Qırğızıstan-Tacikistan sərhədində nə baş verir?
20.09.2022 [10:30]
İlqar Vəlizadə: Tərəflər arasında sərhəd münaqişəsinin həlli mexanizmi mövcud deyil
N.BAYRAMLI
Qırğızıstan-Tacikistan sərhədində vəziyyət yenidən gərginləşib. İki ölkənin Bişkek tərəfinin məlumatına görə, sentyabrın 14-də Tacikistan sərhədçiləri Qırğızıstanın Batken vilayətinin Bulaqbaşı rayonu yaxınlığında döyüş mövqeləri tutub və qarşı tərəfin ərazini tərk etmək tələbinə atəşlə cavab veriblər. Qırğızıstan qarşı tərəfin tanklardan, BMP-lərdən və minaatanlardan istifadə etdiyini bəyan edib.Tacikistan da Qırğızıstan hərbçilərinin ağır silahlardan istifadə edərək yeddi kəndi və bir postu atəşə məruz qoyduğunu bildirib. Baş verən gərginliyə görə rəsmi Bişkek və Düşənbə bir-birriərini günahlandırır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas eskalasiya ilə əlaqədar Qırğızıstanın Təhlükəsizlik Şurasının katibi Marat İmanqulov və Tacikistan Təhlükəsizlik Şurasının katibi Nəsrulla Mahmudzadə ilə telefonla əlaqə saxlayıb, tərəfləri dərhal atəşkəs elan edərək danışıqların başlanılmasına çağırıb. Rusiya Prezidenti Vladimir Putin isə hər iki ölkənin lideri ilə telefonla danışaraq atəşin dayandırılması və problemin danışıqlar yolu ilə həll edilməsi üçün çağırış edib. Bundan başqa, BMT baş katibi A.Quttereş də tərəfləri atəşi dayandırmağa çağırıb. Bununla belə, qarşıdurma bir neçə gün davam edib. Qarşıdurma nəticəsində Qırğızistan 59, Tacikistan isə 38 nəfər itki verib. Hər iki tərəfdən çoxlu sayda yaralı var.
Sentyabrın 18-də isə sərhəddə atəşkəs rejiminə riayət olunmasına nəzarət üzrə birgə komissiyanın işçi qruplarının iclası keçirilib. İclasda sərhəddə yaşanan münaqişənin aradan qaldırılması ilə bağlı danışıqlar aparılıb. “Tacikistan və Qırğızıstan işçi qrupları hərəkət üçün yolların açılması və nəqliyyatın bərpasını təmin etmək barədə razılığa gəliblər”, - deyə, görüşün nəticəsi ilə bağlı açıqlanan rəsmi məlumatda bildirilib. Qeyd olunub ki, hər iki tərəfdən atəşkəs razılaşmasına riayət edilməsi mütləqdir: “Sentyabrın 18-də “Güliston” buraxılış məntəqəsində işçi qrupların növbəti iclası keçirilib və tərəflər mövcud məsələlərin danışıqlar yolu ilə həll edilməli olduğunu vurğulayıblar. Eyni zamanda, atəşkəs rejiminə riayət edilməsinin və sərhəd münaqişələrinin nəticələrinin tezliklə aradan qaldırılmasının vacibliyi qeyd edilib”.
Tərəflər atəşkəsə nə dərəcədə əməl edəcək? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlqar Vəlizadə bildirib ki, bu tipli münaqişələrin həlli mexanizmləri yoxdur. KTMT-nin də bu tipli münaqişələrin həllində acizlik etdiyini deyən İ.Vəlizadənin sözlərinə görə, Mərkəzi Asiya ölkələrinin də problemin bu region çərçivəsində həlli ilə bağlı alətləri mövcud deyil: “Mərkəzi Asiya ölkələrinin liderləri vaxtaşırı görüşərək aktual məsələləri müzakirə edirlər. Yəqin ki, həmin görüşlərin gündəmində bu problemlər də dayanır. Amma müzakirələrin aparılmasına, prezidentlərin görüşməsinə baxmayaraq, sərhəd münaqişələrinin həlli mexanizmi yoxdur. Tərəflər öz mövqelərində dayanırlar. Kənar dairələrin isə bu prosesi tənzimləmək niyyətini görmürük. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində Moskva və Brüssel kimi oyunçular var ki, bizi ortaq məxrəcə gətirməyə çalışırlar. Amma Qırğızıstanla Tacikistanı ortaq məxrəcə gətirəcək vasitəçilər yoxdur”.
İ.Vəlizadə xatırladıb ki, ötən il tərəflər arasında münaqişə şiddətlənən zaman Özbəkistan uğurlu vasitəçilik edə bildi. Lakin problemin birdəfəlik həllində real imkanlar mövcud deyil. “Təəssüf olsun ki, hadisələr yenə də təkrarlana bilər. Bütün bu münaqişələr sovet dövründən miras qalıb. Bəlkə də məqsədli şəkildə tərtib olunub ki, hansısa mərkəzin iştirakı olmadan həll edilməsin. Sovetlər dönəmində bu mərkəz Moskva idi. İndi isə belə mərkəz yoxdur. Nəzərə almaq lazımdır ki, Qırğızıstanla Tacikistanın sərhədində baş verən budəfəki toqquşma Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin keçirildiyi dövrə təsadüf etdi. Sammitdə iştirak edən ölkələrin liderləri problemi müzakirə etsələr də, qarşıdurma bir neçə gün davam etdi. Bəlkə də, bundan sonra tərəflər təşkilat çərçivəsində problemin həlli mexanizmini fikirləşə bilərlər. Çünki regionun aparıcı oyunçuları bu münaqişənin alovlanmasını istəmirlər. Onların səyləri nəticə etibari ilə tərəfləri sülh istiqamətinə yönəldə bilər”,- deyə politoloq vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35

