“Yaşıl enerjidən istifadə-dövrün tələbi”
11.07.2024 [17:18]
11 iyul 2024-cü il tarixdə Pirallahı rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası və ““Yaşıl enerjidən istifadə-dövrün tələbi” başlıqlı konfrans keçirilmişdir. Tədbirlərdə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, RİH başçısı Aparatının məsul əməkdaşları, rayon ərazisində fəaliyət göstərən idarə-müəssisə, təşkilat, təhsil, mədəniyyət və səhiyyə müəssisələrinin kollektiv üzvləri, Qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Tədbirdən öncə RİH başçısı Vasif İmanov və rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrinin kollektivlərinin iştirakı ilə keçirilən ağacəkmə aksiyasında ümumilikdə 100-ə yaxın eldar şamı əkildi.
Pirallahı Gənclər Mərkəzində keçirilən konfrans Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başladı.
Daha sonra mövzu ilə əlaqədar video-çarx nümayiş olundu.
İlk olaraq “Abşeronneft” Neft-qaz çıxarma idarəsinin rəisi Fərhad Əliyev çıxış edərək, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin qorunması istiqamətində həyata keçirilən kompleks tədbirlərin başlıca istiqamətlərindən birinin neftlə çirklənmiş torpaqların təmizlənməsi olduğunu bildirmişdir. Natiq vurğulamışdır ki, Pirallahı rayonunda hektarlarla neft və neft məhsulları ilə çirklənmiş ərazidə ARDNŞ tərəfindən kompleks addımlar atılmaqdadır. Son illərdə ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması, o cümlədən təbii sərvətlərdən səmərəli istifadə, çirklənmiş ərazilərin bərpası, su ehtiyatlarının mühafizəsi, xüsusi mühafizə olunan təbiət ərazilərinin, meşə və yaşıllıq sahələrinin artırılması və s. istiqamətlərdə həyata keçirilmiş layihələr ətraf mühitin komponentlərinin bərpasında rol oynamışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Sabirə İmanəlili qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmiş, bu da növbəti il ərzində qarşımıza ətraf mühitlə, yaşıl inkişafla bağlı yeni gündəlik qoymuşdur. Natiq, "Azərbaycan 2030" Milli Prioritetlər sənədində 5 prioritetdən birinin təmiz ətraf mühit və yaşıl artım ölkəsi olaraq bəyan edildiyini də diqqətə çatdırıb və əlavə edib ki, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bununla yanaşı, ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir.
Daha sonra Pirallahı Rayon icra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələr şöbəsinin müdir müavini (dini qurumlarla işin təşkilatçısı) Arzu Əliyeva çıxış edərək bildirmişdir ki, inkişafını yeni sənaye inqilabının tələbləri əsasında təkmilləşdirən Azərbaycanın əsas hədəfləri arasında ön sıralarda dayanan alternativ enerji ilə təchizata diqqət getdikcə artırılır. Düşünülmüş siyasət sayəsində enerji idxalçısından ixracatçısına çevrilən Azərbaycanın enerji diplomatiyasının uğurları daha böyük coğrafiyanı birləşdirir. Bərpaolunan enerji növlərindən səmərəli istifadə üçün yaranan imkanlar, həyata keçirlən islahatlar müsbət nəticəsini verməkdədir. Ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə enerji diplomatiyamızın əsas prinsiplərindəndir.Azərbaycanın hərtərəfli inkişafına dair strateji hədəfləri, ölkə iqtisadiyyatının qarşıdakı illər üçün prioritetlərini zamanın tələbləri əsasında müəyyənləşdirilir.
Yekun olaraq çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülmüş işlər, ölkəmizin iqlim dəyişmələrinin fəsadlarına qarşı apardığı mübarizə tədbirləri barədə auditoriyaya geniş məlumat verdi. RİH başçısı vurğuladı ki, ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da ekoloji mühitin qorunması və ətraf mühitə dəyən zərərlərin azaldılması, ekoloji layihələrin icrası istiqamətində ardıcıl işlər görülməkdədir. Pirallahı rayonunda ekoloji mühitin sağlamlaşdırılması daim prioritet istiqamət olaraq qəbul edilmiş, bu günə qədər 360 mindən çox ağac və gül kolları əkilmiş, yaşıllıqlar salınmışdır. Natiq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsinin beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsi olduğunu qeyd etdi. Təqdirəlayiq haldır ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi və Azərbaycanın iqlim dəyişikliyinin təsirinin azaldılması istiqamətində fəaliyyəti qlobal səviyyədə qəbul olunur. Azərbaycan dövləti qlobal problemlərdən biri olan iqlim dəyişmələrinin qarşısının alınması üçün ardıcıl siyasət aparır. Bu qərarın qəbul olunmasında iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində Azərbaycan dövlətinin apardığı məqsədyönlü siyasətin böyük rolu vardır. "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ətraf mühitin qorunmasına böyük diqqət və həssaslıqla yanaşmanın göstəricisidir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09

