Azərbaycanda heç bir etnik azlıq özünü təhlükədə hiss edə bilməz!
11.10.2023 [11:19]
Lavrov sülhməramlı kontingentin sülh prosesinə də töhfə verəcəyinə inanır...
Vladimir Putinin sonuncu Valday Beynəlxalq Diskussiya Klubundakı çıxışında Azərbaycan torpaqlarındakı Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı fikirləri bu məsələni yenidən aktuallaşdırıb. Belə ki, bu dəfə məsələ ilə bağlı Rusiya XİN başçısı öz fikirlərini bölüşüb. Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov “BMT Nizamnaməsinin prinsiplərinə tam şəkildə riayət etmək və qarşılıqlı əlaqə - beynəlxalq sülhün, sabitliyin açarıdır” adlı məqaləsində bildirib ki, Rusiya sülhməramlıları Cənubi Qafqazda sülh və etimadı möhkəmləndirməyə hazırdır. Lavrovun sözlərinə görə, ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda qeyri-stabillik səpməyə davam edir. Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Cənubi Qafqaz regionunda dinc həyatın bərqərar olmasına töhfəsini verməyə hazırdır. Rusiya XİN başçısı vurğulayıb ki, ABŞ və Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinə müdaxiləsi qeyri-sabitliyə səbəb olur.
“Brüssel öz geosiyasi ambisiyalarını düşünərək, Vaşinqtonla birgə Cənubi Qafqazda sabitliyin pozulmasına gətirib çıxaran “vasitəçilik xidmətlərini” Azərbaycan və Ermənistana sırıyır”, - Lavrov qeyd edib. “Hazırkı dövrdə İrəvan və Bakı liderləri hər iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdiyi vaxtda, dinc həyatın bərqərar olmasının və qarşılıqlı etimadı möhkəmləndirməyin zamanı çatıb. Rusiya sülhməramlı kontingenti bu prosesə hər cür töhfə verməyə hazırdır”, - Lavrov əlavə edib.
Putin sülhməramlılarla bağlı...
Qeyd edildiyi kimi, bundan əvvəl Rusiya dövlət başçısı Vladimir Putin sülhməramlılarla bağlı fikirlərini bölüşmüşdü. Putin bildirmişdi ki, Rusiya sülhməramlılarının hüquqi statusu istisnasız olaraq 9 noyabr üçtərəfli bəyanatına əsaslanır: “
Sülhməramlıların heç bir statusu müəyyən edilmədi. İndi niyə belə olduğunu deməyəcəm. Azərbaycan hesab edirdi ki, buna gərək yoxdur. Ona görə də, bunu Azərbaycansız imzalamaq mənası idi. Ona görə də sülhməramlıların bütün statusu istisnasız olaraq 2020-ci il bəyanatına əsaslanırdı”.
Putin vurğulamışdı ki, Azərbaycan hər zaman Qarabağı öz ərazisi hesab edib. Lakin Ermənistan Qarabağın Azərbaycan ərazisi kimi statusunu müəyyən edib. “Bundan sonra Azərbaycan Prezidenti görüşlərin birində mənə dedi ki, “görürsüz hamı qəbul edib ki, Qarabağ bizimdir. Sizin
sülhməramlılarınız bizim ərazimizdədir”. Bilirsiz, Qarabağın Azərbaycan ərazisi kimi statusu müəyyən ediləndən sonra sülhməramlılarımızın statusu keyfiyyətdə dəyişikliyə uğradı. Azərbaycan Prezidenti dedi ki, sizin sülhməramlılar bizim ərazimizdə yerləşir. Gəlin indi onların statusu ilə bağlı ikitərəfli əsasda danışaq. Ermənistan baş naziri Paşinyan da bunu təsdiq etdi, bəli, siz indi ikitərəfli əsasda razılaşmalısız.
Fikirlər birmənalı olmayıb...
Ümumiyyətlə, 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanata əsasən Azərbaycan torpaqlarına müvəqqəti yerləşdirilən sülhməramlıların fəaliyyəti dövlətimiz tərəfindən müsbət dəyərləndirilib. Bununla belə cəmiyyət onların fəaliyyətini birmənalı şəkildə qiymətləndirmir - müəyyən dövrlərdə sülhməramlıların separatçılara silah daşınmasındakı “iştirakı”, onları müşayiət etmələri onlar haqqında fərqli düşüncələr yaradıb. Belə hallar Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti ilə bağlı da nəzərə çarpmışdı və müəyyən qanunsuzluqlarla bağlı önləyici addımlar atılmışdı. Bununla belə, ümumən sülhməramlıların fəaliyyətində Azərbaycana qarşı hər hansı bir fundamental çatışmazlıq görünməyib - hətta antiterror tədbirləri zamanı əvvəlcədən məlumatlandırılan sülhməramlı kontingent bu məsələdə bitərəf mövqeyini qorudu.
Digər tərəfdən, sülhməramlı kontingentin son dövrlərdə ard-arda müşahidə məntəqələrini sökməsi də bir sıra məsələlərdən xəbər verir. Düzdür, yayılan informasiyalara görə, Rusiya sülhməramlıları Qarabağ separatçılarının təhvil verdiyi silah-sursat, hərbi və xüsusi texnika anbarlarını qorumaq üçün 25 mühafizə postu yaradır və bu postların 14-ü Azərbaycan tərəfi ilə birgə yaradılır. Hər bir halda artıq Azərbaycan öz suverenliyini təmin edib və bundan sonrakı mərhələdə bütövlükdə proses tamam fərqli məcrada inkişaf trayektoriyası qazana bilər.
Sülhdən sonra...
Lavrov Rusiya sülhməramlılarının qarşıdakı sülh prosesindəki iştirakı məsələsini vurğulayaraq, bu prosesə hər cür töhfə verməyə hazır olduqlarını bildirib - bu, regionda sülhlə bağlı anons kimi qarşılana bilər. Azərbaycan hər zaman Qarabağdakı ermənilərin hüquqlarını, təhlükəsizliyini qoruyacağını bəyan edib. Antiterror tədbirlərinin ardından bölgədə görülən işlər, sosial təminatın, ərzaq təminatının formalaşdırılması, bir sıra hüquqi prosedurların təmin olunması, eyni zamanda, dövlətimizin bəyan etdiyi rəsmi açıqlamalar onu deməyə əsas verir ki, sülhün imzalanmasından sonra bölgədə əməkdaşlıq və birgəyaşayış təmin olunacaq. Tolerant və multikultural cəmiyyətə malik Azərbaycanda heç bir etnik azlıq özünü təhlükədə hiss edə bilməz - bizim ölkəmizdə hüququn aliliyi tam şəkildə təmin edilib...
SADİQ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
27 Noyabr 17:25
YAP xəbərləri
27 Noyabr 17:12
İdman
27 Noyabr 17:02
Xəbər lenti
27 Noyabr 17:00
YAP xəbərləri
27 Noyabr 16:32
Sosial
27 Noyabr 16:32
İqtisadiyyat
27 Noyabr 16:17
YAP xəbərləri
27 Noyabr 15:28
Xəbər lenti
27 Noyabr 14:58
Dünya
27 Noyabr 14:49
Dünya
27 Noyabr 14:35
Siyasət
27 Noyabr 14:14
Sosial
27 Noyabr 12:46
Gündəm
27 Noyabr 12:44
Sosial
27 Noyabr 12:04
Sosial
27 Noyabr 12:04
İqtisadiyyat
27 Noyabr 12:03
İqtisadiyyat
27 Noyabr 12:01
Gündəm
27 Noyabr 11:45
Gündəm
27 Noyabr 11:37
Sosial
27 Noyabr 11:24
Dünya
27 Noyabr 11:23
Gündəm
27 Noyabr 11:12
Siyasət
27 Noyabr 11:01
Siyasət
27 Noyabr 10:54
Siyasət
27 Noyabr 10:35
Analitik
27 Noyabr 10:19
Ədəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30
Hadisə
26 Noyabr 12:28
Dünya
26 Noyabr 12:25
Siyasət
26 Noyabr 12:11
Siyasət
26 Noyabr 11:59
Siyasət
26 Noyabr 11:43
Dünya
26 Noyabr 11:38
Siyasət
26 Noyabr 11:37
Siyasət
26 Noyabr 11:15

