“Post-referendum” dövrü necə olacaq?
30.09.2022 [10:31]
Rusiya ilə Ukrayna arasındakı döyüşlərin xarakteri dəyişə bilər
Qərb isə “qırmızı xətt”i keçmək fikrində deyil
Pərviz SADAYOĞLU
Sentyabrın 23-dən 27-dək Xerson, Zaporojye, Luqansk və Donetsk vilayətlərində Ukraynanın tərkibindən çıxmaq və Rusiya Federasiyasına subyekt kimi daxil olmaq məsələsi ilə bağlı “referendumlar” keçirilib. Artıq adıçəkilən vilayətlərin gələcəyi ilə bağlı “referendum”un yekun nəticələri açıqlanıb. Rusiya mətbuatının yaydığı məlumata görə, “bütün regionlarda yüksək fəallıq təmin edilib, səslərin 100%-i hesablandıqdan sonra seçicilərin Rusiya Federasiyasına birləşməyə dəstəyi azı 87% təşkil edib”. Həmçinin, bütün bu regionlarda “referendumlar” etibarlı sayılıb.
Bu arada Kreml yeni ərazilərin Rusiyaya birləşdirilməsindən sonra Ukraynadakı xüsusi əməliyyatın davam edib-etməyəcəyinə də aydınlıq gətirib. Belə ki, Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, “Donetsk Xalq Respublikası”nın bütün ərazisini azad etmək lazımdır. Kremlin sözçüsü ərazilərin birləşdirilməsindən sonra xüsusi hərbi əməliyyatın antiterror əməliyyatına çevrilib-çevrilməyəcəyi ilə bağlı suala isə belə cavab verib: “Bundan xəbərim yoxdur. Hər halda, bu, yalnız ölkə prezidentinin, Ali Baş Komandanın qərarı ola bilər”.
Ukrayna prezidenti Volodimir Zelenski isə Rusiya prezidenti Vladimir Putinə Ukrayna ərazisində keçirilmiş “referendumlar”ın tanınması və sonrakı danışıqlarla bağlı ultimatum verib. Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında deyib ki, əgər Rusiya “referendumlar”ın nəticələrini tanısa, bu zaman onun və Putinin danışacaq başqa heç nəyi yoxdur. “Rusiya Federasiyasının bu psevdoreferendumlara normal çağırışı, qondarma “Krım ssenarisi”nin həyata keçirilməsi, ərazilərin ilhaqına növbəti cəhd o demək olacaq ki, bizim Rusiya Prezidenti Vladimir Putinlə danışacaq heç nə yoxdur”, - Zelenski bildirib. Prezidentin sözlərinə görə, ilhaq Putini bəşəriyyətlə üz-üzə qoyan addımdır. Buna görə də dünyanın hər bir ölkəsindən cavab siqnalları tələb olunur.
Referendum və onun nəticələri isə bir sıra dövlətlər tərəfindən tanınmayıb. Məsələn, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə bu gün Rusiya ilə Ukrayna arasında balanslı siyasət aparır, hər iki ölkə ilə dialoqu davam etdirir. “Biz Krımın ilhaqını tanımadığımızı Rusiyaya bəyan etmişik və bəyan etməkdə davam edirik. Ukrayna ərazisində keçirilən “referendum”un nəticələrini də tanımırıq”, - Çavuşoğlu bildirib.
Prosesin nəticələri isə hər kəs üçün böyük maraq kəsb edir. Rusiyanın bu addımının hansı nəticələrə yol açacağı ilə bağlı isə artıq proqnozlar səsləndirilir. Hətta bəzi siyasi ekspertlər Qərbin buna laqeyd qalmayacağını və NATO-nun prosesə aktiv müdaxiləsini də istisna etmirlər.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlqar Vəlizadənin fikrincə isə, NATO-nun prosesə müdaxiləsi gözlənilən deyil. Çünki aparıcı NATO ölkələri - ABŞ, Türkiyə və digər ölkələr bildirmişdilər ki, “qırmızı xətt”i keçmək fikrində deyillər: “Onlar qeyd etmişdilər ki, Rusiya hər hansı bir NATO ölkəsinə birbaşa təhdid yaratmasa, hücum etməsə, məsələyə qarışmayacaqlar. “Referendum” və onun nəticələrinə gəldikdə isə, Rusiyanın əsas və strateji planı “maloRusiya” adlı ərazi üzərində nəzarətini təmin etmək və bunu hüquqi tərəfdən rəsmiləşdirməkdən ibarət idi. Artıq bu mərhələ başa çatdı. Hazırda Ukraynanın məsələyə münasibəti daha çox maraq kəsb edir. Belə ki, Zelenski demişdi ki, “referendumlar” baş tutsa və bunun nəticəsində də həmin ərazilər Rusiyaya ilhaq olunsa, danışıqların bərpasından söhbət belə gedə bilməz. Onsuz da danışıqlar aparılmırdı. Zelenskinin fikrincə, artıq Rusiya “qırmızı xətt”i keçmiş olur və geridönüşü olmayan yola qədəm qoyur. Hadisələrin hansı axarda in?işaf etməsini müəyyənləşdirmək üçün zaman gərəkir”.
İ.Vəlizadənin fikrincə, Ukrayna əks-hücum əməliyyatlarını dayandırmayacaq. Amma indiki halda rəsmi Moskva bu əks-hücum əməliyyatlarını Rusiya ərazisinə müdaxilə, hətta təcavüz kimi də dəyərləndirə bilər. Bu, artıq Rusiyaya hücum kimi anlaşılacaq və döyüşlər “xüsusi hərbi əməliyyat” statusundan açıq müharibə statusuna qədəm qoyacaq. “Qərb isə Ukraynaya bütün yardımlarını edib. Hərbi sursat, texnika göndərib, hərbçilərə təlimlər keçirlər, sanksiyalar tətbiq edib. Bir sözlə, “qırmızı xətt”ləri aşmamaq şərtilə Qərb edə biləcəyini edib. Yalnız birbaşa hərbi müdaxilə variantı qalıb ki, onu da istəmir. Bu mənada, artıq Qərbin Ukraynaya dəstəyinin səngiməsi mənzərəsi formalaşıb. Digər tərəfdən fikrimcə, Qərbdə iqtisadi oyunçuların maraqlarını ifadə edən, böyük kapitalın adından çıxış edən siyasi qruplar artıq görürlər ki, bu uzanan müharibə onların maraqları ilə ziddiyyət təşkil edir, hətta maraqlarına toxunur. Onlar bu məsələyə rahat baxa bilməzlər. Çox güman ki, prosesə müdaxilə etmək niyyətindədirlər. Ən azından müharibəni dayandırmaq, prosesləri daha proqnozlaşdırılan ssenari üzərindən inkişaf etdirmək üzərində işləyirlər. O səbəbdən də Qərbin mövqeyində müəyyən dəyişikliklər hiss edilir. Düşünürəm ki, müharibə ilə bağlı nə vaxtsa “pat” vəziyyəti yaranacaq. “Pat” vəziyyəti isə danışıqların başlamasına zəmin yaradacaq. Yeri gəlmişkən, Türkiyə Prezidenti Ərdoğan da dəfələrlə bildirib ki, bu müharibənin birmənalı qalib və ya məğlub tərəfi olmayacaq. Çünki prosesin sonunda atəşkəsin elan olunması və sülh danışıqları dayanar. Bu ssenari qaçılmazdırsa, çox güman ki, aparıcı dairələr də bu ssenarinin reallaşması haqda fikirləşirlər. Bəlkə də addımlar da atırlar”, -deyə politoloq əlavə edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
İqtisadiyyat
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41

