/ / Dövlət Xəzər Dəniz Gəmiçiliyində YAP-ın yaranmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib
Dövlət Xəzər Dəniz Gəmiçiliyində YAP-ın yaranmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib
16.11.2012 [00:08]
Aydın Bəşirov: Ulu öndər Heydər Əliyevin zəkasının bəhrəsi olan Yeni Azərbaycan Partiyası ötən 20 ildə inkişaf edərək mütəşəkkil siyasi qüvvəyə çevrilib
Dünən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin kollektivi Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasim keçirib. YAP Səbail rayon təşkilatı üzrə “Xəzər dənizçiləri” ərazi ilk partiya təşkilatının sədri İzafət Məmmədov tədbiri açaraq Yeni Azərbaycan Partiyasının 20 illik fəaliyyəti haqqında fikirlərini bildirib. O, həmçinin, rəhbərlik etdiyi ilk təşkilatda 748 nəfər partiya üzvünün birləşdiyini qeyd edib.
Mərasimdə çıxış edən Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov bildirib ki, Ulu öndər Heydər Əliyevin zəkasının bəhrəsi olan YAP ötən 20 ildə həm çətin, həm də şərəfli yol keçərək xeyli inkişaf edib və mütəşəkkil siyasi qüvvəyə çevrilib. Onun sözlərinə görə, hazırda ölkəmizdə YAP-la rəqabət aparmağa qadir olan heç bir siyasi qüvvə yoxdur: “Partiyanın Sədri, dövlət başçısı İlham Əliyevin dediyi kimi YAP nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqazda ən böyük siyasi təşkilatdır. Azərbaycanın müasirləşməsi, yeniləşməsi istiqamətində həyata keçirilən siyasətdə YAP-ın özünəməxsus rolu var. Sıralarını günbəgün genişləndirən, alternativsiz siyasi qüvvəyə çevrilən YAP qarşıda duran vəzifələrin həlli istiqamətində də fəaliyyətini davam etdirir. Bir sözlə, partiyanın qurucusu Heydər Əliyevin dediyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”.
O, qeyd edib ki, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin çoxminli kollektivi Prezident İlham Əliyevin tərəqqi və inkişaf kursunu tam dəstəkləyir. Prezident İlham Əliyevin YAP-ın Sədri seçilməsindən sonra partiyanın həyatında yeni mərhələnin başlandığını deyən A.Bəşirovun sözlərinə görə, dövlət başçısı Ulu öndər Heydər Əliyevin yolunu ləyaqətlə davam etdirir. Onun fikrincə, ölkə Prezidentinin bütün fəaliyyəti Azərbaycanın tərəqqisinə, ölkədə demokratik dəyərlərin qorunmasına və inkişafına, xalqın rifah halının yüksəlməsinə, Azərbaycanın qüdrətli dövlətlər sırasına çıxarılmasına yönəlib.
“Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin çoxminli kollektivi Prezident İlham Əliyevin tərəqqi və inkişaf kursunu tam dəstəkləyir. Dənizçilər həmişə Ümummilli liderimiz Heydər Əliyevin xüsusi qayğısını hiss ediblər. Hamıya yaxşı məlumdur ki, 1990-cı illərin əvvəlində Azərbaycanın Xəzərdəki mövqelərini zəiflətmək məqsədilə müəyyən qüvvələr gəmiçiliyi parçalamağa cəhd göstərirdilər. O vaxt məhz Ulu öndər Heydər Əliyevin qətiyyəti respublika üçün strateji əhəmiyyət daşıyan dəniz nəqliyyatını qoruyub saxlamağa imkan verdi. Ulu öndərimizin uzaqgörən, düşünülmüş siyasəti nəticəsində nəinki donanmamızı qoruduq, həm də onu genişləndirdik. Bu gün Prezidentimiz İlham Əliyev bütün sahələrdə olduğu kimi gəmiçiliyə münasibətdə də Heydər Əliyev kursunu davam etdirir” - deyə, Gəmiçiliyin rəisi qeyd edib.
A.Bəşirov bildirib ki, donanmanın yenilənməsi və yükgötürmə imkanlarının artırılması daim ölkə başçısının diqqət mərkəzindədir. Onun sözlərinə görə, 2004-cü ildən bəri xeyli gəmilər alınıb. “Biz bu müddətdə 10 ədəd iritonnajlı tankerin, 1 quru yük gəmisinin, 4 gəmi-bərənin istismara verilməsinin şahidi olduq. Xorvatiyanın “Ulyanik” tərsanəsində son 10 ayda tikilmiş daha 2 bərənin Bakıya gətirilməsi isə 2012-ci ilin nailiyyətlərindəndir. Biz bütün bunlara görə, Prezident İlham Əliyevə minnətdarıq. Gəmiçiliyin kollektivi öz işinə daim məsuliyyətlə yanaşır, qazanılmış mövqeləri daha da möhkəmləndirmək, yeni nailiyyətlər əldə etmək haqqında düşünür” - deyə, A.Bəşirov vurğulayıb.
Rəis onu da bildirib ki, indi kollektivin qarşısında bir çox məsuliyyətli məsələlərin həlli dayanır. Bu, ilk növbədə, Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu və reallaşdırdığı nəhəng planlar, o cümlədən, “Əsrin müqaviləsi”, tarixi İpək Yolunun bərpası və nəhayət, Bakı-Tbilisi-Qars layihəsinin gerçəkləşdirilməsi ilə bağlıdır. Onun sözlərinə görə, Gəmiçiliyin kollektivi Azərbaycana sözdə deyil, işdə xidmət edir və bütün çətinliklərin öhdəsindən inamla gəlməkdə qətiyyətlidir. Bu inam isə hər şeydən əvvəl Prezident İlham Əliyevin uğurla davam etdirdiyi Heydər Əliyev siyasi xəttinin möhkəmliyinə, sabit xarakter daşımasına arxalanır.
Tədbirdə, həmçinin, “Professor Əziz Əliyev” gəmisinin kapitanı Faiq Məmmədov, Gəmiçiliyin gənclərlə iş üzrə şöbəsinin rəisi Ülviyyə Əliyeva, Gəmiçiliyin üzücü heyət həmkarlar ittifaqı komitəsinin sədri Böyükağa Quliyev, Dövlət Dəniz Akademiyası kitabxanasının müdiri Firəngiz Rzayeva, Gəmiçiliyin MKTİ rəisi İlqar Orucov və İ.Allahverdiyev adına gəmi təmiri və gəmiqayırma zavodunun şöbə rəisi Məhəbbət Muradov çıxış edərək Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yeri və rolu, 20 il ərzində keçdiyi şərəfli yol haqqında fikirlərini ifadə ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

