Nizami rayonunda Şahmat turniri keçirilib
21.05.2024 [11:24]
Ümummilli lider Heydər Əliyevin 101 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi “Sağlam nəsil və sağlam gələcək üçün maarifləndirmə” adlı layihə çərçivəsində Şahmat turniri keçirilib.
Turnir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Layihə rəhbəri Rəsul Səlimzadə məlumat verib ki, turnirdə Nizami rayonunun 30 təhsil müəssisəsindən qız və oğlan təmsilçi olmaqla 60 nümayəndə iştirak edib, öz məharətini və intellektini göstərib. Onlar arasında yarış Olimpiya sistemi üzrə keçirilib. Gərgin mübarizə şəklində gedən turnirdə qızlar arasında birinci yerin qalibi 61 saylı orta məktəbin şagirdi Kəmalə Muradova, ikinci yerin sahibi 70 saylı orta məktəbin şagirdi Yasəmən Fərziyeva olub, üçüncü yeri isə 227 saylı orta məktəbin şagirdi Ləman Nağıyeva tutub. Oğlanlar arasında isə birinci yerin qalibi 129 saylı orta məktəbin şagirdi Tunar Davudov, ikinci yerin sahibi 32 saylı orta məktəbin şagirdi Orxan Bağırov olub, üçüncü yeri də 109 saylı orta məktəbin şagirdi Şahin Əliyev və 8 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzi PHŞ-nin tələbəsi Elmar Mikayılov tutublar.
Sonra rəsmi mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhmən Hüseynov, Keşlə Bələdiyyəsinin sədri Əlamdar Bafadarov, Nizami Bələdiyyəsi sədrinin I müavini Heydər Rəhimov çıxış ediblər. Bildirilib ki, ulu öndər Heydər Əliyev dövlətimizin və xalqımızın hər bir uğurunda, inkişafın hər bir məqamında, hər bir nailiyyətində minnətdarlıqla, sevgi ilə xatırlanır. Çünki onların hər birində Heydər Əliyev izləri, Heydər Əliyev töhfələri vardır. Qürurla yaşadığımız müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Azərbaycan Heydər Əliyevin müəllifi olduğu məqsədyönlü və müdrik siyasət nəticəsində mövcud inkişafa nail olub. Azərbaycan daha böyük yüksəlişə Prezident İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev yolu ilə uğurla gedir.
Çıxışlardan sonra təltifetmə olub, qaliblərə diplomlar, medallar və kuboklar, yarış iştirakçılarına isə sertifikatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxXəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06

