Yasamal rayonunda futbol turnirinə start verilib
16.10.2012 [00:29]
Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 20-ci ildönümü münasibətilə ölkənin hər yerində tədbirlər keçirilir. Eyni zamanda, paytaxtın Yasamal rayonunda da yubileylə bağlı “dəyirmi masa”lar, müsabiqələr və s. təşkil edilir. Dünən isə partiyanın yaranmasının 20-ci ildönümü münasibəti ilə YAP Yasamal rayon təşkilatının təşkil etdiyi futbol turnirinə start verilib.
Bakı Dövlət Universitetində (BDU) YAP Yasamal rayonu ərazi ilk partiya təşkilatlarının futbol komandaları arasında keçirilən turnirin açılış mərasimi Azərbaycanın dövlət himninin oxunması ilə başlayıb.
Sonra qonaqları və tədbir iştirakçılarını salamlayan BDU-nın rektoru, YAP İdarə Heyətinin üzvü, akademik Abel Məhərrəmov Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. “Xoşbəxt o xalqdır ki, onun Ümummilli lideri var, xalq o vaxt daha da xoşbəxtdir ki, həmin siyasi kurs ölkədə uğurla davam etdirilir” - deyən, rektor Azərbaycanın bütün nailiyyətlərinin bu böyük şəxsiyyətin adı ilə bağlı olduğunu vurğulayıb.
Akademik Ulu öndərin ölkəmizdə elmin, təhsilin inkişafına, alimlərin sosial vəziyyətinin daha da yaxşılaşmasına hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını, həmin siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini də diqqətə çatdırıb. Eyni zamanda, ölkəmizdə idmana göstərilən xüsusi dövlət qayğısından da söz açıb.
Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası ölkənin ən ağır vaxtında yaradılıb və bu partiyanın yaranması zərurət idi. 1992-ci ilin 21 noyabr tarixini uçurum kənarında olan ölkənin xilası üçün zəmin yaradan gün adlandıran millət vəkili ötən 20 il ərzində YAP-ın ona olan ümidləri tamamilə doğrultduğunu deyib: “YAP Azərbaycan dövlətçiliyinə şərəflə xidmət edir və ölkənin ən böyük, ən qüdrətli siyasi partiyasıdır. Bu partiyanın gücü məhz onun Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında meydana gəlməsindədir”.
Çıxışında ölkəmizin bir sıra nüfuzlu beynəlxalq tədbirlərə də ev sahibliyi etdiyini bildirən Abel Məhərrəmov, eyni zamanda, “ikinci dəfədir ki, Azərbaycanda keçirilən Beynəlxalq Humanitar Forumun miqyası, əhəmiyyəti və dünya ictimaiyyəti tərəfindən qəbul edilməsi çox önəmli bir məsələdir” - deyib.
Rektorun çıxışından o da məlum olub ki, futbol turnirində mübarizə 12 komanda arasında 3 qrupda davam edəcək. I yerə çıxan komandaya 1200, II yerin qalibinə 900, III yerin qalibinə isə 600 manat pul mükafatı və hədiyyələr təqdim ediləcək.
Sonra Bakı Dövlət Universiteti və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri arasında mübarizə başlayıb və oyun 1:0 hesabı ilə BDU komandasının xeyrinə başa çatıb.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxGündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50

