Əmanətiniz baş tacımızdır...
01.06.2024 [12:27]
Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin, qazilərin və müharibə iştirakçılarının övladları ilə görüş keçirilib. Görüşdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları və uşaqlar iştirak edib.
Görüş Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Görüşü giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı şəhid və qazi ailələrinin uşaqlarını səmimi qəlbdən təbrik edib. Natiq bildirib ki, sağlamlığını itirmiş qazilərimizin, vətən torpağı uğrunda canını qurban vermiş şəhidlərimizin bizə əmanət qoyduğu övladlarına diqqət və qayğı göstərmək hər bir Azərbaycan vətəndaşının borcudur. Biz həmin qəhrəmanlar sayəsində 30 il düşmən tapdağı altında qalan torpaqlarımızı azad etmişik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin qorxmazlığı və qazilərimizin cəsurluğu sayəsində biz qalib ölkənin məğrur vətəndaşlarıyıq.
Çıxış edən şəhid valideynləri İsrail Mehdiyev və Balaxanım İsmayılova ilk gündən şəhidlərimizə, onların ailələrinə hər zaman diqqət və qayğı ilə yanaşan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildiriblər. Əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində yad edilməsi, eyni zamanda bu gün - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar şəhid övladlarının təbrik edilməsi şəhid ailələrinə və onların övladlarına göstərilən növbəti qayğı kimi qeyd edilib.
Digər çıxış edən Vətən müharibəsi qaziləri və iştirakçıları möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bütün azərbaycanlı uşaqlara, eləcə də şəhidlərimizin yadigarlarına və qazi uşaqlarına olan münasibətlərinin hamı üçün örnək olduğunu vurğulayaraq öz minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə uşaqlar vətənpərvərlik haqqında şeirlər söyləyiblər. Görüşün sonunda YAP İmişli rayon təşkilatı tərəfindən şəhid, qazi və müharibə iştirakçılarının övladlarına şirniyyatlı çay süfrəsi təşkil edilərək hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

