Azərbaycanın dünyada artan nüfuzunun bariz nümunəsi
05.07.2024 [16:30]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Zəfərlərə, qələbələrə imza atan Azərbaycanın Prezidenti cənab İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısına qonaq qismində ikinci dəfə dəvət edilməsi dövlətimizin dünyada artan nüfuzunun bariz nümunəsidir. Müasir dövrümüzdə kifayət qədər resurslara, iqtisadi potensiala malik ölkəmizə bəslənilən inam onun dünyada etibarlı tərəfdaş kimi qəbul olunmasından xəbər verir. Çin, Rusiya, Pakistan, Hindistan və Orta Asiya ölkələrini birləşdirən belə mühüm beynəlxalq platformada Azərbaycanın növbəti dəfə iştirakı bir daha təsdiq edir ki, Qalib ölkəmiz regional proseslərdə verilən qərarlarda əsas söz sahibidir.
16 ölkənin dövlət və hökumət başçılarının ŞƏT-in çoxşaxəli əməkdaşlığını, beynəlxalq və regional problemlərin həllinə kömək edəcək məsələlərini nəzərdən keçirdiyi Astana Zirvə görüşündə Prezident İlham Əliyev ölkəmizlə bağlı ən mühüm məsələləri qlobal səviyyədə dünya ictimaiyyətinə bir daha çatdırdı.
Təşkilata üzv ölkələrin iqtisadiyyatının inkişafı, təhlükəsizliyin təmin edilməsi, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə həsr edilən Zirvə görüşündə hazırda dünyanın ən böyük beynəlxalq tədbirlərindən olan COP29-a hazırlıq çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatı ilə ölkəmiz arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində saxlanılıb. Ölkəmizin Prezidenti bildirib ki, təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq.
Üzv dövlətlər arasında siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsini, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsini əsas götürən Zirvə görüşü Azərbaycanın nüfüzunu və etibarlı tərəfdaş kimi qəbul edildiyini, həyata keçirdiyi genişmiqyaslı işlərin dəstəkləndiyini bir daha dünya ictimaiyyətinə göstərmiş oldu.
Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilın Azərbaycan ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlıq yüksək səviyyəyə çatıb. Eyni zamanda Azərbaycanın Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yoluna etdiyi sərmayələr bu yolun illik ötürücülük qabiliyyətini 1 milyon tondan 5 milyon tona qədər artırıb. Tərəfdaşları ilə birlikdə Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyən Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir. Bu da öz növbəsində Azərbaycanın nəqliyyat imkanlarını artıracaq. Uğurla fəaliyyət göstərən Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu da daşınmaların iki dəfə artırılmasına çalışır.
Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə ölkəmizin nəqliyyat-logistika qovşağı kimi mövqeyini bir daha vurğulayan Prezident cənab İlham Əliyev Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etməsini, Ermənistanın otuzillik işğalına birdəfəlik son qoymasını da mötəbər tədbirdə bir daha vurğulayıb. Dünya ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Ermənistanın otuzillik işğalına son qoymaqla BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsini icra edən Azərbaycanın haqq savaşı beynəlxalq hüquq və tarixi ədalətin bərpası kimi qiymətləndirilməlidir.
Ümumiyyətlə, Azərbaycanın beynəlxalq səviyyədə səsinin eşidilməsi, mövqeyinin dünyaya çatdırılması baxımından Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə əməkdaşlığın böyük əhəmiyyəti var.
Xəbər lenti
Hamısına baxMüsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22

