Azərbaycanda ordu quruculuğu prioritet sahədir
25.06.2024 [11:17]
Son 21 il ərzində Azərbaycanda ordu quruculuğu sahəsində görülən böyük işlər, həyata keçirilən əsaslı islahatlar Silahlı Qüvvələrimizi bu gün dünyanın ən güclü 50 ordusu sırasına çıxarıb. Etiraf etmək lazımdır ki, ölkəmizin beynəlxalq mövqelərinin getdikcə möhkəmlənməsi, dünyanın aparıcı siyasi təsisatlarında nüfuzlu söz sahibinə çevrilməsi güclü ordu olmadan mümkün ola bilməzdi. Bir çox məsələlərin həllində məhz güc amilinin getdikcə daha çox həlledici amil kimi çıxış etdiyi müasir dünyada yalnız güclü ordu istənilən bir ölkənin suverenliyinin, xalqının əmin-amanlığının qarantı ola bilər. Azərbaycan bunu öz təcrübəsindən çox yaxşı bilir. Ölkəmizin ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində 2003-cü ildən bəri son dərəcə uğurlu diplomatik iş aparan cənab Prezident İlham Əliyev hər zaman deyirdi ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır və bunun üçün bütün imkanlardan istifadə etməyə hazırdır. Ölkəmizin bu mövqeyini, sülhsevərliyimizi düzgün qiymətləndirməyən əksər beynəlxalq təşkilatlar isə, dünyada və xüsusən də Azərbaycanda münaqişənin ümumiyyətlə hərbi yolla həlli variantını istisna edən ideyanın formalaşması və qəbul olunması üçün əllərindən gələni edirdilər. Lakin Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu kimi cəhdləri hər bir çıxışında, hər bir bəyanatında tamamilə alt-üst edirdi. Dövlətimizin başçısı hər zaman öz qətiyyətli və prinsipial mövqeyindən çıxış edərək, birmənalı şəkildə deyirdi ki, mövcud münaqişənin hərbi yolla həlli mümkündür və lazım gələrsə Azərbaycan bu hüququndan istifadə edəcək. 30 il davam edən nəticəsiz danışıqlardan sonra, 2020-ci il sentyabrın 27-də Silahlı Qüvvələrimiz erməni təxribatlarına birdəfəlik son qoymaq və torpaqlarımızı işğaldan azad etmək məqsədilə hərbi əməliyyatlara başlamaq haqqında Ali Baş Komandanın əmrini aldılar. Əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində Şanlı Ordumuz düşmən üzərində tam və qəti qələbə qazandı. Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.
Əlbəttə ki, bütün Cənubi Qafqaz regionu üçün, bütün Türk dünyası üçün böyük tarixi əhəmiyyət kəsb edən bu Qələbə ilk növbədə ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən hələ ötən əsrin 70-ci illərində qoyulmuş və müstəqillik illərində daha da genişləndirilmiş, bu gün isə cənab Prezident İlham Əliyev tərəfindən müasir tələblərə uyğun yeni formatda uğurla davam etdirilən effektiv ordu quruculuğunun nəticəsi olaraq əldə edilib. Silahlı qüvvələrin modernləşdirilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət siyasətinin əsas strateji isiqamətlərindən biridir. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması dövlət başçımızın Ordu quruculuğu ilə əlaqədar bütün işlərə son dərəcə həssas yanaşdığını bir daha təsdiq edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Silahlı Qüvvələri Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Qürurverici haldır ki, Azərbaycan MDB məkanında ən güclü hava hücumundan müdafiə qüvvələrinə malik ölkələrdən sayılır. Bu gün Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilir.
Bu gün ölkəmizdə aparılan ordu quruculuğu siyasətinin vacib tərkib hissələrindən biri də hərbiçilərimizin Vətən müharibəsinin gedişində nümayiş etdirdikləri misilsiz qəhrəmanlıqlarının əbədiləşdirilməsi işidir. Bu məqsədlə Ölkə Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis edilmişdir ki, bu da tarixi Qələbəmizin əbədiləşdirməsi baxımından müstəsna rol oynayır və eyni zamanda da müharibə iştirakçılarına dövlətimiz tərəfindən göstərilən ali diqqətinin bariz təcəssümü kimi çıxış edir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

