Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Gürcüstanda çevriliş planını kim qurur?

Gürcüstanda çevriliş planını kim qurur?

05.10.2023 [11:00]

Son illərdə xaricdəki güc mərkəzlərinin hədəfinə gələn ölkələrdən biri də Gürcüstandır. Qeyd olunan mərkəzlər qonşu ölkədə  ilk növbədə məqsədli şəkildə yaradılan vətəndaş cəmiyyəti təsisatları vasitəsilə geniş şəbəkə qurmağa nail olublar. Həmin şəbəkə aldığı qrantlar müqabilində Gürcüstan hakimiyyətini hədəf götürən ssenarilərdə məmnuniyyətlə yer alırlar. Bu günlərdə  USAID-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) Gürcüstanla bağlı növbəti məkrli planının üstü açılıb.

Okeanın o tayından maliyyələşdirilən hakimiyyət dəyişikliyi ssenarisi

ABŞ-ın açıq şəkildə digər ölkələrin daxili işlərinə müdaxilə, özünə sərf etməyən hakimiyyətlərin devrilməsi strategiyasında USAİD xüsusi rol oynayır. USAİD ABŞ Mərkəzi Kəşfiyyat qurumunun alt qolu kimi yaradılıb və hazırda yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə aktiv şəkildə müdaxilə etmək, qeyri-sabit, çevriliş və xaos üçün münbit şərait yaratmağa çalışır.

Hazırda bunun təzahürləri Gürcüstanda açıq şəkildə müşahidə edilir. “Amerika xalqının pulu Gürcüstanda inqilabi proseslərin planlaşdırılmasına sərf olunur”. Qonşu ölkənin KİV-də dərc olunan məlumatlarda qeyd olunur ki, bu barədə Gürcüstanın hakim partiyasından bildiriblər. “Bu, Amerikanın Gürcüstana yardımı tarixində qara gündür. USAID Amerika xalqının pullarının niyə başqa ölkəyə iğtişaşları qızışdırmaq, iğtişaşlar planlaşdıran və zorakılıq törədən qrupları hazırlamaq üçün getdiyini izah etməlidir”, - deyə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

Hoteldə çevrilişə hazırlıq təlimləri...

Okeanın o tayından gələn maliyyə vəsaitləri ilə hakimiyyətin dəyişdirilməsi planlarının ilk anonsunu isə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) verib. Qurumun təşkil etdiyi brifinqdə bildirilib ki, Şərq-Qərb İdarəetmə İnstitutunun dəvəti ilə USAID proqramı çərçivəsində Serbiyanın CANVAS (Tətbiqi Qeyri-zorakı Fəaliyyət və Strategiyalar Mərkəzi) qeyri-hökumət təşkilatının nümayəndələri Gürcüstanda olublar. DTX iddia edir ki, onlar hökumətin devrilməsi prosesində həlledici rol oynamalı olan mülki fəalların böyük bir qrupu üçün təlim keçiblər.

Bundan əlavə, Gürcüstan DTX sentyabrın 26-29-da Tbilisidəki IBIS hotelində keçirilən təlimlərin materiallarının bir hissəsini dərc edərək, yuxarıda qeyd olunan ittihamları sübut etdiklərini bildirib. DTX-nin məlumatına görə, Serbiya vətəndaşları Sinişa Sikman, Yelena Stoyşiç və Slobodan Cinoviç sentyabrın 25-də Gürcüstana gəliblər. Ötən cümə günü onlar DTX-yə dindirilməyə çağırılıblar. Onlara qarşı heç bir ittiham irəli sürülməyib və sentyabrın 30-da Serbiya vətəndaşları Gürcüstan ərazisini tərk ediblər.

Eyni zamanda, DTX onların cinayət məsuliyyətindən yayınmaq üçün ölkədə olmalarının əsl səbəbini gizlətməyə çalışdıqlarını iddia edir. “Qeyd etmək lazımdır ki, onların ifadələri istintaqın əldə etdiyi sübutlarla ziddiyyət təşkil edir və bu ziddiyyət bir neçə detal üzrədir”, - deyə DTX-nın yaydığı bəyanatda bildirilir.

DTX iddia edir ki, bu şəxslər 2003-cü ildə Gürcüstanda baş vermiş inqilabi hadisələrlə əlaqəlidirlər və müxtəlif illərdə Serbiya, Ukrayna və digər ölkələrdə analoji proseslərlə bağlı olublar. Onlar CANVAS təşkilatının hakim halqasını təmsil edirlər. Sinişa Sikman və Slobodan Cinoviç Serbiyada “Otpor” təşkilatının - Gürcüstanın “Kmara” təşkilatının analoqu olan təşkilatın keçmiş üzvləridirlər.

Niyə oktyabr-dekabr ayları?

Gürcüstan DTX-nin bəyanatında oxuyuruq: “İctimaiyyətə xatırlatmaq istərdik ki, özəyi “Otpor” təşkilatı olan CANVAS təşkilatı bu ilin oktyabr-dekabr aylarında Gürcüstanda planlaşdırılan inqilabi ssenariyə gənclər qruplarını hazırlamaq üçün istifadə olunur. Sözügedən təşkilatların xarici ölkələrdəki inqilabi proseslərdə iştirak etməkdə və zorakı etiraz aksiyalarının təşkili üzrə təlimlərdə müəyyən praktiki təcrübəsi var”.

DTX-nin yaydığı sənəddə qanuni hakimiyyəti devirmək planı üçün oktyabr-dekabr aylarının məqsədli şəkildə seçildiyini də diqqətə çatdırıb: “Bu müddət təsadüfi seçilməyib, çünki bu zaman Gürcüstanın Aİ-yə namizəd statusu almaq üçün tövsiyələrin yerinə yetirilməsini qiymətləndirən Avropa Komissiyasının aralıq və yekun hesabatları dərc edilməlidir”.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 603 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Həmrəylik forumu...

27 Noyabr 10:54  

Siyasət

Ədəbiyyat

Maraqlı

MEDİA

Uğurlu vəhdət!

27 Noyabr 08:53

Sosial

İkiqat sevinc...

27 Noyabr 08:30

İqtisadiyyat

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30