Azərbaycan Avropa İttifaqının fəal tərəfdaşıdır
23.07.2024 [11:33]
Azərbaycan Avropa İttifaqı ilə əlaqələrini dinamik şəkildə inkişaf etdirir. Diqqətəlayiq haldır ki, ölkəmiz bu İttifaqa üzv olan bir çox dövlətlərlə həm ikitərəfli formatda, həm də digər müxtəlif beynəlxalq təsisatlar çərçivəsində münasibətlərini ən yüksək səviyyədə qurub. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev iyulun 18-də İngiltərənin Oksford şəhərində keçirilmiş “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə iştirak etmişdir.
Qeyd edək ki, həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələri müzakirələr zamanı bərabər səslə təmin edən nadir platforma olan “Avropa Siyasi Birliyi”nin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Dövlət başçımızın Sammit çərçivəsində Avropa İttifaqına üzv ölkələrin dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlər bu ölkələrin Azərbaycanla əməkdaşlığa verdikləri yüksək önəmin göstəricisi kimi qiymətləndirilməlidir.
Azərbaycanın bu mötəbər tədbirə mütəmadi olaraq dəvət alması ölkəmizin Avropada mövqelərinin getdikcə möhkəmləndiyini bir daha təsdiq edir. Oksford Zirvə görüşündə etdiyi çıxışında cənab Prezident İlham Əliyev ölkəmizin Avropa dövlətlərinin enerji təhlükəsizliyində oynadığı rolun əhəmiyyətini vurğulayaraq bildirdi ki, 2021-ci ildə Avropa qitəsinə Azərbaycanın qaz təchizatı ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. Başqa sözlə desək, Azərbaycanın ixrac etdiyi qazın yarıdan çoxu Avropaya gedir. Hazırda Azərbaycanın təbii qazını səkkiz ölkə alır ki, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. Gözlənilir ki, Azərbaycan bir neçə aya Sloveniya bazarına da daxil olacaq. Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar açılır.
Cənab Prezident İlham Əliyev bunu da qeyd etdi ki, Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır. Bu, çox böyük məsuliyyətdir və əlbəttə ki, ölkəmiz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyini yerinə yetirmək üçün əlindən gələni etməyə çalışır. Bu, Azərbaycanın hədəfidir və bu hədəfə çatmaq üçün ölkənin tələb olunan resursları və infrastrukturu mövcuddur.
Bütün bu faktlar Azərbaycan ilə tərəfdaş Avropa ölkələri arasında münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

