Qaradağ rayonunda Bilik olimpiadasının və İnşa müsabiqəsinin qalibləri mükafatlandırılıblar
07.05.2024 [19:04]
Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Heydər ƏliyevMərkəzində Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının, Qaradağ rayon İcra Hakimiyyətinin və “Kainat” Tədris Mərkəzinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda birlikdə təşkil etdiyi Bilik olimpiadasının və İnşa müsabiqəsinin qaliblərinə mükafatların təqdim olunma mərasimi keçirilib.
Mərasim iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin zəngin həyatı və dövlətçilik fəaliyyəti barədə stendlərlə tanış olublar.
Mərasimi açan YAP Qaradağ rayon təşkilatının sədri QafarƏliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqdar ölkəmizin hər yerində çoxsaylı tədbirlərin təşkil edildiyini qeyd edib. Qafar Əliyev bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin bansi və xilaskarı, xalqımızın Ümummmilli Lideri Heydər Əliyevin adı tariximizə qızıl hərflərlə yazılıb və hər bir gənc bu dahi şəxsiyyətin nəsillərə nümunə olan həyatını və zəngin dövlətçilik fəaliyyətini dərindən öyrənməlidir. YAP Qaradağ rayon təşkilatının Qaradağ rayon İcra hakimiyyəti və “Kainat” Tədris Mərkəzi ilə birlikdə təşkiletdiyi Bilik olimpidasının və İnşa müsabiqəsinin məqsədi Ulu Öndər Heydər Əliyevin irsini geniş təbliğ etmək, şagirdlərimizə bu dahi şəxsiyyət kimi Vətənini sevməyi, dövlətçilik ənənələrinə və milli-mənəvi dəyərlərə hörmətlə yanaşmağı öyrətməkdir.
Bilik Olimpiadasında və inşa müsabiqəsində Qaradağ rayonunda yerləşən bütün ümumtəhsil müəssisələrindən 700-ə yaxın yuxarısinif şagirdinin iştirak etdiyini qeyd edən YAP rayon təşkilatınınsədri belə yarışların rayonda yaşayan savadlı və istedadlı şagirdləri aşkar etməyə imkan yaratdığını da deyib.
Mərasim iştirakçılarını salamlayan Qaradağ rayon İcra Hakimiyyətinin şöbə müdiri, məşhur “91-lər”in nümayəndəsi Munis Bayramov Ulu Öndər Heydər Əliyevin müasirAzərbaycan dövlətinin qurulması istiqamətində göstərdiyimisilsiz xidmətlərdən bəhs edib. O bildirib ki, belə müsabiqələrvə olimpidalar gənc nəslin bu dahi şəxsiyyətin irsini öyrənmək baxımından xüsusi əhəmiyyətə malikdir.
Mərasimdə çıxış edən “Kainat” Tədris Mərkəzinin direktoruMəlahət Budaqova Bilik olimpiadasının və İnşa müsabiqəsinin təşkilinə görə YAP Qaradağ rayon təşkilatına və Qaradağ rayon İcra Haimiyyətinə minnətdarlığını bildirib. O qeyd edib ki, həm olimpiadanın nəticələri, həm də inşa müsabiqəsinə təqdim edilənyazılar müstəqil qiymətləndirmə komissiyası tərəfindən obyektiv yoxlanıb və ədalətli qiymətləndirlib.
Sonra qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim edilib.
Sonda xatirə fotosu çəkdirilib.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

