Laçın dünyanın ən gözəl guşələrindən birinə çevrilməkdədir
26.08.2024 [10:29]
Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal dövründə rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən çox hərbi və mülki şəxs həlak olub və ya itkin düşüb. İşğalçılar tərəfindən 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi və digər infrastruktur obyektləri talan olunaraq və məhv edilib. Həmçinin 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə uğrayıb.
Təcavüzkar Ermənistan Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub, soyqırımları, bir çox digər hərbi cinayətlər törədib. Bütün bunlar dünya ictimaiyyətinin gözü qarşısında baş verir və çox təəssüf ki, susqunluqla qarşılanırdı.
2020-ci il sentyabrın 27-də mənfur düşmənə qarşı Vətən müharibəsinə başlayan Azərbaycanın müzəffər Ordusu, qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin əmrini rəşadətlə yerinə yetirərək 44 gün sonra hər bir azərbaycanlıya canı qədər doğma olan Qarabağımızı işğaldan azad etdilər.
Tarixi Zəfərimizlə bitən 44 günlük Vətən müharibəsindən sonra xalqımızın və dövlətimizin qarşısında dayanan əsas vəzifə düşmən işğalından azad edilmiş şəhərlərimizi, kəndlərimizi, qəsəbələrimizi ən müasir tələblərə uyğun şəkildə bərpa etmək və Azərbaycan millətinin Böyük Qayıdış arzusunu reallaşdırmaqdır. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə xalqımız bu tarixi missiyanı da müvəffəqiyyətlə yerinə yetirməkdədir. Qarabağda və Şərqi Zəngəzur iqtisadi rayonlarında gerçəkləşdirilən bütün proseslər ölkə başçımız tərəfindən çox ciddi nəzarətdə saxlanılır. Heç də təsadüfi deyildir ki, Cənab İlham Əliyevin işğaldan azad edilmiş bölgələrə səfərləri artıq mütəmadi xarakter almışdır.
2020-ci ilin dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi, lakin bağlanan üçtərəfli müqavilənin şərtlərinə əsasən müvəqqəti olaraq Laçın şəhəri və Zabux və Sus kəndləri bizim nəzarətimizdə deyildi. Nəhayət ki, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri ordumuz tərəfindən nəzarətə götürüldü və həmin gündən etibarən burada geniş tikinti-quruculuq işlərinə başlandı. İndi Laçın böyük bir tikinti meydançasını xatırladır.
Vətən müharibəsində işğaldan azad olunan bütün yurd yerlərimiz kimi, Şərqi Zəngəzurun dilbər guşələrindən olan Laçın da indi özünün yeni növrağını yaşayır. Otuz il ərzində düşmənin dağıdıb taladığı bu qədim elimiz yenidən qurulur, laçınlılar uzun ayrılıqdan sonra doğma yurdlarına qayıdırlar. 2023-cü ilin 28 mayında Laçın şəhərinə, 25 avqustunda isə yenidən qurulan Zabux kəndinə sakinlərin qayıdışı başlandı.
Avqustun 26-da Laçın rayonuna gələn Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zabux kəndində sakinlərlə görüşmüş, sonra “Laçın Şəhəri Günü” tədbirində iştirak etmişdilər.
“Bu gün biz Şuşada, Laçında toy-bayram edirik. Öz doğma torpağımızda qürurla yaşayırıq. Hər bir azərbaycanlı qürur hissi ilə yaşayır ki, biz tarixi Zəfər çalaraq bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdik”, – deyə Prezident İlham Əliyev tədbirdə demişdi.Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə 26-27 avqust tarixlərində Laçında keçirilən tədbirlərə doğma yurda qayıdan laçınlılarla yanaşı, mədəniyyət və diplomatik korpusun nümayəndələri və digər qonaqlar qatılmışdı.
Laçın şəhərinin yenidən doğuluşunun ikinci ildönümünə də geniş bayram proqramı tərtib edilib. Üstəlik, budəfəki “Laçın Şəhəri Günü” Azərbaycan Respublikasının bütün ərazilərində suverenliyinin tam bərqərar edilməsindən sonra, 2023-cü ilin 19-20 sentyabrındakı antiterror əməliyyatının nəticəsi olaraq külli Qarabağda bayrağımızın dalğalandığı bir vaxtda daha böyük bir anlamla qeyd edilir.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxElm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22

