Müharibənin 198-ci günü arxada qaldı
09.09.2022 [10:19]
Həm Rusiya, həm də Ukrayna ciddi itkilər verib
N.BAYRAMLI
Rusiya-Ukrayna müharibəsinin 198-ci günü arxada qaldı. Bu il fevralın 24-də başlayan müharibə region üçün ağır nəticələr verib. Sonu görünməyən müharibə indiyə qədər həm Rusiyaya, həm də Ukraynaya xeyli ziyan vurub. Belə ki, Ukraynada minlərlə mülki insan həyatını itirib, hərbçilər həlak olub, xeyli sayda infrastruktur dağıdılıb. Bu ölkənin ərazisinin 20 faizə qədəri hazırda Rusiya ordusunun nəzarətindədir. Müharibə Rusiya üçün də ağır nəticələrə səbəb olub. Bu günə qədər Rusiya tərəfinin döyüşlərdə ümumilikdə on minlərlə hərbçisinin həlak olduğu barədə məlumatlar yayılıb. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sentyabrın 8-də verdiyi məlumata görə, qarşı tərəfin canlı qüvvəsinin ümumi itkiləri 51 min 250 nəfərə çatıb. Qeyd olunub ki, indiyədək Rusiya ordusunun 2112 tankı, 4557 zirehli döyüş maşını, 1126 artilleriya sistemi, 305 reaktiv yaylım atəşi sistemi, 159 hava hücumundan müdafiə sistemi, 239 təyyarə, 210 helikopter, 884 PUA, 214 qanadlı raket, 15 gəmi, 3344 avtomobil texnikası və avtosistern, 110 xüsusi texnikası məhv edilib. Son günlər Ukrayna ordusu Xarkov və Xerson vilayətlərinin bir sıra yaşayış məntəqələrini azad edib.
Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi geosiyasi proseslərə əhəmiyyətli dərəcədə təsir edib. ABŞ, Avropa İttifaqı Rusiyaya ciddi sanksiyalar tətbiq edir. Avropa İttifaqı tərəfindən artıq yeddi sanksiyalar paketi qəbul olunub. Məqsəd Rusiyanın iqtisadiyyatını zəiflətmək, bununla da rəsmi Moskvanı müharibəni dayandırmasına məcbur etməkdir. ABŞ və Avropa İttifaqı, bütövlükdə NATO Ukraynaya özünü müdafiə etmək üçün fəal hərbi yardım da göstərirlər. Amma Rusiya da qarşı tərəfin addımlarını cavabsız qoymur və özünün enerji-qaz siyasəti ilə onları çətin duruma salır. Bu siyasətin nəticəsidir ki, bir sıra Avropa ölkələrində enerjinin və digər məhsulların qiyməti durmadan artır. Qarşıdan gələn qış aylarında Avropanın çətin sınaqla üzləşəcəyi gözlənilir.
Rusiya-Ukrayna müharibəsi geosiyasi vəziyyəti mürəkkəbləşdirməklə yanaşı, qlobal iqtisadiyyata da ciddi mənfi təsirlər göstərir. Qlobal ərzaq təhlükəsizliyinə yaranan təhdidlər isə xüsusi narahatlıq doğurur. Belə ki, beynəlxalq ekspertlərin, reytinq agentliklərinin vurğuladığı kimi, artıq ərzaq problemi bütün dünya ölkələrinə təsir edir. Ötən dövrdə qlobal ərzaq bazarında taxıla artan tələbatı ödəmək üçün Ukraynanın anbarlarında yığılan böyük ehtiyatların daşınması da müzakirə edilən məsələlər sırasında oldu. Bu prosesdə Türkiyə fəal rol oynayıb. Fevralın 24-də müharibə başlayandan Rusiya ordusu Azov dənizi sahillərini tam, Qara dəniz sahillərini qismən nəzarətə götürməyə və Ukraynanın ən böyük limanının yerləşdiyi Odessa şəhərini blokadaya almağa müvəffəq olub. Nəticədə Ukraynanın Qara dəniz limanlarında 20 milyon tondan çox taxıl anbarlarda qalmışdı. Qlobal ərzaq böhranının qarşısını almaq üçün Ukrayna taxılının ixracına böyük zərurət yaranmışdı. Uzun müzakirələrdən sonra taxıl sazişi üzrə iyulun 13-də İstanbulda Türkiyə, Ukrayna, Rusiya və BMT nümayəndələrindən ibarət dördtərəfli görüş keçirildi. Bu görüşün nəticəsi olaraq iyulun 22-də həmin məkanda taxıl ixracına dair saziş imzalandı. Türkiyə, Rusiya, Ukrayna və BMT arasında imzalanan “Taxıl və ərzaq mallarının Ukrayna limanlarından təhlükəsiz daşınması təşəbbüsü” razılaşmasına əsasən, artıq müxtəlif ölkələrə taxıl daşınır. İstanbulda taxıl dəhlizi haqqında sazişə uyğun olaraq, Birgə Koordinasiya Mərkəzi də fəaliyyət göstərir.
Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsinin dayandırılması, o cümlədən taxıl böhranının həlli yönündə Türkiyənin göstərdiyi səylər bütün dünyada yüksək dəyərləndirilir. Həqiqətən də, Türkiyə Rusiya-Ukrayna müharibəsinin dayandırılması, eləcə də müharibənin yaratdığı humanitar problemlərin qarşısının alınması üçün böyük fəallıq göstərir. Türkiyənin bu yöndə təşəbbüsləri müharibə aparan ölkələr tərəfindən də təqdir olunur. Rəsmi Ankara bölgədə sabitliyin təmin olunması üçün müntəzəm olaraq həm Kreml, həm də Kiyevlə təmasdadır. Nəzərə alaq ki, ABŞ və Avropa İttifaqı ölkələri, eləcə də Böyük Britaniya Ukraynaya fəal dəstək verir. Bu da Rusiya tərəfindən qəbulolunmaz hesab edilir. Rusiyanı dəstəkləyən ölkələr isə Ukrayna tərəfindən qəbul olunmur. Amma qardaş Türkiyə iki ölkə arasında müharibənin bitməsi üçün heç bir maraq güdmədən, səmimi olaraq çalışır. Türkiyə müharibədən əziyyət çəkən insanlara humanitar yardım göstərir. Eləcə də onun vasitəçiliyi ilə münaqişə zonalarında dinc əhali üçün humanitar dəhlizlər açılıb.
Bununla belə, müharibə hələ də davam edir. Hər gün tərəflər ağır itkilər verir. Bu müharibənin sonu hələ ki, görünmür.
Xəbər lenti
Hamısına baxSosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25

