Özbəkistan Konstitusiya dəyişikliyinə gedir
02.07.2022 [10:21]
Yeni dəyişikliklər nələr vəd edir?
P.İSMAYILOV
Özbəkistanda referendum keçirilə bilər. Bununla bağlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qərar qəbul edib. Referendum Konstitusiyanın dəyişdirilməsi məqsədi daşıyır. Yeni dəyişikliklərdə prezidentlik müddətinin beş ildən yeddi ilədək artırılması nəzərdə tutulub. Bundan başqa, yeni Konstitusiyada Özbəkistan tərkibində mövcud olan Qaraqalpaqıstan Muxtar Respublikanın statusunun dəyişdirilməsi də planlaşdırılır.
Qeyd edək ki, Özbəkistan Respublikasının Konstitusiyası 1992-ci il dekabrın 8-i Özbəkistan Ali Şurasının XII sessiyasının XI çağırışında qəbul olunub. Konstitusiya preambuladan, 6 bölmə, 26 fəsil və 128 maddədən ibarətdir. Birinci bölmə Konstitusiyanın təməl prinsiplərini, ikinci bölmə insan və vətəndaşların əsas hüquq, azadlıq və vəzifələrinin təminatını, üçüncü bömə dövlətin iqtisadi və sosial əsaslarını, dördüncü bölmə idarəetməni, ərazi və dövlət strukturunu müəyyən edir. Sonuncu bölmə isə Konstitusiyaya düzəlişlərin qaydasını ifadə edir. Qeyd edək ki, Konstitusiyanın 128 maddəsindən 60-ı özbək xalqının və vətəndaşlarının hüquqi statusuna həsr edilib.
Qaraqalpaqıstan isə Özbəkistanın tərkibində muxtar respublikadır və ölkənin şimal-qərbində yerləşir. Muxtar respublika Özbəkistan ərazisinin təxminən 40 faizini təşkil edir. 29 milyon əhalisi olan Özbəkistanda 1 milyon 500 minə yaxın qaraqalpaq türkü yaşayır. Ən böyük şəhəri Nukus şəhəri olan muxtar respublikanın ümumi ərazisi 166,600 kvadrat kilometrdir. Qaraqalpaqıstan 14 inzibati rayondan, 12 şəhər və 25 şəhər tipli qəsəbədən ibarətdir. Ərazinin tarixinə gəldikdə isə, Qaraqalpaqıstan 1918-ci ildə elan edilən Türküstan Muxtar Respublikasına daxil olub. Muxtar bölgə 1936-cı ildə SSRİ Konstitusiyasına görə, Özbəkistana təhvil verilib. Bu gün Qaraqalpaqıstan Özbəkistana bağlı muxtar bir respublikadır. Yeri gəlmişkən, Özbəkistan Konstitusiyasına görə unitar dövlət quruluşuna malikdir. Sadəcə, bu dövlətdə unitar dövlətin ikinci tipi - mərkəz tərəfindən təyin olunan vəzifəli şəxslərin vasitəsilə regional orqanların mərkəzə tabeçiliyi həyata keçirilir.
Qeyd edək ki, Şavkat Mirziyoyevin Özbəkistan prezidenti seçilməsindən sonra Qaraqalpaqıstanın iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Bunun nəticəsidir ki, muxtar respublika son illərdə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.
Yerli KİV-lərin bununla bağlı yaydığı məlumatlarda bildirilir ki, hazırkı Konstitusiyada muxtar respublikanın referendum yolu ilə Özbəkistandan ayrılma hüququ var. Yeni Konstitusiya dəyişikliyində isə bu bənd olmayacaq. Bundan başqa, yeni sənəddə muxtar respublikanın bayrağına, gerbinə, Konstitusiyasına, məhkəmə sisteminə və parlamentinə toxun?lmayacaq. Sadəcə, bunların hər biri Özbəkistan Konstitusiyası və qanunlarına tabe etdiriləcək. Rəsmi Daşkənd yeni dəyişiklikləri “vahid vətən - ortaq tale” konsepsiyası əsasında həyata keçirir”.
Referendumun keçirilməsi bəzi siyasi analitiklər tərəfindən birmənalı qarşılanmır. Belə ki, son dövrlərdə post-Sovet məkanında baş verən hadisələr, o cümlədən bir sıra xarici mərkəzlərin milli dövlətlərin daxilində qeyri-stabillik yaratmaq kimi cəhdləri bu addımın əsas səbəblərindən biri kimi vurğulanır. Hətta bəzi regional problemlər də bu məsələni aktuallaşdırmaqdadır. İstər cənubda - Əfqanıstanda baş verənlər, istərsə də digər amillər mərkəzi hakimiyyətin daha da gücləndirilməsini zəruri edir. Nəzərə alınmalıdır ki, Özbəkistan bir sıra regional iqtisadi və hərbi birliklərdə təmsil olunmur. O nöqteyi-nəzərdən də ölkənin milli təhlükəsizliyinin qorunması üçün belə bir addım vacib əhəmiyyət kəsb edə bilər. Rəsmi Daşkəndin yürütdüyü müstəqil və milli maraqlara söykənən xarici siyasət kursu bu gün mühüm perspektivlər yaradır. Bu mənada, qıcıqlanan bəzi xarici mərkəzlərin və dövlətlərin hər hansı bir təxribatına qarşı bu cür önləmlərin alınması başadüşüləndir.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

