Pəhləvi Xanədanı yenidən dirçəlir?
19.04.2023 [10:33]
İran Şahının vəliəhdi İsraildə
1979-cu ildə islam inqilabçıları tərəfindən devrilmiş sonuncu İran şahının oğlu Əli Rza Pəhləvi İsrailə gəlib. Aprelin 17-də baş tutan səfərdə onu hava limanında İsrailin kəşfiyyat naziri Gila Qamliel qarşılayıb. Terminal binasından çıxan qonağı İrandan olan israillilərin ehtiramla salamlaması qarşılanma mərasimində diqqətçəkən məqamlardan biri olub.
Əli Rza Pəhləvi İsrailə gəlişindən dərhal sonra belə bir qısa bəyanatla çıxış edib: “İran xalqı bizim irsimizə hörmət edəcək, insan haqlarını qoruyacaq, İsraillə sülh və dostluq münasibətləri quracaq bir hakimiyyətə layiqdir”. Çıxışına onu da əlavə edib ki, bir çox iranlı öz ölkəsinin tarixini yəhudilərlə bağlayan və islam inqilabı zamanı xüsusi qüvvələr tərəfindən qəsdən pozulmuş qədim dostluğu sayğı ilə xatırlayır. Daha sonra sonuncu İran şahının oğlu belə deyib: “Quracağımız demokratik İranın İsrail və ərəb qonşularımızla münasibətləri bərpa edəcəyi gün yaxınlaşır”.
Səfər çərçivəsində vəliəhd İsrailin baş naziri Benyamin Netanyahu və prezident İshak Hersoqla görüşüb. Rza Pəhləvi İsraildə yaşayan iranlı mühacir icmasının nümayəndələri ilə də bir sıra görüşlər keçirəcək.
Əli Rza Pəhləvi islam inqilabından sonra ailəlikcə mühacirət etdikləri ABŞ-da yaşayır. O, Qərbdə hazırkı İran rejiminin ən sərt tənqidçilərindən biri kimi tanınır. Üstəlik, Rza Pəhləvi molla hakimiyyətindən cana doymuş İran xalqı tərəfindən azad gələcəyin simvolu kimi qəbul olunur.
Pəhləvi və onu dəstəkləyənlər İran İslam Respublikasının ləğvinin tərəfdarıdırlar. Xanədanın sonuncu nümayəndəsi olan Əli Rza hesab edir ki, İran vətəndaşların hüquq və azadlıqlarına hörmət edilən, dini, etnik və siyasi mənsubiyyət ayrı-seçkiliyi qoyulmayan tolerant və dünyəvi dövlət olmalıdır. O, əvvəlki çıxışlarında da bəyan edib ki, İrandakı molla rejiminin ömrü sona çatdıqdan sonra xalqın istəyi ilə monarxiya bərpa olunarsa, o, konstitusiyalı monarxiyanın başçısı kimi İranda hakimiyyətə gəlməyi düşünür.
Pəhləvinin bəyanatında diqqəti çəkən məqamlardan biri də onun İranda prezidentli və ya parlamentli respublika deyil, konstitusiyalı monarxiya quruluşunu nəzərdə tutmasıdır. Ola bilsin ki, İran taxtının vəliəhdi bu ifadəsi ilə indiki İranın birbaşa demokratik respublikaya psixoloji cəhətdən hazır olmamasına işarə vurur. Yaxud şah oğlunun konstitusiyalı monarxiya layihəsi sadəcə olaraq, onun öz atasının yolunu davam etdirmək istəyindən də doğa bilər. Bütün hallarda Əli Rza Pəhləvi olduqca iddialı və ölkəsində yeni inqilaba hazırlaşmış kimi görünür.
İranın İsraillə münasibətlərinin sağlamlaşmasını arzulayan və bunun yaxın zamanlarda baş verəcəyinə inamını bildirən Pəhləvi hələ 2019-cu ildə verdiyi bir müsahibədə İsraillə münasibətlərin normallaşdırılmasını “gələcək demokratik İran”ın əsas prioritetləri sırasında gördüyünü ifadə etmişdi: “Mən indi yalnız öz ölkəmə qayıtmağı xəyal edirəm. İsraillə isə biz - İran xalqı yenidən dost olacağıq”.
Xatırladaq ki, Əli Rza Pəhləvi İsrailə ölkənin kəşfiyyat naziri Gila Qamlielin dəvəti ilə gəlib. Bu səfərlə bağlı mediaya açıqlama verən nazir qeyd edib ki, Pəhləvinin İsrailə qonaq gəlməsi iki xalq arasındakı tarixi dostluq əlaqələrinin bərpası istiqamətində ilk addımdır.
Cənab Qamliel Pəhləvini sülh, tolerantlıq kimi humanist, sivil dəyərləri özündə təcəssüm etdirən “İran vəliəhdi” adlandırıb və əlavə olaraq onun İsrailə səfər etmək cəsarətini, əzmini yüksək qiymətləndirdiyini bildirib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

