Ziyalılar və gənclər Yasamal rayon təşkilatının əsasını təşkil edir
06.11.2012 [00:52]
Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ərəfəsində partiyanın yerli strukturlarının fəaliyyətinin daha geniş işıqlandırılması və təbliği layihəsi çərçivəsində növbəti təqdimatımız Yasamal rayon təşkilatıdır
Rayon təşkilatı yaranıb- 20 fevral 1993-cü il
Təşkilatın sədri - Fikrət İsmayılov
Təşkilat üzvlərinin ümumi sayı - 26000 nəfər
İdarə Heyəti - 31 nəfər
Şura üzvləri - 127 nəfər
Nəzarət-təftiş qrupu - 9 nəfər
İlk təşkilatların sayı - 155
Qadınların sayı - 12180 nəfər
Gənclərin sayı - 11460 nəfər
AMEA-nın həqiqi və müxbir üzvləri - 50 nəfər
Elmlər doktoru - 365 nəfər
“Şöhrət” Ordeni ilə təltif olunan şəxslər - 50 nəfər
Xalq artistləri - 11 nəfər
Əməkdar artistlər - 15 nəfər
Təşkilatın ünvanı - akademik Landau küçəsi 6.
Əlaqə telefonları - 538 04 67, 510 47 32
YAP Yasamal rayon təşkilatı Yeni Azərbaycan Partiyasının böyük yerli strukturlarından biridir. Bu təşkilat 20 fevral 1993-cü ildə təsis olunub. YAP Siyasi Şurasının üzvü Fikrət İsmayılov rayon təşkilatının sədridir. F.İsmayılov bildirir ki, təsis konfransı 26 ilk partiya təşkilatında təmsil olunan 550 nəfərin iştirakı ilə keçirilib. Bu gün isə 155 ilk təşkilatda 26 min nəfər partiya üzvü birləşib. Belə bir göstərici rayon təşkilatının böyük inkişaf yolu keçdiyini göstərir.
Təşkilat sədrinin fikrincə, Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlı olan YAP xalqımızın və respublikamızın müstəqilliyi istiqamətində böyük mübarizə yolu keçib: “Yeni Azərbaycan Partiyası qısa müddətdə təşkilatlanaraq ölkənin ən mütəşəkkil siyasi qüvvəsinə çevrilib”.
F.İsmayılov partiyanın yaranmasının o dövrün tələbi olduğunu deyib: “1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı və bununla da, Azərbaycan inkişaf yoluna qədəm qoydu. Təbii ki, ölkəmizin əldə etdiyi uğurlarda hakim partiyanın da özünəməxsus rolu və payı var. Hazırda isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası uğurla fəaliyyət göstərir və regionun ən güclü siyasi qüvvəsinə çevrilib”.
Partiyaya üzv olmaq istəyənlərə zamin durmaq lazımdır
Təşkilat sədri fəaliyyətlərində kəmiyyətə yox, keyfiyyətə üstünlük verdiklərini deyir: “Partiyamızın sıralarına üzv qəbul olunmaq üçün müraciət edənlərin sayı çoxdur. Amma biz kəmiyyətə deyil, keyfiyyətə üstünlük veririk. Çünki partiyamızın qurucusu Heydər Əliyevin tövsiyəsi belə olub. Biz çalışırıq ki, əqidəli insanlar YAP sıralarına qoşulsunlar. Partiyamıza üzv olmaq istəyən hər kəsin məsələsi təşkilatımızın İdarə Heyətində müzakirə olunur. Ərizə verən hər bir şəxs üçün iki nəfər zamin durmalıdır. Onlar YAP sıralarına qəbul olmaq istəyən şəxsin əqidəli olduğuna zəmanət verirlər”.
Qeyd edək ki, YAP Yasamal rayon təşkilatının İdarə Heyətinin 31, Şurasının isə 127 üzvü var. Nəzarət-təftiş qrupu isə 9 nəfərdən ibarətdir. İdarə Heyətinin ayda bir dəfə, hər ayın birinci həftəsinin birinci günü iclası keçirilir. “İclaslarda partiya sıralarına qəbul, günün aktual məsələləri müzakirə olunur, dövlətin siyasəti ilə bağlı öhdəmizə düşən məsələlərlə bağlı qərarlar qəbul edirik” - deyir, təşkilat sədri.
İmkansız ailələrə qayğı göstərmək təşkilatın ənənəsinə çevrilib
F.İsmayılovun sözlərinə görə, təşkilatın tədbirləri sırasında imkansız ailələrə, kimsəsiz insanlara qayğı göstərmək xüsusi yer tutur. Belə ki, milli bayramlar ərəfəsində rayonda yaşayan imkansız ailələrə, məcburi köçkünlərə maddi və mənəvi yardım göstərilir. Eyni zamanda, 15 imkansız ailənin ali məktəblərdə təhsil alan övladlarına ayda 40 manat təqaüd verilir. Təhsil ilinin başlanması- 15 sentyabr günü münasibətilə hər il Yasamal rayonunda imkansız ailələrin birinci sinfə gedən övladlarına məktəb ləvazimatı hədiyyə edilir. Bu il 180 nəfərə belə hədiyyələr verilib. Təşkilat sədri qeyd edib ki, aprel-may aylarında imkansız ailələrin üzvü olan oğlan uşaqları üçün kiçik toy mərasimləri də təşkil olunur. Bütün bunlardan əlavə, hər il 28 May - Respublika Günü münasibətilə YAP Yasamal rayon təşkilatı cəbhə bölgəsindəki hərbi hissələrə gedərək vətənimizin keşiyində dayanan hərbçilərimizlə görüşlər keçirirlər.
Ümumiyyətlə, ölkə miqyasında ictimai-siyasi proseslərlə bağlı daim tədbirlərin keçirildiyini deyən F.İsmayılovun sözlərinə görə, hazırda partiyanın 20 illik yubileyi ilə bağlı ərazi ilk partiya təşkilatlarında geniş tədbirlər təşkil olunur.
Təşkilat sədrinin 7 müavini var ki, onlar da müəyyən istiqamətlər üzrə partiya işlərinə məsuldurlar. Sədr müavinləri bu şəxslərdir: Qərib Məmmədov, Tağı Əhmədov, İbrahim Mehdiyev, Nurlana Əliyeva, Rasim Nəbiyev, Tamilla Şahbazova və İmran Mehdiyev.
YAP Yasamal rayon təşkilatının sədr müavini, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirir ki, Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu 90-cı illərin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək, Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Belə bir siyasi təşkilatın yaranmasını şərtləndirən tarixi zərurət 1990-cı illərin əvvəllərində ölkəmizin düşdüyü mürəkkəb vəziyyətdən onu xilas etmək kimi misilsiz tarixi vəzifənin yerinə yetirilməsi arzusu və istəyi ilə əlaqədar idi.
“Məlum olduğu kimi, 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqillik haqda Konstitusiya Aktını qəbul etsə də, sonrakı illərdə respublikada bütün istiqamətlərdə dərin xaos və böhran yaranmışdı. 1988-ci ildən başlanan iqtisadi, siyasi, xüsusilə dövlət hakimiyyəti böhranı, həmin illərdə rəhbərliyə gətirilən səriştəsiz, müxtəlif xarici maraq qruplarının təlimatlarını icra edən siyasi qrupların gündən-günə güclənən erməni təcavüzünün qarşısını almaq, vətənin təhlükəsizliyini və əhalinin rifahını təmin etmək əvəzinə öz hakimiyyətlərini qorumaq istiqamətində, hətta vətəndaş qarşıdurmasına belə rəvac vermələri onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirmişdi. Məhz belə bir ağır şəraitdə Azərbaycanı gözləyən mümkün təhlükələrin qarşısını almaq məqsədilə xalqın sağlam qüvvələrinin, geniş təbəqələrinin böyük tarixi şəxsiyyət Heydər Əliyevə müraciəti, oktyabrın 24-də isə ziyalıların müraciətinə cavab məktubunda Ulu öndər Heydər Əliyevin yaranmış vəziyyəti dərindən təhlil etməsi və çıxış yolunu göstərməsi noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis edilməsi zərurətini reallaşdırdı. Yarandığı gündən Yeni Azərbaycan Partiyasının Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi dövlət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və ötən 20 ildə öz proqram məqsədlərinə, yəni müstəqillik, dövlətçilik prinsipi, qanunçuluq prinsipi, azərbaycançılıq, vətənçilik prinsipi, varislik, yaradıcı təkamül prinsipi, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi prinsipi, sosial ədalət prinsipinə və s. sadiq fəaliyyət göstərib. Ona görə də, bu gün Azərbaycanın müstəqil dövlət olaraq inkişaf mərhələlərini təhlil edərkən tam məsuliyyətlə qeyd edirik ki, YAP-ın həyata keçirdiyi tədbirlər, qəbul etdiyi tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və Azərbaycan Respublikasının bugünkü inkişaf səviyyəsinə çatması baxımından mühüm rol oynayıb” - deyə, təşkilatın sədr müavini vurğulayıb. Q.Məmmədovun sözlərinə görə, hazırda partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır.
YAP Yasamal rayon təşkilatının sədr müavini, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov isə bildirir ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin çox gərgin bir məqamında yaradılıb. Onun sözlərinə görə, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi partiyanın siyasi nüfuzunu şərtləndirən amil idi: “Azərbaycanın ictimai-siyasi həyatında çoxşaxəli fəaliyyəti ilə xüsusi yer tutan YAP 20-ci ildönümünü qeyd edir. Lakin tarixə nəzər salarkən, bu 20 ilin heç də asan keçmədiyini müşahidə etmiş oluruq. Çünki Ulu öndər Heydər Əliyev demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğunda siyasi partiyanın rolunu rəhbərə xas olan uzaqgörənliklə qiymətləndirərək 1992-ci il noyabrın 21-də yaradılmış YAP-a rəhbərliyin məsuliyyətini üzərinə götürmüşdü. Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli lider 1993-cü ildə Sədri olduğu Yeni Azərbaycan Partiyasını iqtidara gətirdi. Yeni Azərbaycan Partiyasının yarandığı, təşəkkül tapdığı, inkişaf etdiyi və ümumxalq partiyasına çevrildiyi illər ərzində Ulu öndər Heydər Əliyevin siyasi təcrübəsi və iradəsi nəticəsində respublikamızda siyasi böhrana, vətəndaş müharibəsi təhlükəsinə, separatçılıq meyillərinə, dövlət çevrilişi cəhdlərinə, terror aktlarına son qoyuldu, vətəndaş həmrəyliyi təmin edildi, ölkə daxilində ictimai-siyasi sabitlik bərqərar edildi”.
Qadınlar Şurası qayğıya ehtiyacı olan insanlara maddi və mənəvi dəstək göstərir
YAP Yasamal rayon təşkilatı Qadınlar Şurasının sədri Tamilla Şahbazova da partiya işlərini lazımi səviyyədə yerinə yetirməyə çalışdıqlarını deyir. Onun sözlərinə görə, təşkilatda birləşən 12180 nəfər qadın ictimai-siyasi fəallıq göstərir. Eyni zamanda, şuranın bir çox ilk təşkilat üzrə strukturları fəaliyyət göstərir. Amma bu fəallıq digər sahələri də əhatə edir. Belə ki, Qadınlar Şurası əlamətdar günlərlə bağlı tədbirlər keçirir, eləcə də, qayğıya ehtiyacı olan uşaqlara, əlil qadınlara da maddi və mənəvi dəstək göstərir. “Biz iş planına uyğun olaraq fəaliyyətimizi yüksək səviyyədə həyata keçirməyə çalışırıq. Hər il iş planımız təsdiq olunur və buna uyğun hərəkət edirik. Hazırda Qadınlar Şurası partiyanın 20 illik yubileyi ilə bağlı geniş tədbirlər keçirir. Bununla yanaşı, ənənəvi olaraq qocalar evinə, uşaq internatlarına gedir, qayğıya ehtiyacı olan bu insanlarla görüşürük. Çalışırıq ki, onlara həm maddi, həm də mənəvi dəstək verək. Qadınlarımız bu proseslərdə həvəslə iştirak edirlər” - deyə, T.Şahbazova vurğulayıb.
Samirə Quliyeva: Təşkilat tələbə-gənclərlə fəal iş aparır
Onu da qeyd etmək yeriən düşər ki, Yasamal rayonu gənclərin, xüsusilə tələbə-gənclərin aktiv fəaliyyətdə olduğu rayondur. Təsadüfi deyil ki, bu ərazini “tələbə şəhərciyi” adlandırırlar. Ölkəmizin nüfuzlu ali məktəblərinin bir neçəsi bu rayonda yerləşir. Bu sırada Bakı Dövlət Universitetinin, Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Texniki Universitetinin, Mədəniyyət və İncəsənət Universitetinin və digərlərinin adını çəkmək olar. Təbii ki, belə olan şəraitdə tələbə-gənclərlə iş aparmaq da məsuliyyətli bir işdir. YAP Gənclər Birliyinin sədr müavini, partiyanın Yasamal rayon təşkilatı İdarə Heyətinin üzvü Samirə Quliyeva deyir ki, tələbə-gənclərlə işin müasir tələblər səviyyəsində qurulması qarşımızda duran mühüm vəzifələrdən biridir. Onun sözlərinə görə, gənclərlə bağlı görülən işlər partiya rəhbərliyinin daim diqqətindədir: “Biz təhsil müəssisələrində oxuyan gənclərlə işə xüsusi fikir veririk. YAP Gənclər Birliyi ali məktəblərdə təhsil alan gəncləri ictimai işlərə cəlb edərək onların bu istiqamətdə formalaşmasında, tələbələrin sosial problemlərinin həllində, elmi işlərə cəlb olunmasında, istedadlı tələbələrin üzə çıxarılmasında, tələbələrin asudə vaxtlarının, yay istirahətlərinin təşkili istiqamətində fəaliyyət göstərir”.
Yaşadığımız əsrin elm, təhsil, yeniliklər əsri olduğunu deyən S.Quliyeva bildirir ki, yeni inkişaf mərhələsini yaşayan Azərbaycan gəncliyi Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasətindən bəhrələnərək inkişaf edir, müasirləşir və böyük uğurlara imza atır. O, YAP Yasamal rayon təşkilatında da sağlam ruhlu gənclərin birləşdiyini bildirib: “Gənc nəslin milli-mənəvi, milli-əxlaqi tərbiyəsi diqqətdə saxlanılır. Çünki hər bir Azərbaycan gənci ölkəsinin milli keyfiyyətlərinə, milli ənənələrinə sadiq olmalıdır”.
Bəxtiyar Nəbiyev: Gənclərlə keçirilən görüşlərdə onları maraqlandıran məsələlər, qarşılaşdıqları problemlər öyrənilir, irəli sürdükləri təkliflərə dair müzakirələr aparılır
Rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev gənclərin ictimai-siyasi proseslərdə fəal olduğunu deyir. Təşkilatda 11460 gəncin birləşdiyini deyən B.Nəbiyev gənclər birliyinin mütəmadi olaraq tədbirlər keçirdiyini vurğulayıb. Təşkilat Ulu öndər Heydər Əliyevin anadan olmasının 89 illiyi münasibətilə məqalə müsabiqəsi keçirib və qaliblərə mükafatlar təqdim olunub. Partiyanın 20 illik yubileyi ilə bağlı isə əsas tədbirlərdən biri gənclərdən ibarət 16 komanda arasında futbol turnirinin keçirilməsidir. “Eyni zamanda, mütəmadi olaraq gənclərlə görüşlər keçirilir, onları maraqlandıran məsələlər, qarşılaşdıqları problemlər və irəli sürdükləri təkliflərə dair müzakirələr aparılır. Çalışırıq ki, tədbirlərimiz həm rəsmi, həm də qeyri-rəsmi olmaqla maraqlı təşkil edilsin. Bizim gənclərimiz YAP GB-nin təşkil etdiyi yay və qış məktəblərində fəal iştirak edirlər. Bu layihələrdə gənclər dövlət strukturlarının rəhbərləri, deputatlar, siyasi xadimlərlə görüşlər keçirir, özlərini maraqlandıran suallara cavab alırlar. Həmçinin, istirahətlə yanaşı, debatlarda, “dəyirmi masa”larda yeni biliklərə yiyələnirlər. Bu layihələrdə YAP Yasamal rayon təşkilatından hər il 50-60 gənc iştirak edir” - deyə, B.Nəbiyev bildirib. Onun sözlərinə görə, hazırda birliyin üzvləri sosial şəbəkələrdə də kifayət qədər fəallıq göstərirlər.
Ziyalılar da bu təşkilatda böyük üstünlük təşkil edir
Onu da vurğulayaq ki, Yasamal tələbə şəhərciyi olmaqla yanaşı, ölkəmizin tanınmış ziyalılarının da məkanıdır. Bir sıra ali məktəblərlə bərabər, elm məbədgahı olan Milli Elmlər Akademiyası və onun bir çox institutları da bu ərazidə yerləşir. Bu baxımdan, YAP Yasamal rayon təşkilatında ziyalılar kifayət qədər təmsil olunur. Belə ki, təşkilatın üzvlərinin 50 nəfəri AMEA-nın həqiqi və müxbir üzvləri, 365 nəfəri elmlər doktoru, 1125 nəfəri elmlər namizədidir. Eyni zamanda, “Şöhrət” Ordeni almış 50 nəfər, “91-lər” hərəkatının 11 üzvü, 11 Xalq artisti, 15 Əməkdar artist də YAP Yasamal rayon təşkilatının üzvüdür.
Ümumilikdə, YAP Yasamal rayon təşkilatında işlərin sistemli şəkildə qurulması nəticə etibarilə fəaliyyətin səmərəliliyini də əhəmiyyətli dərəcədə artırır.
www.yap.org.az
Xəbər lenti
Hamısına baxSosial
14 Yanvar 13:27
İqtisadiyyat
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50

