«Heydər Əliyev amili dövlətlərarası münasibətlərdə həmişə mühüm rol oynayıb və oynayacaqdır»
25.04.2024 [17:05]
Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Ölkəmizin başçısı BAM-ın tikintisinin başlanmasının 50 illiyinə həsr olunmuş tədbirdə iştirakla bağlı dəvətə görə Rusiya prezidentinə təşəkkürünü bildirib.
Prezident deyib ki, Rusiya rəhbərliyinin, həmçinin ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramı Azərbaycan xalqı yüksək qiymətləndirir. İlham Əliyev Heydər Əliyevin vaxtilə Ümumittifaq tikintisi adlandırılan bu nəhəng layihənin həyata keçirilməsində fəal iştirak etdiyini, onun reallaşdırılmasına öz töhfəsini verdiyini və ona görə bu tədbirdə iştirak etməyin böyük şərəf olduğunu dilə gətirib. Ölkəmizin başçısı Azərbaycan Rusiya əlaqələrinin kifayət qədər inkişaf etdiyini, 2022-ci ilin fevralında Kremldə imzalanmış və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işlər aparıldığını bildirib. Regional təhlükəsizlik məsələlərinin həmişə gündəlikdə olduğunu deyən İlham Əliyev, Rusiyanı Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkə adlandırıb. Dövlətimizin başçısı vurğulayıb ki, biz qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq. İlham Əliyev görüşə görə minnətdarlığını bildirib və bu görüşün Azərbaycanla Rusiya arasında münasibətlərinn inkişafına yeni təkan verəcəyi əminliyini ifadə edib. Elə həmin gün hər iki ölkənin prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib. Görüşdə çıxış edən ölkəmizin başçısı bildirib ki, BAM-ı inşa edənlərin, həyatlarını, gəncliklərini Ümumittifaq tikintisinə həsr edənlərin əhatəsində olmaq böyük şərəfdir. Ölkəmizin başçısı Heydər Əliyevin xatirəsinə dərin ehtirama görə Vladimir Vladimiroviçə xüsusi təşəkkürümü bildirub, xüsusi vurğulayıb ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını, məhz Vladimir Vladimiroviç Putin və Heydər Əliyev qoyublar. Heydər Əliyev amilinin dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynadığını diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, Heydər Əliyev Moskvada, Kremldə işlədiyi illərdə sovet dövlətinin, ona tapşırılan sahənin inkişafına rəvac vermək üçün böyük səylər göstərib və onlardan biri də nəqliyyat sahəsi olub. Ölkəmizin başçısı BAM-çılara və inşaatçılara, o cümlədən Rusiyanın bütün nəqliyyatçılarına Heydər Əliyevin xatirəsini əbədiləşdirdiklərinə görə minnətdarlığını bildirib.
Təhmasib Rüstəmov
YAP Qubadlı Rayon Təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40

