Nüvə müharibəsi başlasa...
31.10.2023 [11:25]
Rusiyanın müdafiə naziri Qərbi ittiham edir
NARDAR
Dünyanın bir sıra bölgələrində münaqişələrin, hərbi toqquşmaların güclənməsi nüvə müharibəsi təhlükəsini də artırır. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Çində keçirilən 10-cu Syanşan Təhlükəsizlik Forumunda bu barədə xəbərdarlığı da məsələnin ciddiliyindən xəbər verir. Forumda çıxışı zamanı Şoyqu bildirib ki, dünyada nüvə müharibəsi ehtimalı getdikcə artır. Onun sözlərinə görə, Qərb Rusiya ilə münaqişəni gərginləşdirmək xətti tutub və bu, nüvə gücləri arasında hərbi toqquşmaya səbəb ola bilər: “Qərbin müntəzəm şəkildə Rusiya ilə münasibətləri gərginləşdirmək səyləri nüvə gücləri arasında hərbi toqquşma təhlükəsi daşıyır və fəlakətli nəticələr vəd edir”.
S.Şoyqu bildirib ki, Ukrayna müharibəsi ABŞ və NATO-nun Rusiya ilə bağlı hesablamalarının puça çıxdığını göstərdi: “Qərb münaqişə potensialını Asiya-Sakit okean regionuna yaymağa çalışır. Beləliklə, nüvə arsenalına malik dövlətlər arasında qarşıdurma riskləri artır”.
Vurğulanmalıdır ki, 2022-ci ildə başlayan Rusiya - Ukrayna müharibəsinin geosiyasi coğrafiyasının get-gedə genişlənməsi bəşəriyyət üçün ən böyük təhdidlərdən birini - nüvə silahından istifadə təhlükəsini yenidən aktuallaşdırdı. Hələ ötən ilin sonlarına yaxın Rusiya prezidenti Vladimir Putinin ölkəsinin “nüvə dövləti” olmasını xatırlatması ilə başlanan “nüvə ritorikası” ABŞ üçün gözlənilməz deyildi. Sanki bu təhdidi gözləyirmiş kimi ABŞ dövlət başçısı C.Bayden də “buna hazırıq” cavabını səsləndirmişdi. Putin qəti şəkildə bildirmişdi ki, Rusiyanın ərazi bütövlüyü təhlükə altına düşərsə, bu ölkə əlində olan bütün vasitələrdən istifadə edəcək. O vurğulamışdı ki, Vaşinqton, London, Brüssel birbaşa Kiyevi hərbi əməliyyatları Rusiyanın ərazisinə keçirməyə sövq edir: “Onlar artıq gizlətmirlər ki, Rusiyanı hər vasitə ilə döyüş meydanında məğlub etmək, ardınca isə iqtisadi, siyasi, mədəni, ümumən istənilən suverenlikdən məhrum etmək, ölkəmizi tam talan etmək arzusundadırlar. Artıq nüvə şantajı da işə düşüb. Rusiya özünü müdafiə etmək üçün bütün vasitələrdən istifadə edir. Bizim ölkədə də müxtəlif məhvetmə vasitələri var, bəzi komponentlərdə isə NATO ölkələrininkindən daha müasirdir. Ölkəmizin ərazi bütövlüyü təhlükə altında qalarsa, Rusiyanı və xalqımızı qorumaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik. Bu blef deyil”.
Ötən ildən başlanan nüvə ritorikası müharibənin yeni mərhələsində daha da güclənib. Artıq Rusiya tərəfi Qərbə xəbərdarlıq edir - müharibə böhranı katostrafik həddə çatarsa, Rusiya bütün vasitələrdən istifadə edə bilər. Bununla bağlı Rusiya rəsmiləri dəfələrlə fikir səsləndiriblər. Hələ ABŞ prezidenti Co Baydenin bu ilin fevralında reallaşan Ukraynaya səfəri və səfər çərçivəsində verdiyi bəyanatlar, eyni zamanda, Polşadakı çıxışı, Ukraynaya ediləcək hərbi yardımların anonsları Rusiyanı mühüm addımlar atmağa sövq etmişdi. Belə ki, Prezident Putin Rusiya Federasiyasının “Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi”ndə iştirakın dayandırılması ilə bağlı qanun imzalamışdı, Rusiyanın “Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi”ndə iştirakını dayandırdığını açıqlamışdı. Bu müqavilə 2010-cu ilin aprelin 8-də Praqada Rusiya və ABŞ prezidentləri Dmitri Medvedev və Barak Obama tərəfindən imzalanmışdı. Müqavilənin rəsmi adı Amerika Birləşmiş Ştatları ilə Rusiya Federasiyası arasında Strateji Hücum Silahlarının Daha da Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər haqqında Müqavilədir. Müqavilə 2010-cu il dekabrın 22-də ABŞ Senatında, 2011-ci il yanvarın 25-də və 26-da isə Rusiya Federasiyasının Dövlət Duması və Federasiya Şurasında təsdiqlənib. Ratifikasiya ilə bağlı qərarda isə tərəflər müqaviləyə bir sıra “yeni artırmalar” etdilər: ABŞ Konqresinin qətnaməsində qeyd olunurdu ki, “yeni müqavilə Avropa da daxil olmaqla, raketdən müdafiə sistemlərinin yerləşdirilməsinə məhdudiyyətlər qoymur”. Rusiyanın ratifikasiya sənədində isə bildirilirdi ki, ABŞ-ın “raket mənzili” məsafəsi Rusiya Federasiyası üçün təhlükəyə çevrilən zaman Moskva sənəddən çıxmaq hüququnu özündə saxlayır. Qəbul edilən qərarlarda ayrı-ayrılıqda qeyd olunub ki, strateji hücum silahları ilə raketdən müdafiə vasitələri arasında əlaqəni əks etdirən preambulanın müddəaları hüquqi qüvvəyə malikdir və tərəflər tərəfindən tam nəzərə alınmalıdır. Ratifikasiya qanunları 2011-ci il yanvarın 28-də Rusiya Federasiyasının Prezidenti, 2 fevral 2011-ci ildə isə ABŞ Prezidenti tərəfindən imzalanıb. Ratifikasiya sənədlərinin mübadiləsi isə 2011-ci il fevralın 5-də Münhendə baş tutub. Bundan sonra isə sənəd hüquqi qüvvəyə minib - 31 iyul 1991-ci il tarixli Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması haqqında Müqaviləni (START-1) və 24 may 2002-ci il tarixli Strateji Hücum Potensiallarının Azaldılması haqqında Müqaviləni (SOR) əvəz edib.
İmzalanan müqavilə hər iki tərəfin strateji hücum silahlarının azaldılmasını və məhdudlaşdırmasını nəzərdə tuturdu: sənəd hər bir ölkənin arsenalını 1550 nüvə başlığı, 700 qitələrarası ballistik raket və ağır bombardmançı təyyarə ilə məhdudlaşdırır. Müqavilə uyğunluğu yoxlamaq üçün yerində yoxlamaların aparılmasını nəzərdə tutur. Müqavilə beş ildən çox olmayan müddətə uzadılmaq imkanı ilə on il (2021-ci ilin fevral ayına qədər) üçün nəzərdə tutulmuşdu. Sənədə müqavilədən çıxış bəndi də daxil idi.
Ümumiyyətlə, Rusiya və ABŞ dünyanın iki aparıcı nüvə dövləti sayılır. Hazırda Rusiyanın 8 minə yaxın, ABŞ-ın isə 3 mindən çox nüvə başlıqlı raketi mövcuddur. Bu qədər nüvə başlıqlı raket isə dünyanın sonu deməkdir. Avropa ölkələrinin də bəziləri nüvə silahına sahibdirlər. Amma onların sayı elə də çox deyil. Bir sözlə, hazırda rəqib cəbhədə döyüşən Qərb dünyasının ümumilikdə “nüvə ehtiyatı” Rusiyadan azdır. Bu raketlərin hər hansı bir əraziyə atılması isə böyükmiqyaslı dağıntılara, xeyli insan tələfatına səbəb ola bilər.
Yaxın Şərqdə münaqişənin alovlanması nüvə təhlükəsi riskini daha da artırır. Beynəlxalq hüququn işləmədiyi, böyük güclərin öz maraqları naminə hər cür addıma gedə biləcəyini nəzərə alsaq, nüvə müharibəsi bütün dünya üçün təsəvvür edilməyəcək dərəcədə fəlakətlərə səbəb olacaq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

