Şərq sularında təhlükə böyüyür
01.10.2022 [11:25]
ABŞ, Yaponiya və Cənubi Koreya Yapon dənizində birgə hərbi təlim keçirir
Pərviz SADAYOĞLU
Avroasiya materikinin Qərbində vəziyyətin həssas məqam aldığı bir zamanda, Şərq suları yenidən “hərbi poliqon”a çevrilib. Belə ki, ABŞ, Yaponiya və Cənubi Koreya sentyabrın 30-da Yapon dənizində birgə hərbi təlimlərə başlayıb. Bu barədə Yaponiyanın Özünümüdafiə Dəniz Qüvvələrinin Qərargahı məlumat yayıb. Bildirilib ki, təlimlərdə ABŞ-ın “Ronald Reagan” atom aviadaşıyıcı gəmisi də iştirak edir. Məlumata görə, üçtərəfli təlimlər qarşılıqlı fəaliyyəti gücləndirmək və “Azad və açıq Hind-Sakit okean regionu” konsepsiyasını həyata keçirmək məqsədilə keçirilir. Təlimlərdə ABŞ aviadaşıyıcısı gəmisindən başqa, Yaponiyanın “Asahi” aviadaşıyıcısı, habelə Birləşmiş Ştatların “USS Chancellorsville” raket kreyseri, “USS Barry” və “USS Benfold” esminesləri və sualtı qayığı iştirak edəcək. Yaponiya hərbi idarəsinin bəyanatında o da qeyd edilir ki, təlimlər üç ölkənin regional təhlükəsizlik problemlərinin həlli, habelə müəyyən edilmiş qaydalar əsasında beynəlxalq nizamın möhkəmləndirilməsi üçün üçtərəfli əməkdaşlığın davam etdirilməsinə sadiqliyini nümayiş etdirir. Təlimlərə Amerika tərəfi rəhbərlik edir. Ölkələrin belə bir tərkibinin iştirakı ilə üçtərəfli təlimlər sonuncu dəfə 2017-ci ildə keçirilib.
“Yapon suları”ndan “Sibir suları”na keçid dövrü- Şərqdə nə baş verir?
Ümumiyyətlə, anti-Rusiya “koalisiyasının” Kreml və müttəfiqlərinə qarşı apardığı fəaliyyəti iki istiqamətə bölmək olar:
- İqtisadi müstəvi, hansı ki, Rusiyaya qarşı irəli sürülən iqtisadi sanksiyaları və məhdudiyyətləri özündə əks etdirir. Buna, Qərbin bəzi ölkələrə “Rusiyaya qarşı sanksiyada iştirakçı ol” əmri ilə genişlənən kampaniya da daxildir;
- Hərbi müstəvidə isə Qərb birbaşa iştirak etmir. Əsasən Ukraynaya yardım fonunda inkişaf etdirilən bu istiqamət fərqli dolayı yollarla - hərbi yardımlar, beynəlxalq təşkilatların qətnamələri, o cümlədən təlimlər kimi fəaliyyətlə nəzərə çarpır. Bu addımlarla da Qərb özünün Rusiyaya qarşı demarşını tətbiq etməyə çalışır. Hələlik isə, Qərb-Rusiya qarşıdurmasında “qırmızı xətt”lər keçilmir.
Amma Şərq sularında baş verənlər tamam fərqli xarakter və mahiyyət daşıyır. Belə ki, Qərb və onun Şərqdəki ortaqları (AUKUS xaricindəki) fürsət düşdükcə, Şərq sularında, əsasən də Yapon dənizində “əzələ nümayiş etdirir”. Üzdə, bu təlimlərin anti-KXDR mahiyyəti “bəyan” edilsə də, əsl məqamların fərqli olduğunu hər kəs görür və anlayır. Bəli, KXDR-in də məhz ABŞ və müttəfiqlərini tez-tez “narahat etməsi” istisna deyil. Məsələn, sözügedən təlimlərdən bir neçə gün öncə, Şimali Koreya Yapon dənizinə ard-arda iki ballistik raket buraxıb. Həmin vaxt ABŞ-ın vitse-prezidenti Kamala Harris Cənubi Koreyada səfərdə olub. “Kyodo” xəbər verir ki, raketlər Yaponiyanın iqtisadi zonasından kənarda dənizə düşüb. Raketlər atılan zaman isə ABŞ-ın vitse-prezidenti Kamala Harris KXDR ilə sərhəddəki hərbsizləşdirilmiş zonaya baş çəkirmiş. Nəzərə alınmalıdır ki, Harris Cənubi Koreyadan öncə Yaponiyada rəsmi səfərdə olmuşdu. Bu mənada, Şərqdəki hərəkətlənmələrin anti-Rusiya xarakteri daşımadığını bildirən müttətiqlər açıq hədəf kimi KXDR-i işarə edirlər. Amma geniş aspektdə Şərq sularında gözlənilən hər hansı qarşıdurmanın sonradan “Sibir sularına” yol almayacağı da istisna deyil.
“Ronald Reagan” atom aviadaşıyıcı gəmisinin təlim məşqi...
Keçirilən təlimlərdə ən çox diqqəti cəlb edən amil isə ABŞ-ın “Ronald Reagan” atom aviadaşıyıcı gəmisinin də iştirakıdır. Qeyd edək ki, hazırki təlim daşıyıcı gəminin artıq ikinci bu tipli məşqidir. “Ronald Reagan” atom aviadaşıyıcı gəmisi doqquzuncu Nimitz sinif gəmisidir. ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın şərəfinə adlandırılıb. 12 fevral 1998-ci ildə hazırlanmağa başlanan gəmi 2001-ci ildə istifadəyə verilib. 2003-cü ildən isə istismardadır. San Dieqonu özünə “ev limanı” seçən gəminin su tutumu 97.000 tondur. Uzunluğu 332.8 m (su xətti boyunca - 317 m), eni 76.8 m (su xətti boyunca - 40,8 m)dir. Mühərrikləri 2 reaktorlu, 4 turbinlidir. Gücü isə 260.000 at gücüdür (191 MVt). Gəminin səyahət sürəti 56 km/saat, ekipajı isə 3200 nəfər + 2480 hava qanadı heyətidir.
Silahlanmasına gəldikdə isə, gəmidə fərdi rəhbərliklə 4 x 20 mm avtomatik 6 lüləli “Vulkan-Phalanx” zenit artilleriyası yer alır. Raket silahları 3 PU SAM “NATO Sea Sparrow”dur. Mina-torpedo silahı 2 üç borulu 324 mm torpedo borusu və 90 təyyarə, o cümlədən helikopterdən ibarət aviasiya qrupudur. Təyyarə gəmisinin bu seriyanın gəmilərindən iki fərqi var. Birincisi, dörd əyləc kabelinin əvəzinə üçü var. Eyni zamanda, qənaət edilmiş yer onlara daha ağır təyyarələri götürməyə imkan verən daha güclü əyləc sistemlərinin quraşdırılmasına yol açıb. İkincisi, ağır situasiyalarda, fırtına və tufanlar zamanı gəminin dayanıqlılığını artırmaq üçün bu təyyarə daşıyıcısı bulbous yay - gövdə ilə təchiz edilib. Maraqlıdır ki, 2005-ci ildə keçirilən təlimlər zamanı iştirakçılardan biri olan İsveçin “Qotland” nüvə sualtı qayığı şərti olaraq təyyarədaşıyan gəmini batırmağı bacarmışdı və eyni zamanda bu məsələ üstüörtülü saxlanılmışdı.
“Atom ritorikası” və ya Şərq suları yenə də “bulanır”...
İndiki məqamda isə atom aviadaşıyıcı təyyarələr üçün “plast” rolunu oynayacaq gəminin təlimə cəlb olunması bir sıra məqamlardan xəbər verir. Son dövrlərdə Rusiya-ABŞ münasibətlərində yenidən “atom ritorikasına” keçid gəminin təlimlərə cəlb olunmasını şərtləndirən amillərdən sayılır. Qərb mətbuatının yazdığına görə, ABŞ bununla da hər hansı bir atom təhlükəsinə vaxtında və daha operativ cavab vermək iqtidarında olduğunu nümayiş etdirir. Rusiya tərəfi isə hələ də prosesi müşahidə edir. Təbii ki, yaranacaq hər hansı bir fors-major situasiyada Şərq suları Qərb - Asiya qarşıdurmasının meydanına çevrilə bilər.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

