İsveç NATO-ya üzv ola biləcəkmi?
21.06.2023 [10:34]
NARDAR
NATO-nun müdafiə nazirlərinin növbəti görüşündə Ukraynaya dəstək və İsveçin alyansa üzvlük məsələsi müzakirə olunub. Görüşdə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib ki, müttəfiqlərimiz bizə ixrac məhdudiyyəti tətbiq edirlər, bu isə qəbuledilməzdir: “Bu, NATO-nun təhlükəsizliyinə təsir göstərir”. Nazir Türkiyənin alyansın genişlənmə siyasətini müsbət qarşıladığını vurğulayıb. Onun sözlərinə görə, öhdəliklərini yerinə yetirərsə, İsveç də Finlandiya kimi NATO-nun üzvü ola bilər. Y.Gülər, həmçinin Türkiyənin terrorla mübarizəsinin sonadək davam edəcəyini vurğulayıb: “Bu istiqamətdə bütün müttəfiqlərimizdən dəstək gözləyirik”.
Məlumdur ki, İsveçin alyansa tam hüquqlu üzv olması üçün Türkiyənin şərtlərini yerinə yetirməsi lazımdır. İsveç bəzi terrorçuları Türkiyəyə təhvil verməli, eləcə də PKK/YPG terror təşkilatına maliyyə dəstəyi dayandırılmalıdır. Qeyd edək ki, ötən ilin iyununda NATO-nun Madrid Sammitində Türkiyə, Finlandiya və İsveç arasında baş tutan danışıqlarda da əsas müzakirə mövzusu bu məsələlər idi. Danışıqların nəticəsi olaraq isə üçtərəfli memorandum imzalanmışdı. Memorandumda öz əksini tapan müddəalara görə, hər iki Skandinaviya ölkəsi PKK və FETÖ üzvləri ilə bağlı ekstradisiya məsələsini aktual saxlamalı və adıçəkilən terror təşkilatı üzvlərinin Türkiyəyə ekstradisiyalarını təmin etməli idilər. Finlandiya öhdəliklərini yerinə yetirdi. Amma İsveç hələ də “manevrlər” etməyə çalışır. Belə ki, son vaxtlar İsveçdə terrorçu şüarlar artmağa başlayıb. Həmçinin bir müddət öncə YPG terrorçularının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın maketini tarixi bələdiyyə binası qarşısında asması, bəzi nəşrlərin də Ərdoğanı hədəfə alması iki ölkə arasında gərginliyi artırdı. Bütün bunların ardınca Tükiyənin bu ölkədəki səfirliyinin qarşısında müqəddəs “Qurani-Kərim”in yandırılması vəziyyəti daha da gərginləşdirmişdi.
Bu yaxınlarda Ankaraya səfər edən NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyə ilə İsveçin münasibətlərini pozmaq istəyən qüvvələrin olduğunu bildirib. Ölkəsinin NATO-ya üzvlük üçün müraciətindən sonra keçən prosesə toxunan İsveçin xarici işlər naziri Billström isə terrorla mübarizə mövzusunun üçlü memorandumda mühüm yer tutduğunu və bu mövzuda yeni qanunun bir müddət əvvəl qüvvəyə mindiyini xatırladıb. Nazir memorandumdakı öhdəliklərinin son hissəsini yerinə yetirdiklərini deyib. “Silahlı terror təşkilatı PKK ilə mübarizədə hökumətiniz konkret olaraq haradadır?” sualını cavablandıran Billström üçlü memorandum çərçivəsində üzərlərinə götürdükləri bütün öhdəlikləri yerinə yetirdiklərini, İsveç və Türkiyə polisi arasında əməkdaşlığın əhəmiyyətli dərəcədə yaxşılaşdığını iddia edib: “Məqsədimiz Türkiyə ilə eynidir - terrorla mübarizə aparmaqdır və biz bunu memorandum çərçivəsində əl-ələ verərək konstruktiv şəkildə edirik. İsveçin PKK ilə bağlı mövqeyi çox açıqdır. Bu səbəbdən biz NATO üzvü olmaq üçün memorandumda yazılanların və qərarların hamısını yerinə yetirmək istədik”. Nazir İsveçdə terrorla mübarizə ilə bağlı qəbul edilən yeni qanunun Türkiyə, NATO və Avropa İttifaqı üzvləri arasında terrorla mübarizədə əməkdaşlığı asanlaşdıracağını vurğulayıb.
İsveçin hədəfi odur ki, iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Sammitində alyansa tamhüquqlu üzv qəbul olunsun. Bu yaxınlarda isə İsveç PKK tərəfdarının Türkiyəyə ekstradisiyasına razılıq verib. Adı açıqlanmayan 35 yaşlı PKK tərəfdarı 2014-cü ildə narkotik cinayətlərinə görə Türkiyədə 4 il 7 ay həbs cəzası almış, lakin şərti olaraq azadlığa buraxıldıqdan sonra İsveçə getmişdi. O, Türkiyə məhkəmə orqanlarının tələbi ilə cəzasının qalan hissəsini Türkiyədə çəkmək üçün ötən il İsveçdə həbs edilmişdi. Eləcə də ötən həftə İsveç Ali Məhkəməsi PKK-ya dəstək verən, narkotik qaçaqmalçılığına görə məhkum olunmuş şəxsin ekstradisiyası barədə qərar qəbul edib.
Qeyd edək ki, İsveçin indiyədək üzərinə götürdüyü öhdəliklərə tam əməl etməməsi Türkiyə hökuməti ilə yanaşı cəmiyyətdə də ciddi etirazlarla qarşılanırdı. Sözügedən gərginliklə əlaqədar NATO müstəvisində müəyyən addımlar atıldı ki, Türkiyə ilə İsveçin münasibətləri normallaşsın. Əks halda, İsveç özünün alyansa üzvlüyünü əngəlləmiş olardı. Türkiyə prosesdə hər zaman xoş niyyətini ifadə edir. Lakin rəsmi Ankaranın prinsipial mövqeyi ondan ibarətdir ki, müttəfiqlər bir birinə qarşı münasibətdə terrorçulara yer verməməlidir. Yəni, Türkiyə öz şərtlərində israrlıdır. Ona görə də, İsveç NATO-ya üzvlük məsələsində kimlərəsə güvənməməlidir. Bu gün Türkiyə dünyada güclü və söz sahibi olan dövlətdir. Bu ölkənin alyansa üzvlüyü rəsmi Ankaranın haqlı şərtlərinin nə dərəcədə yerinə yetirməsindən keçir. Əgər şərtlər tam yerinə yetirilərsə, İsveç Vilnüs sammitində NATO-nun tam hüquqlu üzvü olacaq.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

