Göygöldə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində tədbir keçirilib
16.05.2024 [13:49]
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı üzrə Suvarma Sistemləri İdarəsi ərazi partiya təşkilatında "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Yaşıl dünya-sağlam gələcək" mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbiri giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev diqqətə çatdırmışdır ki, Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycanın hərtərəfli inkişafını təmin etməklə yanaşı ətraf mühitin qorunmasını da daim diqqət mərkəzində saxlamışdır. Vurğulamışdır ki, Ulu Öndərin ekoloji tarazlığın qorunmasına yönəli gördüyü işlər sayəsində insanların təbiətə olan münasibəti dəyişmiş, su ehtiyatlarının bərpası və yaşıllıqların artırılması, yeni meşələrin, parkların salınması diqqət mərkəzində saxlanılmışdır. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu dövlətçilik prinsiplərini inkişaf etdirir, uğurlu siyasət yürüdür və ekoloji tarazlığın qorunmasına xüsusi önəm verir. Məhz bunun nəticəsidir ki, dünyanın ən nüfuzlu tədbirlərindən hesab olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu il Azərbaycanda keçiriləcəyi qərara alınmışdır.
Tədbirdə YAP Göygöl rayon təşkilatı üzrə Göygöl Suvarma Sistemləri İdarəsi ərazi partiya təşkilatının sədri İsmayıl Əvəzov, Vüsal Məmmədov, YAP üzvü Umxanım İmanzadə və başqaları çıxış edərək ölkəmizdə ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.
Tədbir ətraf mühitin qorunması istiqamətində müzakirələrlə davam edib və sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

