Afina ilə Moskva arasında nə baş verir?
27.07.2022 [10:09]
N.PAŞA
Rusiya ilə Yunanıstan arasında mövcüd olan münasibətlər kəskin şəkildə pozulub. Rusiyanın Yunanıstandakı səfiri Andrey Maslov bu barədə yerli telekanallardan birinin efirində deyib.
O bildirib ki, Afina ilə Moskva arasında münasibətlər tamamilə pozulub, əməkdaşlıq və bütün təmaslar kəsilib: “Fevralın sonundan etibarən Yunanıstanla ikitərəfli münasibətlərimiz kəsilib, Afina ilə heç bir əməkdaşlığımız və təmasımız yoxdur. İndiyədək əldə edilən bütün inkişaf, onilliklər ərzində toplanan ikitərəfli münasibətlər bir neçə gün ərzində məhv olub”.
Bir müddət öncə Yunanıstan və Rusiya qarşılıqlı olaraq bir-birinin diplomatlarını ölkədən çıxarıb. Eyni zamanda, Yunanıstan Rusiya təyyarələrinin öz hava məkanına daxil olmasını qadağan edib.
“Tarixən Rusiya ilə Yunanıstan arasında sıx münasibətlər olub. Bu münasibətlərin əsas kökündə dini faktorlar dayanırdı, çünki Yunanıstanla Rusiya toplumları arasında din faktorunun önə çəkilməsi hər zaman müşahidə edilib. Eyni zamanda, hər iki dövlətin əhalisinin əksəriyyəti pravoslav təriqətinə mənsubdur. Hazırkı durumda baş verən proseslər artıq geosiyasi planları önə çəkir. Münasibətləri bir qədər normallaşdırmaq və balansı qorumaq üçün hər zaman din amilindən istifadə olunsa da, hazırda bu, yetərli deyil”.
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında siyasi şərhçi İlyas Hüseynov səsləndirib. Politoloq bildirib ki, Rusiya-Ukrayna müharibəsi artıq NATO seqmentində təmsil olunan dövlətlərlə Rusiya arasında olan münasibətlərin yenidən formatlanmasına ehtiyac olduğunu nümayiş etdirir: “Türkiyə isə NATO portfelinə daxil olsa da, çox balanslı və praqmatik siyasət yürüdür. İrəli sürülən təşəbbüslər və əldə olunan razılıqlar da bunu nümayiş etdirir. Lakin Yunanıstanla Rusiya arasında diplomatik münasibətlərin kəsilmə həddinə qədər gəlib çıxan ziddiyyətlər birbaşa olaraq NATO rəhbərliyi tərəfindən verilən təlimatlarla bağlıdır. Artıq burada Yunanıstan Rusiyaya qarşı öz mövqeyini ortaya qoymalıdır və həm də Qərb koalisiyasında yer aldığını təsdiq etməlidir. Bununla Yunanıstanın Ukraynaya bir dəstəyi də həyata keçirilə bilər”.
Politoloq onu da qeyd edib ki, hazırda NATO-nun cənub cinahında bu gün baş verən proseslər kifayət qədər ciddi proseslərdir: “Nəzərə almaq lazımdır ki, Yunanıstanın yerləşdiyi geosiyasi strateji mövqe həm Aralıq dənizinə çıxışı təmin edir, həm də Avropa, Asiya və Afrika arasında yerləşir. Və geosiyasi cəhətdən mühüm mövqedə yerləşən Yunanıstanın öz xarici siyasət prioritetlərinin müəyyənləşdirməsi həm Avropa İttifaqı, həm də NATO kontekstində maraq doğurur. Nəzərə almaq lazımdır ki, həm Aİ, həm də NATO bu gün Rusiyaya qarşı mübarizə aparır və məkan kimi Ukrayna seçilib”.
Siyasi məsələlər üzrə ekspert hazırkı durumda Yunanıstanla Rusiya arasında münasibətlərin mənfi məcraya köklənməsini həm də NATO-nun bu mühüm geostrateji bölgədə öz təhlükəsizliyini daha da dayanıqlı şəkildə qorumaqda maraqlı olması ilə əlaqələndirib. Onun sözlərinə görə, bununla həm Rusiya-Ukrayna müharibəsinə Yunanıstanın mövqeyi müəyyənləşmiş olur, həm də Cənub cinahında Rusiyaya qarşı Yunanıstan qismində bir konfrantasiyanın olması təzahürləri də ön plana çıxır.
“Bu münasibətləri normallaşdırmaq üçün müəyyən təşəbbüslərlə çıxış edən tərəflər olsa da, dövlətlərin ümumi mövqeyi bundan ibarətdir ki, münasibətlərdə hazırda böyük bir çətinlik yaşanır. Ümumiyyətlə, hazırkı Yunanıstan siyasi iqtidarı Rusiyaya qarşı mənfi mövqedədir. Bundan öncəki hökuməti isə biz Rusiyaya qarşı loyal və müsbət mövqe ilə səciyyələndirə bilərdik. Hazırkı siyasi iqtidar isə Rusiyaya qarşı siyasi planlarını başqa məcrada qurur, bu da hazırkı hökumətin daha çox Qərbin patronajlığına ümid etməsi ilə bağlıdır. Yunanıstan hazırda atdığı geosiyasi addımlarla bir növ Qərbin də etimadını qazanmağa çalışır. Çünki hazırda ABŞ və NATO rəhbərliyi Yunanıstana çox müsbət yanaşır və Yunanıstana müasir nəsil silahların verilməsi bunun bir göstəricisidir”, - deyə İ.Hüseynov şərhini yekunlaşdırıb.
Xəbər lenti
Hamısına baxSiyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05

