56]
Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının inzibati binasında yerli təşkilatın sədri Rövşən Əhmədovun rəhbərliyi ilə sosial şəbəkə fəallarıvə könüllülərlə görüş keçirilib.
Görüşdə YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi Elşən Səfərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı ƏPT sədri Mahir Səlimov, Ağcabədi Pedoqoji Kollecinin müəllimi Səbuhi Atakişiyev və sosial şəbəkələrdə fəal olan partiya üzvləri və könüllülər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov könüllü fəallara fədakar fəaliyyətlərinə görə təşəkkür edərək bildirdi ki, Parlament seçkilərindən sonra biz yeni mərhələyə qədəm qoymuşuq. Sentyabrın 1-də Milli Məclisə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədlərinin müdafiəsi istiqamətində və təbliğində sosial şəbəkə fəallarının da fəal iştirak etdiklərini vurğulayan Rövşən Əhmədov çıxışı zamanı onu da qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişində, tərəqqisində öz töhfələrini əsirgəmir. YAP-ın gücü onun öz ideya yükünü, ölkənin gələcək inkişafı ilə bağlı konseptual baxışlarını modernləşdirə və dünya təcrübəsi ilə zənginləşdirə, problemlərdən çıxış yollarını göstərə, ən mürəkkəb siyasi məsələlərlə bağlı konkret təkliflər irəli sürə bilməsindədir. Bütün bunlar YAP-ın ən müxtəlif sosial təbəqələrin etimadını qazanaraq ümumxalq partiyasına çevrilməsinə stimul vermişdir.
Tədbirdə gənc könüllülərdən Nərmin Qasımova və Lalə Mahmudova çıxış edərək, yeni dövrə yeni Azərbaycan devizi ilə qədəm qoyan və ölkəmizdə aparıcı siyasi qüvvə olan YAP-ın gənc fəalları olduqlarından qürur duyduqlarını bildirmiş, yeni çağrışlar fonunda üzərlərinə düşən missiyanı bundan sonra da layiqincə yerinə yetirməyə həmişə hazır olduqlarını vurğulamışdır.
Daha sonra görüş iştirakçıları arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.
YAP Ağcabədi rayon təşkilatı tərəfindən tədbirin sonunda gənc fəallara könüllülərə Sertifikatlar, Fəxri Fərmanlar və Təşəkkürnamələr təqdim edilib.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirildi.
Xəbər lenti
Hamısına baxElm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28

